Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5999/2024 02.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən "xxxx" MMC barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-598/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-nin üzərinə “DAF” markalı 61-K-3570 / 61-K-3571 Türkiyə Respublikasının dövlət qeydiyyat nişanlı avtomobilinin iddiaçı “X3 Malzemeleri Ticaret Limited” şirkətinə təhvil verilməsi vəzifəsi qoyulmuşdur. İcra sənədinin icrası təmin olunmamışdır. "xxxx" MMC icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də RAMAL TRANS” MMC icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, borclu icra sənədi tam icra etmişdir. Odur ki protokolun geri qaytarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və tələbkara iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdirlər. Məhkəmə, işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5999/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5999/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver