Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5876/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X9 İdarəsi (DYPİ) 19 avqust 2024-cü il tarixli, EQ seriyalı 23075520 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X9 İdarəsi (DYPİ) 19 avqust 2024-cü il tarixli, EQ seriyalı 23075520 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, bilmədən avtobus zolağına girib dərhal çıxdığı halda kamera maşını çəkmiş və cərimə yazmışdır. O, bildirmişdir ki avtobus zolağında sürmək niyyəti olmayıb. Dərhal zolaqdan çıxmış və sürməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 avqust 2024-cü il tarixli, EQ seriyalı 23075520 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 avqust 2024-cü il tarixli, EQ seriyalı 23075520 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 avqust 2024-cü il tarixli, EQ seriyalı 23075520 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 19 avqust 2024-cü il tarixdə saat 13:01-də “Toyota Carolla minik” markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Şamaxinka yerüstü keçid adlanan ünvanında 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Qeyd edilən 19 avqust 2024-cü il tarixli, EQ seriyalı 23075520 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1- 1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 avqust 2024-cü il tarixli, EQ seriyalı 23075520 nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 avqust 2024-cü il tarixli, EQ seriyalı 23075520 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva Etiraz daxil olmur. Sədrlik edən tərəflərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Hüquq və vəzifələri tərəfə aydın oldu. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasının soruşur. Vəsatət daxil olmadı. Şikayətçi şifahi vəsatət verərək şikayət vermə müddətinin buraxılmasını üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etdi. Sədrlik edən müşavirə otağına gedir,qayıdıb gəldikdən sonra inzibati xəta haqqında iş üzrə qərardadı oxuyub elan edir. İşin baxılmasında iştirak edən şəxsin şikayətçinin izahatı dinlənilir. Şikayətçinin izahatı xx.xx.2023-cü il tarixində idarə etdiyim “Ford Mustang” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən DYP əməkdaşı tərəfindən saxla əmri verilmişdir və avtomobili saxladıqdan sonra İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 2-ci bəndinin tələblərini pozduğumu bildirirərək barəmdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, protokol da hadisənin yeri, inzibati xətanı aşkar edən xüsusi vasitənin hansı olması, şahidlər, və digər bəndlər doldurulmayaraq boş saxlanılmış, protokol tərtib edildikdən 10 gün sonra tərtib edilən inzibati xəta haqqında qərarda isə “xx.xx.2023-18:36 da, Bakı şəhəri, Nəriman Nərimanov prospekti 205 (GPS 40.38122669, 49.********) ərazidə nəqliyyat vasitəsini istifadə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə” qeydi verilərək mənim inzibati qaydada tənbeh edilməyim qərara alınmışdır. Nəzərə alınmalıdır ki, Nəriman Nərimanov 205 ünvanında (kordinatda göstərilən ünvanda) yolun hərəkət istiqaməti təktərəflidir və orada həmin maddə ilə təqsirli bilinməyim təmamilə qanunsuz və əsassızdır. Belə ki, həmin ərazidə mənim qayda pozuntusu etməyimi təsdiq edən heçbir sübut və digər vasitə belə yoxdur. Cavabdeh orqana müraciət etdikdə isə mənə başqa bir ərazidəki görüntü təqdim edilərək müxtəlif bəhanələrlə həmin cərimənin qanuni olması qənaətinə gəlinmişdir. Həmin zaman tərəfimdən etiraz edilərək həmin videogörüntünün bura aidiyyəti olmamasının, əgər elə bir qayda pozuntusu etmişəmsə həmin ərazidə deyildə niyə başqa ərazidə tərtib edilməsini soruşsam da mənə məlum olmayan hərhansısa maraq naminə biraz gözlədildikdən sonra “get məhkəməyə ver baxarıq vəziyyətə” cümləsini cavab olaraq aldım. Məlum olduğu kimi Azərbaycan Respublikası tərəfindən fəaliyyətinə ölkəmizdə icazə verilmiş, internet resurslarında hamıya əlçatan olan google.map servisində qeyd edilən kordinatları, və ya ünvanı daxil etdikdə müəyyən etmək olur ki, Nəriman Nərimanov prospekti 205 ünvanında və gps kordinatları göstərilən ünvanda həmin qayda pozuntusunu etmək üçün şərait belə yoxdur. Yəni bilərəkdən və ya bilməyərəkdən də olsa həmin qayda pozuntusunu orada etmək mümkünsüzdür. Sədrlik edən s/c: -İnzibati tənbeh vermə haqqında qərar mənə rəsmi surətdə xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Əlavə suallar daxil olmadı. Sədrlik edən işdəki sənədləri elan etməklə tədqiq edir, əlavə vəsatətlərin və sübutların olub olmamasını aydınlaşdırır. Əlavə sübut və vəsatətlər olmadı. İşin tədqiqi bitmiş hesab olunur. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını bildirir. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxslərə çıxış üçün söz verir. Şikayətçi: Şikayətimin təmin edilməsini Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 26 aprel 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışının qurtardığını bildirir və müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan apellyasiya şikayəti və protest verilməsi, protokola tanış olmaq qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 17:35-də bağlı elan olunur. Protokol 18 iyul 2023-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclas katibi :
Məhkəmə qərarları › İş №3(004)-5876/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5876/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver