Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-589/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Cəbrayıl rayonu, Niyazqullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəbrayıl rayonu, Niyazqullar kəndində ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 yanvar 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 27 yanvar 2022-ci il tarixdə Yasamal rayonu, Ə.Salamzadə küçəsində yol patrul xidməti əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X8 protokolu müdafiə edərək bildirmişdir ki, 27 yanvar 2022-ci il tarixdə saat 09:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, “Qələbə” dairəsində xidmət aparan Yasamal Rayon Polis İdarəsinin X15 Şöbəsinin əməkdaşları Şəxs idarə etdiyi “Nissan Juke” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri vermişlər. Bundan sonra Şəxs yaxınlaşaraq ödənilməmiş inzibati cərimələrinin olduğunu bu səbəbdəndə nəqliyyat vasitəsinin müvəqqəti dayanacağa təmin edilməli olduğunu bildirmişlər. Bəhram Baxışov isə YPX əməkdaşlarına aqressiv cavab verərək idarə etdiyi avtomobili cərimə meydancasına yerləşdirməkdən imtina edərək, onların qanuni tələblərini yerinə yetirməmişdir. Bu vaxt YPX əməkdaşları ÇPA-nın əməkdaşlarını kömək etmələri üçün əraziyə dəvət etmiş və onların köməyi ilə Bəhram Baxışov 29-cu polis şöbəsinə təmin edilmişdir. Yekun olaraq məhkəmədən Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis şöbəsində olarkən orada özlərini nizam-intizamlı aparmış, hər hansı qanun pozuntusuna yol verməmişdirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, 27.01.2022-ci il tarixdə Salamzadə küçəsi ilə “Qələbə” dairəsi istiqamətində gələrkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır. YPX əməkdaşı ona yaxınlaşmış və onun ödənməmiş inzibati cərimələrinin olduğunu bildirmiş, bu səbəbdən də nəqliyyat vasitəsinin duracağa getməsini onun nəzərinə çatdırmışdır. O isə YPX əməkdaşına inzibati cərimələri ödənilməsi barədə qəbzləri göstərərək, cərimələri ödədiyi üçün avtomobili duracağa yerləşdirməyəcəyini bildirmiş və bu barədə 102 xidmətinə məlumat vermişdir. Daha sonra isə YPX əməkdaşı onun idarə etdiyi avtomobili duracağa yerləşdirməsini dəfələrlə xahiş etsədə o bundan imtina etmişdir. Daha sonra onu 29-cu PŞ-yə dəvət edib, avtomobilidə evakuator vasitəsilə duracağa yerləşdirmişlər. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Yekun olaraq əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı övladının olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 27 yanvar 2022-ci il tarixdə Bakı şəhər, Yasamal rayon, Ə.Salamzadə küçəsi “Qələbə” dairəsində “Nissan Juke” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənilməmiş inzibati cərimələrinin olması səbəbindən həmin avtomilə saxla əmri verilmişdir. Sürücüyə bu barədə məlumat verilmiş və avtomobilin müvəqqəti duracağa təmin edilməli olması bildirilmiş, lakin sürücü bundan qətiyyətlə imtina etmişdir. Sürücü aqressiv şəkildə cərimələri ödədiyini və avtomobili dayanacağa qoymayacağını bildirərək onların qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Bundan sonra “şəfəq” vasitəsilə kömək istəmiş və oraya gəlmiş polis əməkdaşları vasitəsilə həmin şəxs 29-cu polis şöbəsinə təmin edilmiş, avtomobil isə evakuator vasitəsilə müvəqqəti duracağa yerləşdirilmişdir. İş materiallarında olan: Yasamal Rayon Polis İdarəsinin X15 Şöbəsinin inspektorları Fətəliyev Rauf tərəfindən 29-cu Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 27.01.2022-ci il tarixli raportdan görünür ki, 27.01.2022-ci il tarixdə saat təxminən 09:45 radələrində “Qələbə” dairəsində xidmət apararkən “Nissan Juke” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı maşının üzərində həbs olması aşkarlanmışdır. Maşın saxlanılaraq sürücüyə özünü təqdim etmiş sonra maşının üzərində həbs olduğunu bildirdikdən sonra sürücü onlara aqressiv cavab verərək tabesizlik etməyə başlamışdır. Bu zaman şəfəqdən kömək istəmiş, onlara köməyə ÇPA-nın 2463 çağırışlı avtopatrulu gəlmiş və həmin sürücünü 29-cu PŞ-nə dəvət etmişdir. Bu zaman şöbədə məlum olmuşdur ki, həmin sürücü X3r. X12 Alayının 6-cı polis bölüyünün polis nəfərləri Balosov Rüfət, Əliyev Mirşahin, Nağıyev Ömər tərəfindən 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 27.01.2022-ci il tarixdə saat 09:50 radələrində inzibati ərazidə xidmət apararkən “Şəfəq”in çağırışına əsasən 5 nömrəli duracağın qarşısına yaxınlaşmışlar. Oraya yaxınlaşanda YP280 onlara vətəndaşın ona tabesizlik göstərdiyini bildirmişdir. Onlar həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim etmiş və onu 29-cu PŞ-nə dəvət etmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İnzibati qaydada tutma haqqında 27.01.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 17.09.1999-cu il təvəllüdlü X1, 07.09.2006-cı il təvəllüdlü X7 və 04.10.2013-cü il təvəllüdlü X5 olmaqla 3 övladı vardır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 27 yanvar 2022-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X15 Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-589/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-589/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver