Məhkəmə qərarları › İş №3(004)-5932/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5932/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5932/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin 17 oktyabr 2022-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin 17 oktyabr 2022-ci il tarixli MN ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, X1 şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Binəqədi rayonunun ərazisidir, şikayətçi X1 qeydiyyat ünvanı Baki şəh., Nərimanov ray., Həsənoğlu küç.,2,90 ünvanıdır. Halbu ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 10.1-ci maddəsində müəyyən olunmuş qaydada uyğun olaraq inzibati xətanın törədildiyi yer üzrə və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətin və protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətində aidyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Binəqədi rayonu ərazisidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 qeydiyyat ünvanı Bakı şəhəri Nərimanov rayonu olduğundan həmçinin inzibati xətanın törədildiyi yer Bakı şəhəri Binəqədi rayonu ərazisi olduğundan X1 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin 17 oktyabr 2022-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin 17 oktyabr 2022-ci il tarixli MN ******* saylı qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar