Məhkəmə qərarları › İş №3(004)-5876/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5876/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5876/2023 23.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17890097 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17890097 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17890097 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 14:18-də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti və A.Abbasov küçəsinin kəsişməsində yol hərəkəti qaydasını pozmağı ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023- cü il tarixdə inzibati xəta haqqında EQ 17890097 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixdə qeyd edilən protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq 40 manat inzibati cərimə növündə inzibati iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, qeyd edilən qərar qanunsuz və inzibati xəta haqqında iş üzrə icraata zidd olduğuna görə ləğv edilməlidir. Belə ki, protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, xx.xx.2023cü il tarixdə, saat 14:18-də idarə etdiyi Audi markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Yasamal rayonunda A.Abbasov küçəsindən sola Mətbuat prospektinə dönmüşdür. Bu zaman guya zolaqlarda hərəkət istiqaməti nişanının tələbini pozmuşdur. Bildirir ki, qeyd edilən zolaqlarda hərəkət nişanları (5.8.1 və 5.8.2) növbəti yol ayrıcınadək qüvvədədir. Protokola əlavə edilmiş fotoşəkildən də görünür ki, Mətbuat prospekti və A.Abbasov küçələrinin kəsişməsində hərəkət etdiyim istiqamətdə yolayrıcında hərəkət hissəsinin iki kəsişməsi (birləşməsi) vardır. Hətta həmin ərazidə4.1.1-4.1.6 məcburi hərəkət istiqamətləri nişanı olsa belə, yenə də yerinə yetirdiyim sola dönmə əməliyyatı “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa zidd deyildir. Belə ki, həmin qanunun 65-ci maddəsinin İV hissəsinə uyğun olaraq, 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən aşkardır ki, inzibati xətanın qeydə alındığı ərazidə hərəkət hissəsinin birinci kəsişməsindən sonra nə zolaqlarda hərəkət nişanı, nə də məcburi hərəkət nişanı mövcud deyil deyil. Qanununvericiliyin sadalanan normalarına əsasən bildirir ki, onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozmağı düzgün sənədləşdirilməmiş, qeyd edilən normaların heç birinə istinad edilməmiş, əksinə onun tələbləri kobud surətdə pozulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş qərardan şikayət vermiş X2, məhkəməyə ərizə ilə müraciət edərək, şikayətini müdafiə etdiyini və üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Qərarından şikayət verilmiş orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Şikayətə əlavə edilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17890097 saylı qərardan görünür ki, X2 tərəfindən xx.xx.2023-cü il tarixdə 14:18 radələrində idarə etdiyi “AUDİ” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında X1 idarə etdiyi avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti və A.Abbasov küçəsinin kəsişməsindən Mətbuat prospekti istiqamətində olan yolda sola hərəkət etməsini qadağan edən yol nişanının olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, V.Sadıqovun inzibati xətanın törətməsi halı müəyyən edilməmişdir və ona görə də, o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17890097 inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17890097 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar