Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5890/2023 01.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, xx xxxxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraqbarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Bunlar aşağıdakılardan ibarət olmuşdur: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(004)-91/2023 nömrəli qərarından görünür ki, Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Əli Məmmədov tərəfindən qəbul edilmiş HK-1/584 saylı material üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 05 iyun 2023-cü il tarixli qərarı qanunsuz hesab olunaraq ləğv edilmiş, qərarda göstərilənlər nəzərə alınaraq cinayət işi üzrə cinayətprosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirilməklə əlavə araşdırma aparılması qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması əsas olmuş HK-1/584 saylı material Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(004)-91/2023 nömrəli qərarı ilə ləğv olunsada Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ həmin qərara əsaslanaraq Şəxs barəsində 15 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə protokol tərtib edilməzdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(004)-91/2023 nömrəli qərarı əsasında Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Əli Məmmədov tərəfindən qəbul edilmiş HK-1/584 saylı material üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 05 iyun 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Bu səbəbdəndə Şəxs barəsində İXM-in 327.8-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş 15 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Bununla da qərardadda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 327.8-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş 15 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5890/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5890/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver