Məhkəmə qərarları › İş №3(004)-5971/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5971/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5971/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs BOKT "xxxx" QSC-nin qanuni təmsilçisi Şəxs2 iştirakı ilə, xx.xx.1982-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 60, mənzil 34-də yaşayan BOKT "xxxx" QSC-nin qanuni təmsilçisi Şəxs2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 594.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT "xxxx" QSC-nin qanuni təmsilçisi Şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 594.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, EP ******* saylı protokol Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" QSC-də (BOKT) xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2017 - xx.xx.2023-cü il tarixləri arasmdakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 21.7-ci maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 12.1.1- 1-ci maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər, cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. Həmçinin "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqrammm cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1-ci bəndinə görə (anoloji tələb "Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər"in (DNS) 6.7-ci bəndində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müştərilərin ƏL/TMM risklərini onların xüsusiyyətləri, o cümlədən, əməliyyatlarının növü və tezliyi kimi amilləri nəzərə almaqla qiymətləndirməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-da müştərilərin ƏL/TMM risklərinin fərdi qaydada qiymətləndirilməsi və onlarm risk dərəcələrinin müəyyən edilməsi üzrə daxili qaydalarda tələblər olsa da, müştərilərin fərdi risk dərəcələrinin müəyyən edilməsi həyata keçirilməmişdir. Əməliyyat risklərinin, yeni məhsul və xidmətlərin istifadəyə verilməsindən əvvəl risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə daxili qaydalar və metodologiya mövcud deyil və daxili nəzarət sisteminin zəifliklərinin qiymətləndirilməsi həyata keçirilməmişdir. ƏL/TMM Qanunun 10.1.4-cü maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.4-cü maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasma və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmişdir. Bundan başqa, DNP-nin 2.1.1.7-ci və 2.7-ci bəndlərinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.5-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər tərəfindən onların fəaliyyətinin xüsusiyyətləri nəzərə almmaqla, monitorinq olunmalı əməliyyatlarm aşkarlanması meyarları müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də monitorinq olunmalı əməliyyatlarm aşkarlanması meyarları müəyyən edilməmiş, bununla bağlı daxili qaydalar mövcud olmamışdır. Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasma və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin daxili audit mexanizmini tənzimləyən qayda və prosedurlar mövcud deyil, habelə yoxlama dövründə üzrə daxili audit həyata keçirilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. ƏL/TMM Qanunun 11.1.1-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 7.1-ci maddəsində göstərilmişdir) minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər maliyyə institutları tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir. Belə ki, "Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası"nın 2.1.1-ci yarımbəndinə görə (atıoloji tələb "Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydaları"nın 3.1-ci bəndində də qeyd edilmişdir) 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər maliyyə institutları tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-yə müştərilər tərəfindən nağd ödənilən 20.000 manatdan yuxarı məbləğdə 3 sayda əməliyyat barəsində hesabatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməmişdir. Qeyd edilən 3 sayda əməliyyat üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.4-cü maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.4-cü maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar BOKT-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 73E ünvanında xx.xx.2022 - xx.xx.2023-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2023-cü il tarixdə aşkarlanmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək BOKT "xxxx" QSC-nin qanuni təmsilçisi Şəxs2 barəsində müvafiq tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs BOKT "xxxx" QSC-nin qanuni təmsilçisi Şəxs2 ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək, barəsində ən aşağı həddə inzibati cərimənin tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, BOKT "xxxx" QSC-nin qanuni təmsilçisi Şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 594.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından haqqında məlumatdan görünür ki, BOKT "xxxx" QSC-nin qanuni təmsilçisi Şəxs2dur. Beləliklə inzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" QSC-də (BOKT) xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2017 xx.xx.2023-cü il tarixləri arasmdakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 21.7-ci maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 12.1.1- 1-ci maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər, cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. Həmçinin "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqrammm cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1ci bəndinə görə (anoloji tələb "Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər"in (DNS) 6.7-ci bəndində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müştərilərin ƏL/TMM risklərini onların xüsusiyyətləri, o cümlədən, əməliyyatlarının növü və tezliyi kimi amilləri nəzərə almaqla qiymətləndirməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-da müştərilərin ƏL/TMM risklərinin fərdi qaydada qiymətləndirilməsi və onlarm risk dərəcələrinin müəyyən edilməsi üzrə daxili qaydalarda tələblər olsa da, müştərilərin fərdi risk dərəcələrinin müəyyən edilməsi həyata keçirilməmişdir. Əməliyyat risklərinin, yeni məhsul və xidmətlərin istifadəyə verilməsindən əvvəl risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə daxili qaydalar və metodologiya mövcud deyil və daxili nəzarət sisteminin zəifliklərinin qiymətləndirilməsi həyata keçirilməmişdir. ƏL/TMM Qanunun 10.1.4-cü maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.4-cü maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasma və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmişdir. Bundan başqa, DNP-nin 2.1.1.7-ci və 2.7-ci bəndlərinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.5-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər tərəfindən onların fəaliyyətinin xüsusiyyətləri nəzərə almmaqla, monitorinq olunmalı əməliyyatlarm aşkarlanması meyarları müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də monitorinq olunmalı əməliyyatlarm aşkarlanması meyarları müəyyən edilməmiş, bununla bağlı daxili qaydalar mövcud olmamışdır. Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasma və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin daxili audit mexanizmini tənzimləyən qayda və prosedurlar mövcud deyil, habelə yoxlama dövründə üzrə daxili audit həyata keçirilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2ci maddəsinin tərkib əlamətlərini yaradır. ƏL/TMM Qanunun 11.1.1-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 7.1-ci maddəsində göstərilmişdir) minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər maliyyə institutları tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir. Belə ki, "Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası"nın 2.1.1-ci yarımbəndinə görə (atıoloji tələb "Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydaları"nın 3.1-ci bəndində də qeyd edilmişdir) 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər maliyyə institutları tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-yə müştərilər tərəfindən nağd ödənilən 20.000 manatdan yuxarı məbləğdə 3 sayda əməliyyat barəsində hesabatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməmişdir. Bununla da, BOKT "xxxx" QSC-nin qanuni təmsilçisi Şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 594.4-cü maddələrində nəzərdə tutulan əməli törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, BOKT "xxxx" QSC-nin qanuni təmsilçisi Şəxs2 vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə BOKT "xxxx" QSC-nin qanuni təmsilçisi Şəxs2 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 594.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 598.1.2 və 594.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: BOKT "xxxx" QSC-nin qanuni təmsilçisi Şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 594.4-cü maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar