Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5880/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, xx xxxx 1979-cu ildə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə, Zərərçəkmiş şəxs MTKya məxsus “CAME” markalı parklanma avadanlığını **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə çırpılaraq sındırmışdır. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 232- 1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: 11 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs MTK xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 27ci PŞ-yə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi 92 A ünvanında yerləşən ASP” MTK tərəfindən inşa edilmiş binanın 3-cü mərtəbəsində həmin binanın sakinlərinə qaraj sahəsində parkinq xidməti göstərilir. Qaraj sahəsi hər gün olmaqla 24 saat ərzində video müşahidə altındadır. xx.xx.2024-cü il tarixdə həmin binada yaşayan “Ramil Baba” adlı şəxsin evinə qonaq gələn “Toyota Landcruiser” markalı **-GF- *** dövlət qeydiyyat nişanlı avtomobilin xanım sürücüsü tərəfindən qəsdən şlaqbauma avtomobillə zərbə endirilərək müəssisəyə 2500 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə aparılan təhqiqat araşdırmasında cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir və hadisəni törədən şəxs (şəxslər) müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qərarından görünür ki, 11 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar ləğv edilmişdir. Məhkəmə hesab edir ki, 11 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2024cü il tarixli qərarı əsasında ləğv edilmişdir. Bu səbəbdəndə Şəxs barəsində İXM-in 232-1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin 29 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə geri qaytarılmalıdır. Bununla da qərardadda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib olunmuş 29 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə geri qaytarılsın. Qəbul edilmiş qərardadın surəti məlumat üçün Yasamal rayon prokuroruna göndərilsin. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5880/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5880/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver