Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5990/2023 08.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin nümayəndəsi Abbasov Fəridin, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin 07 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Yasamal RPİ-nin 26-cı PB-nin 07 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinin sahə rəisi Fərman Orucovun 07 noyabr 2023-cü il tarixli, EPO ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (umalardan) kənar yerlərə atılmasına görə) maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat cərimə cəsası tətbiq olunmuşdur. Həmin qərar 07 noyabr 2023-cü il tarixli, EXP ******* №-li protokol əsasında qəbul edilmişdir. Qeyd olunan inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, İnzibati xəta müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə icraatın aparılması qaydasının müəyyən edən İXM-nin Maddə 127-4-nə görə Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokolda protokolun tərtib edildiyi tarix və vaxt, inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı ilə yanaşı inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar edilən) məlumatlar göstəriir. Göründyü kimi, inzibati tənbeh vermə haqqında elektron qərar İXM-nin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cii, 195.2-ci, 469.2-ci, 540.1 -ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyi halda çıxarılır. Bildirir ki, ona istintaq edilən İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xəatnı törətməyib və ona görə də tərtib edilmiş protokolda inzibati xətanın törədilməsi ilə bağlı hər hansı bir məlumat qeyd olunmamışdır. Bundan başqa İXM-nin 127-5-ci maddəsinin tələbəlri pozularaq tərtib edilmiş protokol və qəbul olunmuş qərar barədə o qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmamış, protokolun tərtib olunmasında və qərarın qəbul olunmasında onun iştirakı təmin olunmamışdır. Göstərilənlərə əsasən Yasamal RPİ-nin 26-cı PB-nin 07 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən qəbul edilmiş qərar qanunvericiliyə ziddir. Göstərilənlərə əsasən Yasamal RPİ-nin 26-cı PB-nin 07 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin nümayəndəsi Abbasov Fərid şikayətə əsassız hesab edilərək Yasamal RPİ-nin 26-cı PB-nin 07 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 26-cı PBnin 07 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 barəsində tərtib edilmiş 07 noyabr 2023-cü il tarixli EXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin nümayəndəsi Abbasov Fərid tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 yaşadığı mənzilin qarşısını süpürərək topladığı tullantıları binanın pilləkənlərinə tökmüşdür. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara, eləcədə videogörüntüyə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsinə əsasən Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-əlli manat məbləğində cərimə edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 07 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5990/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5990/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver