Məhkəmə qərarları › İş №3(004)-5932/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5932/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5932/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialla əsasən, vətəndaş X3 Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törəldilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq göstərmişdir ki, "Princeps Legem” MMC-nin (VÖEN: **********] (bundan sonra, "Şirkət" və ya "Sifarişçi") müştərilərinin fərdi sorğuları üzrə onların əməkdaşları üçün "Panel operatoru” mövzusunda təlim-qiymətləndirmənin ("Təlim”) keçirilməsinə dair zərurət yarandığından Şirkət ilə X3 [VÖEN: **********) (bundan sonra, "Kərimli Elçin" və ya "İcraçı”) arasında 21 fevral 2022-ci il tarixli, PL/04-22 saylı Xidməti Müqavilə bağlanılmışdır. Daha sonra müştərilərin Təlimlə bağlı sorğularının artması səbəbindən Kərimli Elçin tərəfindən yenidən 02 dekabr 2022-ci il tarixli, 01-VX/22 saylı Xidməti Müqaviləsi tərəflər arasında bağlanılaraq aralarındakı əməkdaşlıq yenilənmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin (bundan sonra, “İdarə”) Kərimli Elçinin müraciəti əsasında Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə 06 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol (bundan sonra, "Protokol”) tərtib edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi inzibati xəta haqqında materiala baxılması üçün 3(004)-5932/2023 saylı iş üzrə icraata qəbul edilməsi barədə qərardad qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 61.1.4-cü maddəsini rəhbər tutaraq, İdarə tərəfindən tərtib edilən protokola etiraz edirik və işin dəliləri ilə bağlı aşağıdakıları bildirir: 1) Şirkət ilə Kərimli Elçin arasında əmək münasibətləri deyil, mülki hüquq münasibətləri olmuşdur. a) Hər iki Müqavilə bərabər hüquqlu tərəflər arasında bağlanılmışdır və Müqavilələrin predmetini dövrü olaraq göstərilən Təlim xidməti təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra, Konstitusiya Məhkəməsi") "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 20 oktyabr 2023-cü il tarixli Qərarında şəxslərin fərdi azad seçimi ilə mülki hüquq münasibəti əsasında işləri və xidmətləri görə bilmələrini vurğulamışdır. Belə ki, Qərarda qeyd olunur ki, "Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür...Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir...Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət- tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir... ...Mülki-hüquqi müqavilələrin predmetiyerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır". Bildirmək istəyir ki, hər iki Müqavilənin 2.1 və 2.2-ci maddələrinə əsasən, İcraçı Sifarişçinin tələbləri üçün bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Panel operatoru” mövzusu üzrə təlim keçir və Sifarişçi İcraçıya bu Müqavilə üzrə göstərdiyi müvafiq xidmətlərə görə nəzərdə tutulan şərtlərə əsasən xidmət haqqı ödəyir. Bundan əlavə, Kərimli Elçinin fəaliyyət qrafiki Şirkətin müştəriləri və Kərimli Elçin ilə razılaşdırılmış fərqli saatlar üzrə tərtib edilmişdir. Qeyd etmək istəyir ki, xidmətlərin görülməsinə dair Kərimli Elçinə fərdi sahibkar olaraq Şirkət tərəfindən elektron qaimələr təqdim edilmiş, göstərdiyi xidmətlər qarşılığında xidmət haqqı ödənilmişdir (elektron qaimələr və ödəniş tapşırıqları əlavə olunur). Bundan əlavə, hər iki Müqavilənin 7.8-ci maddəsinə əsasən, bu Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq hazırlanıb və tərəflərin hüquqları qüvvədə olan qanunvericiliklə qorunur. b) Hər iki Müqavilənin müddəti və ləğv olunmasının əsasları tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmişdir."Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair" 30 iyul 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, "Əmək Məcəlləsinin 70-ci maddəsi isə əmək müqaviləsinin məhz işəgötürən tərəfindən ləğv olunmasının əsaslarını müəyyən etmişdir. Göründüyü kimi, işçi ilə əmək müqaviləsi yalnız onunla əmək müqaviləsini bağlamış işəgötürən tərəfindən qanunvericiliyə müvafiq olaraq ləğv oluna bilər".Bundan əlavə, Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Qərarına əsasən, "Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır". Bununla bağlı xüsusilə diqqətə çatdırmaq istəyir ki, əmək münasibətlərindən fərqli olaraq, hər iki Müqavilənin 5 və 7-ci maddələrində Kərimli Elçin və Şirkət Müqavilələrin müddətini və xitamı əsaslarını özləri sərbəst iradələri ilə müəyyən etmişdirlər. Belə ki, Müqavilələrin 7.1-ci maddəsinə əsasən, bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və (6) altı ay müddətində qüvvədə qalır. Müqavilələrin 7.2-ci maddəsinə əsasən, bu müqavilənin bitməsinə 30 (otuz) gün qalmış ona xitam vermək haqqında hər hansı bir Tərəfin rəsmi müraciətləri olmadıqda bu Müqavilə 7.1-ci maddədə müəyyən olunmuş müddətdə uzadılmış hesab olunur. Müqavilələrin 5.1-ci maddəsinə əsasən, İcraçı bu müqavilə xitam vermək istədikdə müqavilə üzrə öhdəliklərin bitməsinə ən azı 15 gün qalmış Sifarişçiyə bu barədə yazılı məlumat verməlidir. Müqavilələrin 5.3 və 5.3.1-ci maddələrinə əsasən, Sifarişçi İcraçının bu müqavilənin qüvvədə olduğu müddət ərzində əgər hər hansı bir öhdəliyi və ya yerinə yetirilməmiş öhdəliyi olmadıqda 15 təqvim günü ərzində müqaviləyə xitam verə bilər. c) Hər iki Müqavilənin tərəfləri öz hüquq və öhdəliklərini hüquqi və fiziki şəxslərə ötürə bilərlər. Konstitusiya Məhkəməsi 20 oktyabr 2023-cü il tarixli Qərarında bildirmişdir ki, "...Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur...Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir". Əmək münasibətlərindən fərqli olaraq, hər iki Müqavilənin 7.6-cı maddəsinə əsasən, tərəflər öz hüquq və öhdəliklərini qarşılıqlı razılıqları ilə ötürə bilərlər. Müqavilələrdəki bu müddəa onu təsdiqləyir ki, Kərimli Elçin Şirkətin razılığı ilə Müqavilədə razılaşdırılan xidmətlərin göstərilməsini digər fiziki və hüquqi şəxsə ötürə bilər. d) Şirkət və X8 üzrə tam maddi məsuliyyət daşımalarına dair razılığa gəlmişdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, "...Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s.". Qeyd etmək istəyir ki, hər iki Müqavilənin 5.8-ci maddələrinə əsasən, heç bir tərəf müqavilənin tələblərindən kənara çıxmaqla [Müqaviləni] birtərəfli şəkildə ləğv edə bilməz, əks təqdirdə o bununla digərinə dəyən zərər və itirilmiş mənfəət üçün məsuliyyət daşıyır. e)X6 üzrə öhdəliklərinə görə yalnız maddi məsuliyyət daşıyır. Qeyd edilən Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil...Beİəliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır".Əvvəldə qeyd etdiyi kimi, Tərəflər Mülki Məcəllənin müddəalarına uyğun olaraq Müqavilə üzrə yarana biləcək maddi məsuliyyətə dair qarşılıqlı razılığa gələrək öz sərbəst iradələri əsasında hər iki Müqaviləni bağlamışdırlar. Göründüyü kimi, Şirkət ilə Kərimli Elçin arasındakı əməkdaşlıq hər iki tərəfin sərbəst iradəsi əsasında bağlanılmış xidmət müqaviləsi çərçivəsində mülki hüquq münasibətləri olub əmək münasibətlərindən kəskin şəkildə fərqlənməkdədir. 2) İdarə obyektiv və tam araşdırma aparmadan Protokol tərtib etmişdir. Belə ki, İdarə tərəflər arasında mülki yoxsa əmək münasibətinin olub-olmaması ilə bağlı tam araşdırma aparmamış, təqdim olunan iş materialları qeyri-obyektiv qiymətləndirmişdir. Qeyd etmək istəyir ki, İdarə Protokolda işə baxarkən müəyyən etdiyi hallar kimi qeyd etmişdir ki, "Böyüklər üçün təhsil", yəni müntəzəm məktəb təhsili və ya təhsil sistemlərində oxumayan insanlar üçün olan təhsil Şirkətin əlavə fəaliyyət növlərindən biridir, bundan əlavə Şirkətdə təlim və işə qəbul üzrə aparıcı mütəxəssis vəzifəsi vardır. Bildirmək istəyir ki, X7 Şirkətin qeyd olunan əlavə fəaliyyəti göstərməyini təsdiqləyən hər hansı mötəbər sübutu yoxdur və olsa belə, bu hal X9 ilə bağlanılan xidmət müqaviləsi əsasında qeyd edilən fəaliyyəti göstərməsini istisna etmir. Kərimli Elçinin göstərdiyi təlim xidmətinin Şirkətdə mövcud olan "təlim və işə qəbul üzrə aparıcı mütəxəssis” vəzifəsinin əmək funksiyaları ilə əlaqəsi belə yoxdur və İdarə bunun əksini təsdiqləyəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, Şirkətin "təlim və işə qəbul üzrə aparıcı mütəxəssis” vəzifəsi üzrə işlərin əsas məzmununa sifarişçi şirkətlərə insan resurslarının idarə edilməsi ilə bağlı məsləhətlərin verilməsi, bununla bağlı köməklik göstərilməsi və təlimlərin təşkil edilməsi zamanı bütün koordinasiya işlərinin təmin edilməsi daxildir (vəzifə təlimatı əlavə olunur). Göründüyü kimi, İdarənin araşdırma aparan zaman aşkar etdiyi halların heç biri Şirkət ilə Kərimli Elçin arasında mülki yox məhz əmək münasibətinin olmasını təsdiqləyəcək hüquqi əsası yoxdur. Bundan əlavə, İdarə Şirkətin nümayəndəsinin iştirakı olmadan iş üzrə materialları qiymətləndirmiş və protokol tərtib etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 20 oktyabr 2023-cü il tarixli Qərarında işin faktiki hallarının qiymətləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Qərarda Konstitusiya Məhkəməsi bildirmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir". Buna baxmayaraq, İdarə sadəcə Kərimli Elçinin irəli sürdüyü "dəlillər"ə istinad edərək araşdırma aparmış, tərəflər arasındakı münasibətin faktiki halları və Müqavilələrin xarakterini obyektiv qiymətləndirməmiş və nəticədə tərəflər arasında əmək münasibətlərinin olduğu qənaətinə gəlmişdir. Göstərilən halları nəzərə alaraq barəsində başlanlmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, Şəxs MMC ilə fərdi sahibkar X3 (VÖEN **********) arasında 02 dekabr 2022-ci il tarixdə, 01-VX/22 saylı xidmət müqaviləsi bağlanmışdır. Göründüyü kimi, fərdi sahibkar E.S.Kərimli Şəxs MMC tərəfindən qeyri-rəsmi əmək münasibətlərinə cəlb edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə obyektiv, tam və hərtərəfli araşdırma aparılmamış, nəticədə inzibati xətanın subyekti düzgün müəyyən edilməmiş və yanlışlıqla Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür...Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir...Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC hazırkı inzibati xəta üzrə subyekt hesab edilə bilməz. Belə ki, inzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda adı qeyd edilən şəxs, yəni E.S.Kərimli Şəxs MMC tərəfindən qeyri-rəsmi əmək münasibətlərinə cəlb edilməmişdir. Hal-hazırki iş üzrə inzibati xəta tərkibinin dörd zəruri elementindən biri olan subyekt düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar