Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-60/2024 18.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İnzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsi tərəfindən tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35/35A ünvanında yerləşən Şəxs MMC-nə məxsus klinikada keçirilən plandankənar Y.T.M. zamanı Y.T.Q. 25-ci maddənin tələbinin pozulması aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsinin nümayəndəsi X8 protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Şəxs MMC xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmişdir, müvafiq lisenziya əsasında əhaliyə tibb xidməti göstərir. Klinika tibb elminin standartlarına cavab verən və müxtəlif profilləri əhatə edən unikal bir tibb mərkəzidir. Klinika 10 ildən artıqdır ki, ünvan 2 ünvanında yerləşən 35/35A saylı qeyri - yaşayış sahəsində fəaliyyət göstərir. Sözügedən qeyri yaşayış sahəsi icarə müqaviləsi əsasında istifadədədir. Hesab edir ki, klinika barəsində AR FHN-nin X11 2-ci ərazi X11 İdarəsinin xx.xx.2023-ci il tarixli, MN№ ******* saylı protokolu qanunsuz və əsassız olmuşdur. Belə ki, bir müddətdir ki, klinikanın fəaliyyət göstərdiyi qeyriyaşayış binasının üzərində yerləşən çoxmərtəbəli yaşayış binasını idarə edən "xxxx" MMMCnin sədri Yusif Məmmədov tərəfindən klinikanın fəaliyyətinə müdaxilələr edilir. Sözügedən şəxs klinikanın bina tərəfindən yeganə girişi olan qapının bağlanmasını tələb edir. Onlar bu tələbi rədd etdikdən sonra, geçə vaxtı sözügedən MMMC-nin sədri Yusif Məmmədov tərəfindən həmin qapı çöl tərəfdən qaynaq edilərək bağlanmışdır. Bununla bağlı dərhal polisə müraciət olunmuş və sözügedən MMMC-nin sədri Yusif Məmmədovun polis orqanında izahatı alınmış və qapının dərhal açılması təmin edilmişdir. Bundan nəticə əldə etməyən Yusif Məmmədov X11nə şikayət etmişdir. X7 əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə klinikanın ünvan 3 ünvanında yerləşən 35/35A saylı ünvanında plandankənar yanğın-texniki müayinə zamanı AR İXM-nin 518.3-cü maddəsinə əsasən pozuntular aşkar edilmiş və nəticə olaraq xx.xx.2023-ci il tarixli protokol tərtib edilmişdir. Əsas pozuntu olaraq guya “klinikadan binaya doğru layihədənkənar rekonstruksiya işləri aparılaraq qapının açılması olmuşdur. Halbuki, yoxlanış zamanı biz qeyri-yaşayış sahəsinin özəl mülkiyyət olduğunu, müvafiq çıxarışın olduğunu, bu qapının layihədə və texniki pasportda nəzərdə tutulduğunu və hətta sözügedən qapının klinika fəaliyyətə başlamazdan əvvəl mövcud olduğunu, bu qapının X11 2ci ərazi X11 İdarəsi tərəfindən xx.xx.2015-ci ildə təsdiq edilmiş təxliyyə planında göstərildiyini bildirmişlər. Lakin yoxlama zamanı X11 orqanın əməkdaşları bu halları nəzərə almaq, rəsmi sənədlərə baxmaq əvəzindən "xxxx" MMMC-nin sədrinin şikayət ərizəsində yazılanlara üstünlük verdilər. Sözügedən qapı kilinikanın ikinci mərtəbəsinin bina tərəfindən yeganə çıxışıdır. Bundan əlavə bəzən təcili və təxirəsalınmaz tibbi xidmətin təşkili zamanı gözlənilməz halların qarşısının alınması üçün bu qapının mövcudluğu mütləqdir. Göründüyü kimi, klinika tərəfindən yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə heç bir pozuntu halına yol verilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokol AR İXM-in tələblərinə uyğun tərtib edilməmişdir, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun nümayəndəsi dəvət edilməmiş və hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi" müəyyən etmişdir. Bundan başqa Protokolun tərtib edilmə tarixi xx.xx.2023-cü il göstərilir, lakin protokolun tarixi aşkar şəkildə silinib və orada düzəliş edilərək xx.xx.2023-cü il tarixi yazılmışdır. Eyni zamanda inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə “0423070” saylı qərardadında tarix hissəsi pozularaq yeni tarix yazıldığı açıq-aşkar müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, X11 2-ci ərazi X11 İdarəsinin xx.xx.2023-ci il tarixli, MN № ******* sayh “inzibati xəta haqqında” protokolunun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin inspektoru X10 ifadəsində bildirmişdir ki, şikayətdə qeyd olunmuşdur ki, pilləkən qəfəsinə qapı açılmış, yəni qapının layihədən kənar açıldığı bildirilir. Onlar da əldə edilmiş çıxarışa əsasən, yaxınlaşıb yoxlamanı keçirmişlər, müayinələrini keçirmişlər və aşkar etmişdirlər ki, həqiqətən də layihədən kənar qapı açılmış, layihəyə baxdıqda da görünür ki, orada qapı yoxdur. Prokotolda da qeyd edilmişdir ki, layihədən kənar qapı açılmışdır. Əsas layihəyə əsasən akt tərtib olunub, akta əsasən protokol tərtib olunub və imzalanıb. Həmin layihə bütün dövlət qurumlarından keçib və təsdiq olunmuşdur. Şirkətin təqdim etdiyi etdiyi texniki pasport isə mövcud vəziyyətə uyğun olaraq tərtib edilmişdir. Yoxlama zamanı barəsində protokol tərtib edilmiş Şəxs MMC tərəfindən yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi müəyyən edilib. Yoxlama zamanı və protokolun tərtib edilməsində özü şəxsən iştirak edib. Həmçinin qanunvericiliyin tələblərinə əsasən yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir. Lakin hazırda göstərilən ünvanda fəaliyyət göstərən Şəxs MMC bu qaydaları pozmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin inspektoru X6 ifadəsində bildirmişdir ki, yoxlamada iştirak etmişdir, müəyyən olunmuşdur ki, klinikanın qapısı var, sakinlərin istifadəsində olan pilləkən qəfəsi və iki ədəd lift var. Sakinlər də şikayət edir ki, klinika oradan qapı açıb, xəstələr girib-çıxır, onlara maneə törədir. Tikinti normaları qaydalarında da 2.7, 4.11-ci bəndində deyilir ki, yaşayış binalarının altında tibb müəssisələrinin fəaliyyətinə icazə verilir, lakin əsaslı divarlarla təcrid olunmalı və ayrıca giriş-çıxışı olmalıdır. Ümumiyyətlə yaşayış binasının altında olan qeyri-yaşayış sahəsinin yaşayışla əlaqəsi olmamalıdır. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 08 dekabr 2023-cü il tarixli çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı Şəxs MMC yoxlanılan təsərüffat obyektinin kodu, ünvanı və fəaliyyət növü 13001 “HAYAT KLİNİK” TİBB MƏRKƏZİ, AZ1073 ünvan 5, xəstəxanaların fəaliyyətidir. Yanğın-Texniki müayinənin aparılması haqqında 08 dekabr 2023-cü il tarixli 4581 nömrəli qərardan görünür ki, Şəxs MMC-nə məxsus Yasamal rayonu, Mətbuat prospekti, ev 35/35A ünvanında 08 dekabr 2023-cü il tarixdən 12 dekabr 2023-cü il tarixədək planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti X1 X4 12 dekabr 2023cü il tarixli 4581 nömrəli qərardan görünür ki, klinikadan binaya doğru layihədənkənar rekonstruksiya işləri aparılaraq, qanunsuz qapı açılmışdır. Azərbaycan RespublikasıİXM-in 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yasamal rayonu, Mətbuat prospekti, ev 35/35A ünvanında yerləşən yaşayış binasının aşağı mərtəbələrində Şəxs MMC özəl tibb müəssisəsi fəaliyyət göstərir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 08 dekabr 2023-cü il tarixli çıxarışdan görünür ki, yuxarıda göstərilən ünvanda klinikada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti 2-ci ərazi X11 İdarəsi tərəfindən yoxlama keçirilmiş və klinikadan binaya doğru layihədənkənar rekonstruksiya işlərinin aparılması və layihədən kənar qapının açılması aşkar olunmuşdur. İş materiallarında olan Yasamal rayonu, Mətbuat prospekti, ev 35/35A ünvanında yerləşən yaşayış binasının təsdiq olunmuş layihəsindən görünür ki, planda həmin qapı, yəni tibb müəssisəsinin fəaliyyət göstərdiyi qeyri yaşayış sahəsindən sakinlərin yaşadığı və istifadə etdiyi sahəyə keçid nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “30” noyabr 2021-ci il tarixli “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında Qərarının tələblərinə əsasən yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən: müalicəsağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol verilir. Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir. Göründüyü kimi, hazırda ünvan 5 ünvanında yerləşən yaşayış binasının aşağı mərtəbələrində fəaliyyət göstərən Şəxs MMC tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, layihədənkənar rekonstruksiya işləri aparılaraq, qanunsuz qapı açılmışdır. Bununla da Şəxs MMC tərəfindən inzibati xətalar haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Beləliklə, sadalananlara əsasən Şəxs MMC tərəfindən həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, tərəflərin məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 518.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-60/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-60/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver