Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5933/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Qusar rayonu Həzrə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qusar rayonu, Həzrə Ərazi Dairəsi, Həzrə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Nəsimi rayonu, 28 May metrosu yaxınlığında sərxoş olduğu üçün saxlanılıb, avtomobili Yasamal rayonu ərazisində yerləşən avtomobil duracağına aparıldıqda, onun çantasında 1 ədəd şəffaf bükümdə narkotik vasitənin aşkar edilməsi faktı əsasında, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin inzibati binasında gətirilmişdir. Bununla da o, İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsinin sahə inspektoru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Nəsimi rayonu, 28 May metrosu yaxınlığında sərxoş olduğu üçün saxlanılıb, avtomobili Yasamal rayonu ərazisində yerləşən avtomobil duracağına aparıldıqda, onun çantasında narkotik vasitə aşkar edilmişdir. Daha sonra iş təhqiqata verilmiş, ekspertizanın müvafiq rəyindən sonra narkotik vasitənin miqdarı nəzərə alınmaqla cinayət işinin başlanılması rədd edilmişdir. Daha sonra material 27-ci Polis şöbəsinə göndərilmişdir. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Nəsimi rayonu, 28 May metrosu yaxınlığında nəqliyyat vasitəsində dostu ilə gedərkən nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra polis əməkdaşı onun özündə olmadığını görüb şübhələnmişdir. Həmin günü küçədə tanımadığı şəxsdən siqaret istəmiş və həmin şəxs ona siqaret adı ilə nəsə vermişdir. Siqareti çəkəndən sonra özünü çox pis hiss eləmişdir. Üzərində olan narkotik vasitə ümumiyyətlə ona məxsus olmamışdır, güman edir ki onun cibinə qoyulub. Hazırda tibbi rəydən də görünür ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkmir və hər hansı narkotik maddənin aludəçisi deyildir. Özü ürək xəstəsidir, ürək damarlarında problemlər var, həmçinin xroniki astma və klaustrofobiya xəstəliyindən əziyyət çəkir. Qapalı məkanlarda qala bilmir, hətta bir dəfə infarkt keçirmişdir. Həmçinin əlilliyi ilə bağlı sosial müdafiə nazirliyinə müraciət etmiş, lakin hələ də ona əlillik barədə vəsiqə verilməmişdir. Evlidir, bir azyaşlı uşağı var. Barəsində yüngül tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16-2-7/1693 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd yarı kəsilmiş kibrit qutusunda təmiz çəkisi 2,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 7034 saylı rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümanələrində narkotik vasitələr istifadə etdiyi aşkar edilmişdir. Şəxs Kannabinoidlərin istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan AR DİN Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Nəsimi Musayevin xx.xx.2024-cü il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli ekspert rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, bir azyaşlı uşağının olmasını, bir neçə xroniki xəstəliklərdən əziyyət çəkməsini nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5933/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5933/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver