Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5873/2023 15.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1 və X14, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1971-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X13 15 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri 22 Saylı Notariat Kontorunun 3M-258 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 41000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Şəxs hazırda 5400 manat borcu vardır. Yasamal Rayon Məhkəməsinin 2(004)-2881/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsəsən Şəxs 26420 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X14 xeyrinə ödənilməlidir. Nizami Rayon Məhkəməsinin 2(007)-439/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs və X6 müştərək qaydada 14323,71 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5600/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 21446 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X7 xeyrinə ödənilməlidir. Bakı Şəhəri 22 Saylı Notariat Kontorunun 3M-258 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 16010 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yasamal Rayon Məhkəməsinin 2(004)-771/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 13030 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X8 xeyrinə ödənilməlidir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 4397/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs və X2 müştərək qaydada 4529,53 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank "xxxx"ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3200/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs, X4, X16, və X5 müştərək qaydada 17392 ABŞ Dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5672/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 12030 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X15 xeyrinə ödənilməlidir. Bununla da Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X13 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, hazırda Şəxs barəsində doqquz icra sənədi vardır və hər biri icra sənədi üzrə icraata müxtəlif tarixli qərarlarla başlanılmışdır. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Borclu icra sənədlərinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Şəxs icra vərəqələrində olan borcun bir qismini icra etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, məhkəmə qərarlarına hörmətlə yanaşır və maddi çətinliyə görə borcu tam şəkildə ödəyə bilməmişdir. Hər bir icra sənədi üzrə müəyyən məbləğlərdə ödənişlər etmişdir. Göstərilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona 41000 manat borcdan ödənilməmiş 5400 manat olduğunu bildirmişdir. Həmin borcu tam şəkildə tələb edir. Məhkəmə iclasında iştirak edən tələbkar X20 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona 26250 manat ödənilməli olduğunu bildirmişdir. Həmin borcu tam şəkildə tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri 22 Saylı Notariat Kontorunun 7E-2081 saylı, xx.xx.2016-cı il tarixli icra qeydinə əsasən Şəxs 16010 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri 22 Saylı Notariat Kontorunun 3M-258 saylı, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri 22 Saylı Notariat Kontorunun 7E-4843 saylı, xx.xx.2017-ci il tarixli icra qeydinə əsasən Şəxs 25010 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri 22 Saylı Notariat Kontorunun 7E-4843 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2881/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 25000 manat borc, 1250 manat faiz, cəmi 26250 (iyirmi altı min iki yüz əlli) manat tutularaq iddiaçı X17 ödənilməlidir. Cavabdeh Şəxs 170 (bir yüz yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı X17 ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2881/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-439/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, 02 sentyabr 2014-cü il tarixli ********* No-li kredit müqaviləsindən yaranmış əsas borc üzrə 9293,41 ABŞ dolları, faiz borcu üzrə 4980,30 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları, cəmi 14323,71 (on dörd min üç yüz iyirmi üç dollar 71 sent) ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla X6 və Şəxs müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-439/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5600/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 21446 manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı X11 verilməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5600/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-771/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Şəxs 13000 (on üç min) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı X12 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-771/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00582-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Şəxs və X2 müştərək qaydada 4451,02 manat məbləğində əsas borc, 48,11 manat məbləğində faiz borcu, cəmi 4499,13 manat (dörd min dörd yüz doxsan doqquz manat on üç qəpik) və bank xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3200/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, X9, X4, X5 və Şəxs müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 25 fevral 2014-cü il tarixli 03-MK/0517 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 13514 ABŞ dolları əsas borc, 3578 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu, cəmi 17392 (on yeddi min üç yüz doxsan iki) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulması qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2015-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2015-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3200/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5672/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Şəxs 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X18 ödənilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı X18 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5672/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını, icra vərəqələrində göstərilən məbləğlərin bir qismini ödəməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5873/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5873/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver