Məhkəmə qərarları › İş №3(004)-5970/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5970/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5970/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs BOKT "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə BOKT "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 598.1.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT "xxxx" QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 598.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 noyabr 2023-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" QSC-də (BOKT) xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2017 - xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 21.7-ci maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (PL/TMM) Qanunun 12.1.1- 1-ci maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarmm yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. Həmçinin "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramınm cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1-ci bəndinə görə (anoloji tələb "Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər"in (DNS) 6.7-ci bəndində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müştərilərin ƏL/TMM risklərini onların xüsusiyyətləri, o cümlədən, əməliyyatlarının növü və tezliyi kimi amilləri nəzərə almaqla qiymətləndirməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-da müştərilərin ƏL/TMM risklərinin fərdi qaydada qiymətləndirilməsi və onların risk dərəcələrinin müəyyən edilməsi üzrə daxili qaydalarda tələblər olsa da, müştərilərin fərdi risk dərəcələrinin müəyyən edilməsi həyata keçirilməmişdir. Əməliyyat risklərinin, yeni məhsul və xidmətlərin istifadəyə verilməsindən əvvəl risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə daxili qaydalar və metodologiya mövcud deyil və daxili nəzarət sisteminin zəifliklərinin qiymətləndirilməsi həyata keçirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 38). ƏL/TMM Qanunun 10.1.4-cü maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.4-cü maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 39). Bundan başqa, DNP-nin 2.1.1.7-ci və 2.7-ci bəndlərinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.5-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər tərəfindən onlarm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarları müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də monitorinq olunmalı əməliyyatlarm aşkarlanması meyarları müəyyən edilməmiş, bununla bağlı daxili qaydalar mövcud olmamışdır (Yoxlama haqqında hesabat. Səh 39). Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin daxili audit mexanizmini tənzimləyən qayda və prosedurlar mövcud deyil, habelə yoxlama dövründə üzrə daxili audit həyata keçirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 39-40). Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. ƏL/TMM Qanunun 11.1.1-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 7.1-ci maddəsində göstərilmişdir) minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər maliyyə institutları tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir. Belə ki, "Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası"nın 2.1.1-ci yarımbəndinə görə (anoloji tələb "Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydaları"nın 3.1-ci bəndində də qeyd edilmişdir) 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər maliyyə institutları tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-yə müştərilər tərəfindən nağd ödənilən 20.000 manatdan yuxarı məbləğdə 3 sayda əməliyyat barəsində hesabatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 35). Qeyd edilən 3 sayda əməliyyat üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.4-cü maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.4-cü maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar BOKT-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 73E ünvanmda xx.xx.2022 - xx.xx.2023-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2023-cü il tarixdə aşkarlanmışdır. Nəticədə BOKT "xxxx" QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 598.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək BOKT "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 598.1.2 və 598.1.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs BOKT "Embafinans” QSC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərtib etdiyi 16 noyabr 2023-cü il tarixli EP № ******* saylı Protokola əsasən BOKT "xxxx" QSC-nin İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 598.4-cü maddələrinə nəzərdə tutulmuş inzibati xəta törətməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti əsas fəaliyyəti ilə yanaşı ictimai faydalı fəaliyyətlə də məşğul olur. Belə ki, şirkət xx.xx.2020-ci il tarixdə Silahlı Qüvvələrə Yardım Fonduna, xx.xx.2021-ci il tarixdə YAŞAT Fonduna, Türkiyə Respublikasında baş vermiş zəlzələ ilə əlaqədar xx.xx.2023-cü il tarixdə AFAD-a könüllü olaraq maliyyə yardımları etmişdir. O cümlədən BOKT Embafianns QSC-nin Müşahidə Şurasının qərarı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğunda şəhid olmuş şəxslərin, qazilərin, əlilliyi oian digər şəxslərin kredit borclarını tam olaraq silmişdir. BOKT "xxxx" QSC öz fəaliyyətini hər zaman Azərbaycan Respublikasının Konstitusiyasına, digər qanunvericik aktlarının, o cümlədən maliyyə bazarlarına nəzaərt orqanının qəbul etdiyi nomativ aktlar əsasında həyata keçirmiş və qanunun aliliyi prinsipini, korporativ idarəçilik standartlarnı daim rəhbər tutumuşdur. Yuxarıda qeyd olunanları, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin daha əvvəllər inzibati xəta törətmədiyini, ilk belə hal olduğunu nəzərə almağınızı və törədimiş inzibati pozuntuya görə inzibati tənbeh təybiq ediləcəyi halda inzibati tənbeh etmə növünün ən aşağı həddini tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, BOKT "xxxx" QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 598.1.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin yoxlama haqqında hesabatından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-də xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edən xx.xx.2023-cü il tarixdə başlanılmaqla xx.xx.2023-cü il tarixdə yekunlaşmış yoxlama keçirilmişdir. Yoxlama nəticəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 noyabr 2023-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmiş nöqsanlar aşkar edilmişdir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Daxili nəzarət proqramı 10.1. Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. 10.2. Öhdəlik daşıyan şəxslər olan maliyyə qrupları (holdinqlər) həmin qrup (holdinq) miqyasında daxili nəzarət proqramları çərçivəsində bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlərə əlavə olaraq aşağıdakı tədbirlərin bütün filiallara və törəmə hüquqi şəxslərə tətbiq edilməsini təmin etməlidirlər: 10.2.1. müştəri uyğunluğu tədbirləri çərçivəsində və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin idarə edilməsi məqsədilə məlumat və sənədlərin qrupdaxili (holdinqdaxili) ötürülməsinə dair qayda və prosedurların təsdiq və tətbiq edilməsi; 10.2.2. qrup (holdinq) səviyyəsində leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət, audit və bu Qanundan irəli gələn öhdəliklər çərçivəsində əsas hüquqi şəxsdən, filial və törəmə hüquqi şəxsdən müştərilər, hesablar və əməliyyatlar barədə məlumat və sənədlərin alınması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.2.3. ötürülmüş məlumat və sənədlərin konfidensiallığını və təhlükəsizliyini, eləcə də yayılmasının qarşısının alınmasını təmin edən mexanizmlərin formalaşdırılması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi. 10.3. Maliyyə institutunun təsis edildiyi yurisdiksiya cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə institutlarının filiallarının və törəmə hüquqi şəxslərinin yerləşdiyi xarici yurisdiksiyada mövcud olan tələblərlə müqayisədə daha sərt tələblər müəyyən edərsə, maliyyə institutları xarici yurisdiksiyanın qanunvericiliyinin imkan verdiyi çərçivədə xarici filiallarının və törəmə hüquqi şəxslərinin daha sərt tələblər əsasında fəaliyyət göstərməsini təmin etməlidir. 10.4. Əgər xarici yurisdiksiyanın qanunvericiliyi daha sərt tələblərin tətbiqini qadağan edirsə, maliyyə qrupları (holdinqlər) risklərin idarə edilməsi məqsədilə tədbirlər görməli və bu barədə nəzarət orqanına məlumat verməlidirlər. 10.5. Maliyyə monitorinqi orqanı daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edir. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslərə münasibətdə maliyyə monitorinqi orqanının müəyyən etdiyi minimum tələblərdən əlavə tələblər müəyyən edə bilər. Həmin Qanunun 11-ci maddəsinə əsasən Monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsi 11.1. Maliyyə institutları tərəfindən aşağıdakı əməliyyatlara dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir: 11.1.1. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər; 11.1.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər. 11.2. Aşağıdakı hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir: 11.2.1. əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar; 11.2.2. əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar. 11.3. Aşağıdakı əməliyyatlar barədə məlumat və sənədlər məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olubolmamasından asılı olmayaraq öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur: 11.3.1. xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər tərəfindən həyata keçirilən istənilən əməliyyatlar; 11.3.2. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar; 11.3.3. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar. 11.4. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər bu Qanunun 4.14-cü, 4.15-ci və 11.1–11.3-cü maddələrində nəzərdə tutulmuş məlumat və sənədləri maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada ona təqdim etməlidirlər. Bu Qanunun 11.1-ci, 11.3.1-ci və 11.3.3-cü maddələrində nəzərdə tutulmuş məlumat və sənədlər maliyyə monitorinqi orqanına əməliyyat həyata keçirildikdən sonra 3 iş günü ərzində, bu Qanunun 4.14-cü, 4.15-ci və 11.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məlumat və sənədlərin təqdim edilməsinə dair əsaslar müəyyən edildikdən dərhal sonra, lakin hər bir halda həmin iş gününün sonundan gec olmayaraq təqdim edilməlidir. 11.5. Bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hallar olduqda, aşağıdakı əməliyyatlar maliyyə institutları tərəfindən, bu Qanunun 11.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 2 iş günü ərzində icra edilmir və məlumat və sənədlər, əməliyyatlar icra olunmadan, dərhal maliyyə monitorinqi orqanına təqdim edilir: 11.5.1. yüksək riskli müştəri profilləri ilə əlaqədar əməliyyatlar; 11.5.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı məbləğdə həyata keçirilən əməliyyatlar; 11.5.3. maliyyə vəsaitlərinin hesabdan çıxarılması ilə nəticələnən əməliyyatlar. 11.6. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş əməliyyatın icra olunmaması mümkün deyildirsə, maliyyə institutları əməliyyatın icrasından dərhal sonra maliyyə monitorinqi orqanına məlumat verməlidirlər. 11.7. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulan müddət ərzində əməliyyatın dayandırılması barədə maliyyə monitorinqi orqanının göstərişi daxil olmazsa, əməliyyat icra edilməlidir. Bu müddət ərzində maliyyə monitorinqi orqanından əməliyyatın dayandırılmasının zəruri olmadığına dair məlumat daxil olduğu halda, əməliyyat 2 günlük müddətin bitməsi gözlənilmədən dərhal icra edilməlidir. 11.8. Əldə edilmə mənbəyindən asılı olmayaraq maliyyə monitorinqi orqanına təqdim edilən məlumat və sənədlər məxfi və konfidensial saxlanılır, yalnız bu Qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadə edilir və qanunla müəyyən edilmiş sirlərin qorunması rejimi çərçivəsində qorunur. Maliyyə monitorinqi orqanı məlumat və sənədlərin təhlükəsizliyinin təmin olunması sistemini təşkil edir. 11.9. Maliyyə monitorinqi orqanı hər 5 ildən gec olmayaraq bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş əməliyyatların minimum məbləğinin yenilənməsi məsələsinə baxır. 5 illik müddətin axımı maliyyə monitorinqi orqanının əməliyyatların minimum məbləğini müəyyən etdiyi vaxtdan başlayır. 11.10. Bu Qanunun 4.14-cü, 4.15-ci, 11.2-ci və 11.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsinə dair müştəriyə məlumat verilməməlidir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun; 12.1-ci maddəsinə əsasən monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Bu sistem ən azı aşağıdakılardan ibarət olmalıdır: 12.1.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların hazırlanması; 12.1.1-1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu risklərin idarə olunması və azaldılması üçün tədbirlərin görülməsi; 12.1.2. müştərilərin, onların adından çıxış edən səlahiyyətli nümayəndələrin, benefisiar mülkiyyətçilərin, əməliyyatların eyniləşdirilməsinə və verifikasiyasına, müştərinin və benefisiar mülkiyyətçinin xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə imkan verən daxili, mərkəzləşdirilmiş arxivin yaradılması; 12.1.3. məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydaların hazırlanması; 12.1.4. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsi; 12.1.5. monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməsi; 12.1.6. əməliyyatın həyata keçirilməsinin dayandırılması ilə əlaqədar meydana çıxa biləcək problemlərin həlli istiqamətində tədbirlər; 12.1.7. bu Qanunla tələb olunan qaydaların monitorinq iştirakçıları tərəfindən tətbiq olunmasının səmərəliliyini yoxlayan daxili audit mexanizmi; 12.1.8. hüquqi şəxs olan monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsi; 12.1.9. fəaliyyət xüsusiyyətindən asılı olaraq, işə qəbul və işçilərin yoxlanması mexanizmlərinin, habelə xarakteri şübhə doğuran hər hansı əməliyyatın aşkarlanması, qarşısının alınması və lazımi məlumatların bu Qanunun 11-ci maddəsinə əsasən maliyyə monitorinqi orqanına təqdim olunması üzrə digər mexanizm və qaydaların hazırlanması. 12.2-ci maddəsinə əsasən monitorinq iştirakçılarının strukturu daxilində bu Qanunun 12.1.8-ci maddəsində qeyd olunmuş məsul şəxs yalnız hüquqi şəxsin rəhbərliyinə hesabat verməlidir. 12.3-cü maddəsinə əsasən monitorinq iştirakçıları daxili nəzarət sistemlərini maliyyə monitorinqi orqanının tələblərinə uyğun olaraq hazırlamalıdırlar. 12.4-cü maddəsinə əsasən daxili nəzarət sistemi çərçivəsində tətbiq olunan tədbirlərin növü və həddi monitorinq iştirakçılarının fəaliyyətinin xarakterinə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 598.1.2-ci maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər - iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 598.1.4-cü maddəsinə əsasən Maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 598.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 598.1.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 598.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar