Məhkəmə qərarları › İş №3(004)-5965/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5965/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5965/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon prokuroru köməkçisi üzrə stajor X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsinə dair protestinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov protestlə məhkəməyə müraciət edərək, AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, X8 Xidmətinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X9 barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Qərar xx.xx.2023-cü il tarixdə Nərimanov rayon prokurorluğuna göndərilmişdir. Həmin qərar əsassız olduğundan aşağıdakı hallara görə ləğv edilməlidir. X9 2023-cü ilin fevral ayından Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Bavariya” dam örtükləri mağazasında dam örtükləri satışı ilə məşğul olmaqla həmin mağazaya rəhbərlik etmiş, 2023-cü ilin may ayında mağazada təmir işləri gördürməyə başlamış və bununla bağlı 28 may 2023-cü il tarixdə fərdi qaydada elektrik ustası kimi fəaliyyət göstərən Rüstəmov Tural lmdadi oğluna qeyd olunan mağazada elektrik işlərinin görülməsini tapşırmışdır. X9 tərəfindən rəhbəri olduğu mağazada X2 gördüyü elektrik işlərinin təhlükəsiz aparılması təmin edilməmiş, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməmiş, görülən işlərlə bağlı təhlükəsizlik iş şəraiti yaradılmamış, bununla da Vüqar Qəribov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında portalın surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X6 Nərimanov rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 764 saylı rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 28 iyul 2023-cü il tarixli 10/4683 nömrəli ekspertiza rəyi, X7 və X4 izahatları ilə təsdiq olunur. X8 Xidməti hesab etmişdir ki, X2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı onunla fiziki şəxs X9 arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu və 7-ci maddəsinin 2-3-cü hissəsində nəzərdə tutulmuş qaydada əmək münasibətləri yaranmadığından Azərbaycan Respublikası İXMnin 198.1.1-ci maddəsi ilə X9 (VÖEN: **********) barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023- cü il tarixli 764 saylı rəyində qeyd edilmişdir ki, X3 aşkar edilmiş xəsarət-sağ pəncənin əzilməsi, küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 28 may 2023-cü il tarixdə və şəraitdə əmələ gəlməsi istisna olunmur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Araşdırma zamanı baş vermiş hadisə ilə əlaqədar texnikitəhlükəsizlik qaydalarının pozulub-pozulmamasını müəyyən etmək üçün məhkəmətəhlükəsizlik texnikası ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 28 iyul 2023-cü il tarixli 10/4683 nömrəli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində “Bavariya” dam örtükləri mağazasında elektrik işlərinin görülməsi zamanı istifadə olunan asma nərdivanın etibarlı və dayanıqlı şəkildə quraşdırılmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının 10.1 bəndinin tələbləri pozulmuşdur. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1 bəndinin tələbləri mağazada elektrik işlərinin təhlükəsiz aparılmasına, təhlükəsiz iş şəraitinin yaradılmasına, əməyin mühafizəsi və təhlükəsizlik iş şəraitinin yaradılmasına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə cavabdehliyi üzərinə götürmüş şəxs(lər)tərəfindən pozulmuşdur (konkret şəxs araşdırmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Araşdırma materialına əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında portalın surətindən görünür ki, X9 (VÖEN-**********) fiziki şəxs kimi qeydiyyata alınmışdır. Araşdırma zamanı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X4 əməlində Azərbaycan Respublikası 162.1-ci maddəsinin tərkib əlamətləri olmadığından 07 avqust 2023-cü il tarixdə rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Elvin Məmmədli tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlamlmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Bavariya” dam örtükləri mağazasında texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulmasına və nəticədə 28 may 2023-cü il tarixdə Tural Rüstəmovun xəsarət almasına baxmayaraq, X8 Xidməti inzibati xəta haqqında işə baxan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, işə baxılan zaman müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta yetirmədən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etmədən, Tural Rüstəmov ilə hər hansı işəgötürən arasında qüvvədə olan əmək müqaviləsinin bağlamasına dair məlumatın mövcud olmadığını formal əsas gətirərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon prokuroru köməkçisi üzrə stajor X5 protestin mahiyyətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə lazımi qaydada məlumat verilsə də, AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, protesti və iş materiallarını araşdıraraq hesab edir ki, protest təmin edilməlidir. Belə ki, hazırda protest müəllifi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X9 barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Bavariya” dam örtükləri mağazasında texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulmasına və nəticədə 28 may 2023-cü il tarixdə Tural Rüstəmovun xəsarət almasına baxmayaraq, X8 Xidməti inzibati xəta haqqında işə baxan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, işə baxılan zaman müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta yetirmədən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etmədən, Tural Rüstəmov ilə hər hansı işəgötürən arasında qüvvədə olan əmək müqaviləsinin bağlamasına dair məlumatın mövcud olmadığını formal əsas gətirərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun protesti təmin edilməli, AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun protesti təmin olunsun. AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar ləğv edilsin və və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar