Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5934/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəkili X1 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 28 oktyabr 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (Bank) xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2018 - xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1.1. "Cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.5.2-ci maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 9.12.2ci maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər mövcud olan məlumat və sənədləri nəzərdən keçirib tədqiq edərək yüksək riskli müştəriləri prioritetləşdirməklə müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin yenilənməsi və adekvatlığının təmin edilməsi kimi müştəri uyğunluğu tədbirlərini işgüzar münasibətlərə davamlı olaraq tətbiq etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən 4 müştəriyə münasibətdə müştəri uyğunluğu tədbirlərinə əməl edilməməklə qanunvericiliyin tələbləri pozulmuş, həmin müştərilərin eyniləşdirmə sənəd və məlumatları mütəmadi olaraq yenilənməmişdir (İnspeksiya haqqında hesabat. Səh 63). 1.2. ƏL/TMM Qanunun 6-cı maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 10cu maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər ölkədaxili və transsərhəd əməliyyatlara dair bütün məlumat və sənədləri qanunvericilikdə daha uzun müddət nəzərdə tutulmadıqda, əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar. Lakin yoxlama zamanı müəyyən olunmuşdur ki, 3 müştəriyə münasibətdə məlumat və sənədlərin saxlanılmasına dair tələblərə riayət olunmamış, müştəri və benefisiar mülkiyyətçilərin eyniləşdirilmə sənədləri 5 il ərzində qorunub saxlanılmamışdır (İnspeksiya haqqında hesabat. Səh 64). Qeyd edilən pozuntu İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. 2.1. "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.1.10-cu, 2.10.1-ci və 2.10.2-ci yarımbəndlərinə görə (anoloji tələb xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 12.1-ci maddəsində də göstərilmişdir) daxili nəzarət proqramı çərçivəsində yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlar təsdiq edilməli, həmin məhsulun və ya xidmətin ƏL/TM riskini müəyyən edən daxili qayda və prosedurları müəyyən etməli, habelə həmin qayda və prosedurlarda öhdəlik daşıyan şəxs yeni məhsul və ya xidməti istifadəyə vermədən əvvəl onun risk qiymətləndirilməsinin aparılması və müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən bu tələblərə tam şəkildə riayət olunmamış, yeni məhsul və xidmətlərin istifadəyə verilməsindən qabaq risk qiymətləndirilməsinə və müvafiq risklərin idarə edilməsinə dair daxili qayda və prosedurlar mövcud olmamışdır (İnspeksiya haqqında hesabat. Səh 66). 2.2. DNP-nin 2.5.1-ci yarımbəndinə görə (anoloji tələb DNS-in 11-ci bəndində göstərilmişdir) görə öhdəlik daşıyan şəxslər məlumat və sənədlərin saxlanmasına və konfidensiallığma dair daxili qayda və prosedurları təsdiq etməlidirlər. Həmçinin DNP-nin 2.5.6-cı yarımbəndinə görə (anoloji tələb DNS-in 11-ci bəndində göstərilmişdir) görə məlumat və sənədlərin saxlanmasına və konfidensiallığma dair daxili qayda və prosedurlarda reyestrdəki məlumat və sənədlərin sığorta nüsxəsinin yaradılması və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Bankda elektron daşıyıcıda saxlanılan məlumat və sənədlərin arxivləşdirilməsi, onlarm saxlanması müddətləri və arxiv materiallarından istifadə edilməsinə dair daxili qaydalarm olmaması, arxivə təhvil verilmiş sənədlərin sığorta nüsxəsinin yaradılmaması, 2022 və 2023-cü illər üzrə arxivə verilmiş sənədlərin reyestrinin mövcud olmaması, sənədlərin arxiv sənədlərinin mühafizəsi tələblərinə uyğun olaraq tam mühafizə edilməməsi kimi uyğunsuzluq faktları aşkarlanmışdır (İnspeksiya haqqında hesabat. Səh 67). Qeyd edilən pozuntular inzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da inzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar Bankın fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2018 - xx.xx.2023-cü il tarixlərində törədilmişdir, inzibati pozuntular yoxlama nəticəsində xx.xx.2023-cü il tarixdə aşkarlanmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X1 inzibati xəta haqqında protokola etiraz etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsinin sanksiyasının ən aşağı həddində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin inspeksiya haqqında hesabatından görünür ki, "xxxx" ASC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edən xx.xx.2023-cü il tarixdə başlanılmaqla xx.xx.2023-cü il tarixdə yekunlaşmış yoxlama keçirilmişdir. Yoxlama nəticəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 28 oktyabr 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmiş nöqsanlar aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" ASC-nin qanuni təmsilçisi X2r. "xxxx" ASC-nin 27 iyun 2024-cü il tarixli 257/Ü nömrəli əmrinə əsasən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində daxili prosedurların həyata keçirilməsinə nəzarət edilməsi, MMX ilə məlumat mübadiləsinin həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatların təqdim olunması məqsədilə idarə heyətinin üzvü – baş risk inzibatçısı Şəxs məsul şəxs təyin edilmişdir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4.5-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərə aşağıdakı müştəri uyğunluğu tədbirlərini davamlı olaraq tətbiq etməlidirlər: 4.5.1. aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi; 4.5.2. mövcud olan məlumat və sənədlər nəzərdən keçirilib tədqiq edilərək yüksək riskli müştəriləri prioritetləşdirməklə müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin yenilənməsinin və adekvatlığının təmin edilməsi. Həmin qanunun 6-cı maddəsinə əsasən - 6.1. Öhdəlik daşıyan şəxslər ölkədaxili və transsərhəd əməliyyatlara dair bütün məlumat və sənədləri qanunvericilikdə daha uzun müddət nəzərdə tutulmadıqda, əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar. 6.2. Öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsinə uyğun olaraq müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədləri, işgüzar yazışmaları, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədləri qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadıqda, işgüzar münasibətlərə xitam verildikdən və yaxud hər hansı birdəfəlik əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar. 6.3. Bu Qanunun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulan müddət maliyyə monitorinqi orqanının və ya nəzarət orqanının qərarı ilə hər bir xüsusi halda uzadıla bilər. 6.4. Əməliyyata dair məlumat və sənədlər cinayət mühakimə icraatı zamanı onların sübut kimi istifadəsinin təmin edilməsi məqsədilə hər hansı əməliyyatın yenidən bərpa edilməsinə imkan verəcək qaydada saxlanılmalıdır. 6.5. Öhdəlik daşıyan şəxslər tərəfindən saxlanılan məlumat və sənədlər maliyyə monitorinqi orqanına, nəzarət orqanlarına, cinayət təqibi orqanlarına və məhkəmələrə (qanunla nəzərdə tutulmuş xüsusi rejimlə mühafizə edilən məlumat və sənədlər onların mühafizə rejiminə uyğun olaraq) sorğuda göstərilən müddətdə təqdim edilməlidir. Həmin qanunun 10-cu maddəsinə əsasən Daxili nəzarət proqramı 10.1. Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. 10.2. Öhdəlik daşıyan şəxslər olan maliyyə qrupları (holdinqlər) həmin qrup (holdinq) miqyasında daxili nəzarət proqramları çərçivəsində bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlərə əlavə olaraq aşağıdakı tədbirlərin bütün filiallara və törəmə hüquqi şəxslərə tətbiq edilməsini təmin etməlidirlər: 10.2.1. müştəri uyğunluğu tədbirləri çərçivəsində və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin idarə edilməsi məqsədilə məlumat və sənədlərin qrupdaxili (holdinqdaxili) ötürülməsinə dair qayda və prosedurların təsdiq və tətbiq edilməsi; 10.2.2. qrup (holdinq) səviyyəsində leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət, audit və bu Qanundan irəli gələn öhdəliklər çərçivəsində əsas hüquqi şəxsdən, filial və törəmə hüquqi şəxsdən müştərilər, hesablar və əməliyyatlar barədə məlumat və sənədlərin alınması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.2.3. ötürülmüş məlumat və sənədlərin konfidensiallığını və təhlükəsizliyini, eləcə də yayılmasının qarşısının alınmasını təmin edən mexanizmlərin formalaşdırılması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi. 10.3. Maliyyə institutunun təsis edildiyi yurisdiksiya cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə institutlarının filiallarının və törəmə hüquqi şəxslərinin yerləşdiyi xarici yurisdiksiyada mövcud olan tələblərlə müqayisədə daha sərt tələblər müəyyən edərsə, maliyyə institutları xarici yurisdiksiyanın qanunvericiliyinin imkan verdiyi çərçivədə xarici filiallarının və törəmə hüquqi şəxslərinin daha sərt tələblər əsasında fəaliyyət göstərməsini təmin etməlidir. 10.4. Əgər xarici yurisdiksiyanın qanunvericiliyi daha sərt tələblərin tətbiqini qadağan edirsə, maliyyə qrupları (holdinqlər) risklərin idarə edilməsi məqsədilə tədbirlər görməli və bu barədə nəzarət orqanına məlumat verməlidirlər. 10.5. Maliyyə monitorinqi orqanı daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edir. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslərə münasibətdə maliyyə monitorinqi orqanının müəyyən etdiyi minimum tələblərdən əlavə tələblər müəyyən edə bilər. "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in 2.1.1.10-cu yarımbəndlərinə əsasən daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi tədbirləri ehtiva etməlidir. Həmin tələblərin 2.5.1-ci yarımbəndlərinə əsasən öhdəlik daşıyan şəxslər məlumat və sənədlərin saxlanmasına və konfidensiallığına dair daxili qayda və prosedurları təsdiq etməlidirlər. Həmin tələblərin 2.5.6-cı yarımbəndlərinə əsasən məlumat və sənədlərin saxlanmasına və konfidensiallığına dair daxili qayda və prosedurlarda reyestrdəki məlumat və sənədlərin sığorta nüsxəsinin yaradılması və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılması nəzərdə tutulmalıdır. Həmin tələblərin 2.10-cu yarımbəndlərinə əsasən 2.10.1. öhdəlik daşıyan şəxs daxili nəzarət proqramı çərçivəsində yeni məhsul və ya xidmət yaradarkən və onun istifadəyə verilməsindən əvvəl həmin məhsulun və ya xidmətin ƏL/TM riskini müəyyən edən və riski yüksək olduqda riskin azaldılmasının təmin edən daxili qayda və prosedurları müəyyən etməlidir. 2.10.2. Öhdəlik daşıyan şəxs yeni məhsul və ya xidməti istifadəyə vermədən əvvəl onun risk qiymətləndirilməsinin aparılması və müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən edilməsi bu daxili qayda və prosedurlarda nəzərdə tutulmalıdır. 2.10.3. Bu daxili qayda və prosedurlarda öhdəlik daşıyan şəxsin yeni məhsulu və ya xidməti istifadəyə vermədən əvvəl məhsul və ya xidmət barədə məlumatı və risk qiymətləndirməsinin nəticələrini rəy verilməsi üçün müvafiq nəzarət orqanına və ya MMX-yə təqdim edilməsini nəzərdə tutula bilər. 2.10.4. Müvafiq nəzarət orqanının və ya MMX-nın mənfi rəy verməsi həmin məhsulun və ya xidmətin təqdim edilməsini istisna etməməlidir. 2.10.5. Bu daxili qayda və prosedurlarda aşağı riskli yeni məhsullar istisna olmaqla, yeni məhsul və ya xidmət istifadəyə verildikdən sonra ən azı 1 il ərzində həmin məhsul və ya xidmət üzrə əməliyyatların mütəmadi risk qiymətləndirilməsinin aparılmalı olması nəzərdə tutulmalıdır. 2.10.6. Risk qiymətləndirilməsi nəticəsində şübhəli əməliyyatlarının sayının olmasının və riskin azaldıla bilinməməsinin həmin məhsul və ya xidmətin təqdim edilməsindən imtina üçün əsas olması bu daxili qayda və prosedurlarda nəzərdə tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 25.4-cü maddəsinə əsasən Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 598.1.1-ci maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 598.1.2-ci maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər - iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı Şəxsnin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 10000 (on min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5934/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5934/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver