Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5898/2022 18.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsində ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət etmə müddətini üzürlü hüsab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəsatət vermiş şəxs X3, vəsatəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatətə baxılması yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqan xəbərdar olunmasına baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyindən daxil olmuş arayışdan görünür ki, X2 xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərar barədə məlumat Asan SMS vasitəsi ilə xx.xx.2020-ci il tarixində göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsini tənzimləyən 57-ci maddəsindən görünür ki, nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, hazırki halda müddətin bərpasını xahiş edən tərəf barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli BNA ******* saylı inzibati qərarı vaxtında yəni xx.xx.2020-ci il tarixində almışdır və hazırda müddətin bərpa edilməsi ilə bağlı gətirilən dəlilləri ağlabatan və tutarlı hesab etmir.Belə ki, şikayət verən şəxsin sözügedən qərardan məhkəməyə şikayət vermək üçün vaxtı olmuşdur, lakin o, bu imkandan vaxtında istifadə etməmiş, şikayət vermək imkanı mümkünsüz edən hallar barədə sübutlar ərizəyə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ötürülmüş müddətin bərpasına o halda yol verilir ki, müddət üzrlü səbəbdən və proses iştirakçısının təqsiri olmadan buraxılmış olsun. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış maddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, vəsatət vermiş şəxs, barəsində qəbul edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərardan vaxtında xəbəri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müəyyən halların formal olaraq sadalanması buraxılmış müddətin bərpası üçün tutarlı hallar hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti əsassız hesab olunaraq rədd edilməlidir. q ə r a r a a l d ı: X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5898/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5898/2022
18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver