Məhkəmə qərarları › İş №3(004)-5934/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5934/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5934/2022 11.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X2 iştirakı ilə, X2 Bakı şəhəri Yasamal Rayon Dövlət X11 xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Yasamal Rayon Dövlət X11 xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, “Kia Sorento” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2022-ci il tarixdə idarə etdiyi zaman Yasamal rayonu, Səfərli küçəsi ilə Xarici İşlər Nazirliyi istiqamətində hərəkət edərək yolayrıcına daxil olmuş və həmin vaxtı S.Rəhimov küçəsi ilə üzü Xarici İşlər Nazirliyi istiqamətində hərəkətdə olan mopedlə toqquşmuşdur və nəticədə moped sürən X1 yüngül zərər dəymişdir. Barəsində İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* nömrəli, 02 mart 2022-ci il tarixli protokol tərtib edilmişdir. Protokol və digər materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə o, İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Lakin inzibati xəta hadisəsinin baş verməsindən 7 ay 2 gün sonra barəsində İXM-nin 332.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub və həmin protokol Yasamal RPİ-nin təhqiqatçı polis kapitanı Tural Abdullayev tərəfindən çıxardırılmış xx.xx.2022-ci il tarixli qərara əsasən tərtib edilmişdir. Protokol barədə o, Asanpay kabineti vasitəsilə xəbər tutmuşdur. Dərhal elə həmin gün və ayrıca xx.xx.2022-ci il tarixdə Asanpay vasitəsilə həmin qərardan 2 dəfə şikayət etsə də, inzibati xəta haqqında qərara yenidən baxılaraq ona cavab verilməmişdir. Daha sonra isə xx.xx.2022-ci il tarixli şikayəti tərtib edib bu səfər poçt vasitəsilə göndərməli olmuşdur və ona Yasamal RPİ tərəfindən xx.xx.2022-ci il tarixli, 091-103790M- 4222 saylı məktubla bildirilmişdir ki, şikayəti ilə əlaqədar videomüşahidə kamerasına baxış keçirilmiş və barəsində əsaslı olaraq İXM-in müvafiq maddəsinin tələbinə uyğun xx.xx.2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunduğu müəyyən edilmişdir. Həmin qərar ona təqdim edilmədiyinə görə onu əlbəəl götürmək üçün xx.xx.2022-ci il tarixdə Yasamal rayon DYPŞ-a getmişdir və qərarın surəti almışdır, amma eyni zamanda ona Yasamal Rayon Polis İdarəsinin təhqiqatçısı Tural Abdullayevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı da təqdim etmişdir. Həmin qərarda barəsində cinayət işinin başlanması rədd edilmiş və İXM-in 327.8 və 332.1-ci maddələri ilə protokol tərtib edilməsi tapşırılmışdır. Halbuki, İXM-in 327.8-ci maddəsi ilə təqsirləndirilməyinə dair inzibati xəta haqqında işə xx.xx.2022ci il tarixdə məhkəmə tərəfindən baxılaraq yekun qərar qəbul edilmişdir. Yasamal rayon DYPŞ isə heç bir araşdırma aparmadan barəsində İXM-in 332.1-ci maddəsi ilə protokol daha sonra isə xx.xx.2022- ci il tarixli inzibati xəta haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, avtomobil onun həyat yoldaşının adına qeydiyyata alınmışdır, eyni zamanda idarə etdiyi avtomobilin birgə nikah dövründə əldə olunubdur ona görə də ayrı-ayrılıqda onlar avtomobili etibarnamə olmadan idarə edə bilərlər və qanunvericilikdə mülkiyyətçinin özü-özünə etibarnamə verməsi qaydası nəzərdə tutulmamışdır. Belə olan halda onun AR İXM-in 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz və əsassızdır. Ona görə də barəsində qəbul edilmiş inzbati qərar ləğv edilməlidir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər Yasamal Rayon Dövlət X11 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhər Yasamal Rayon Dövlət X11 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, 15 fevral 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Kia Sorento" markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 Azərbaycan Respublikası İXM-nin 327. 8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibatı qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPl-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1552/2022 nömrəli 31 mart 2022-ci il tarixli qərarından görünür ki, X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş, 11 avqust 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Kia Sorento" markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 Azərbaycan Respublikası İXM-nin 327.8-ci, 332.1-ci maddələrinin tələblərinə uyğun olaraq inzibatı qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPl-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər X13 İdarəsinin TP ******* nömrəli, 17 avqust 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (yəni nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) törədilməsində təqsirli bilinib, barəsində 40 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. X3 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Məhkəmə araşdırması zamanı bir daha X4 nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi halı öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, onun barəsində qəbul edilmiş inzibati qərar qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda K.Mirzəyevin gətirdiyi dəlillərlə bağlı (idarə etdiyi avtomobilin arvadının adına olması, həmin avtomobilin birgə nikah dövründə əldə edilməsilə əlaqədar onların birgə mülkiyyətində olması, bu səbəbdən etibarnamə olmadan da idarə etmək hüququnun olması ilə bağlı) qeyd edir ki, nə qədər ki, şəxsin hər hansı bir əmlaka mülkiyyət hüquqları (sahiblik, istifadə və sərəncam) dövlətin müvafiq orqanı tərəfindən qeydə alınmayıb və hüquq müəyyənedici rəsmi sənədlə rəsmiləşdirilməmişdir həmin şəxs özünü bu və ya digər əmlakın mülkiyyətçi kimi təqdim edə bilməz və ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydadan kənar istifadə edə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Lakin hazırkı halda K.Mirzəyevin idarə etdiyi avtomobilin onun mülkiyyətində olmasını təsdiq edən və yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququnun olması öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü: - sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2 izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun bu səpkidə izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. X9 avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzuq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Göstərilən əsaslarla məhkəmə X2 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Dövlət X11 xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar