Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6000/2024 16.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X3 iclas katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X18 və X14, şikayətçi X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şikayətçi X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 07 avqust 2023-cü il tarixində "xxxx" MMC-nin Lökbatan qəsəbəsi, “Ağırlaşdırıcılar zavodu” ünvanında yerləşən sahəsində üyüdülmüş baritin yük maşınına köçürmə əməliyyatı zamanı Şirkətin əməkdaşı, Dəyirman baş operatoru vəzifəsində çalışan X4 gözündən xəsarət almışdır. Hadisə ilə bağlı X17 Xidmətinə rəsmi məlumat verilmiş və tələb edilən müvafiq sənədlər təqdim edilmişdir. Sözügedən bədbəxt hadisənin araşdırılması məqsədilə yaradılacaq komissiyada Şirkətin əməkdaşları KSƏTƏM Sisteminin idarə olunması üzrə menecer - X5 və Hüquqşünas - X6 adları təqdim edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 №li 28 fevral 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının ” (bundan sonra — Qaydalar) "Təhqiqat komissiyasının işinin təşkili” adlı 3-cü maddəsinin 3.1-ci bəndinin tələblərinə əsasən "Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir. Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər ”.Bədbəxt hadisəni baş verməsindən 1 il keçdikdən sonra Təhqiqat Komissiyasının sədri X19 elektron poçt vasitəsilə Şirkətin əməkdaşı X22 aktının elektron nüsxəsini göndərmiş və İZ aktının tərtib edilməsini tələb etmişdir. Təhqiqatın müddətinin artırılması barədə X17 Xidmətinin müvafiq əmri Şirkətə təqdim edilməmişdir. Təhqiqat aktında yazılanlarla razı olmadıqlarını, ümumiyyətlə Təhqiqat Komissiyasının üzvləri kimi qeyd edilmiş X8 və X9 tanımadığını və onların "xxxx" MMC ilə heç bir əlaqəsi olmadığı Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı “27” avqust 2024-cü il tarixli “təhqiqat aktının geri qaytarılması barədə ” məktubda bildirilmişdir. Həmçinin qeyd olunan məktubda, təhqiqat komissiyasının üzvləri Novruz Nəbiyevin əmək müqaviləsinə xx.xx.2023-cü ildə, Mətanət Nərimanovanın əmək müqaviləsinə isə 07 mart 2023-cü ildə xitam verilmiş və bununla bağlı müvafiq bildirişləri məktuba əlavə etmişlər. Beləliklə Qaydaların 2.2-ci bəndinin tələblərinə zidd olaraq yalnız X17 Xidməti tərəfindən təyin edilən şəxs tərəfindən tərtib edilmiş və heç bir komissiya üzvü tərəfindən, o cümlədən komissiyanın sədri tərəfindən təsdiq edilməmiş təhqiqat aktı qanuna zidd olaraq tərtib edildiyi üçün, həmçinin təhqiqat aktının nəticə hissəsi ilə razı olmadığını nəzərə çatdırıb, qanunvericiliyə uyğun tədbir görülməsini xahiş edir. Göründüyü kimi 07 avqust 2023-cü il tarixində baş verən hadisə ilə bağlı xx.xx.2023-cü il tarixdə tədqiqat başlamış, 7 ay 2 gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) sonra başa çatmış. Bu azmış kimi, tərkibə sədrlik edən X19 02 iyul 2024-cü il tarixdə email ilə təhqiqat aktının layihəsini göndərərək, onun əsasında İZ aktının tərtib edilməsini tələb etmişdir. Təhqiqat aktı komissiya üzvləri tərəfindən təsdiq edilmədiyi halda, komissiyanın işəgötürən tərəfindən olan nümayəndələrinin fikri öyrənilmədən təhqiqat aktı və İZ formalı aktının tərtib edilməsi qanunvericiliyə ziddir. Bədbəxt hadisədən ümumi olaraq bir il sonra tərtib edilmiş İZ aktının arxa tarix ilə imzalanması mümkün deyil. Beləliklə qeyri-qanuni olaraq hadisədən bir il sonra Əmək müfəttişi tərəfindən təkbaşına təhqiqatın aparılması, nəticəsində təhqiqat aktını imzalamaq mümkün olmamışdır. Belə ki, qeyd edilən müddət ərzində Komissiyanın işəgötürən tərəfdən üzvləri - "xxxx" MMC-nin meneceri - X5 və Hüquqşünas - X10, həmçinin "xxxx" MMC-nin qanuni təmsilçisi X34 hətta həmin şirkətdən işdən çıxmışlar. Göründüyü kimi təhqiqat aktı qanunvericiliyə uyğun tərtib edilmədiyi üçün İZ aktı da işəgötürən tərəfindən tərtib edilə bilməzdi. Buna baxmayaraq X17 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X20 onun barəsində İnzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsi ilə İnzibati tənbeh verilmə haqqında MN№1613998 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir və o, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normasına görə mənim inzibati məsuliyyətim o, zaman yaranır ki, tərəfindən bir gün ərzində müvafiq aktı imzalamadığı hal olsun. Lakin yuxarıda qeyd etdiyi kimi, bir ildən artıq müddətdə baş vermiş bədbəxt hadisə ilə bağlı, 7 (yeddi) aydan artıq aparılmış tədqiqat nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin KSƏTƏM-in üzvləri dəyişilmiş və ümumiyyətlə qeyd olunan akt tərtib olunandan bir gün sonra deyil, bir ay sonra təqdim edildiyindən aktın arxa tarix ilə və keçmiş işçilər tərəfindən imzalanması qeyri-mümkün olmuşdur. Hesab edir ki, X17 Xidmətinin Bakı Şəhər İdarəsinin MN№1613998 nömrəli, 16 oktyabr 2024-cü il tarixli Qərar qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X18 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən vətəndaş X7 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsi müəyyən edilmişdir. Buna görə də X2 Azərbaycan Respublikasının İnzibati Xəttalar Məcəlləsinin 555.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 07 avqust 2023-cü il tarixində "xxxx" MMC-nin Lökbatan qəsəbəsi, “Ağırlaşdırıcılar zavodu” ünvanında yerləşən sahəsində üyüdülmüş baritin yük maşınına köçürmə əməliyyatı zamanı Şirkətin əməkdaşı, Dəyirman baş operatoru vəzifəsində çalışan X4 gözündən xəsarət almışdır. Hadisə ilə bağlı X17 Xidmətinə rəsmi məlumat verilmiş və tələb edilən müvafiq sənədlər təqdim edilmişdir. Sözügedən bədbəxt hadisənin araşdırılması məqsədilə yaradılacaq komissiyada Şirkətin əməkdaşları KSƏTƏM Sisteminin idarə olunması üzrə menecer - X5 və Hüquqşünas - X6 adları təqdim edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 №li 28 fevral 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının ” (bundan sonra — Qaydalar) "Təhqiqat komissiyasının işinin təşkili” adlı 3-cü maddəsinin 3.1-ci bəndinin tələblərinə əsasən "Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir. Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər ”.Bədbəxt hadisəni baş verməsindən 1 il keçdikdən sonra Təhqiqat Komissiyasının sədri X19 elektron poçt vasitəsilə Şirkətin əməkdaşı X22 aktının elektron nüsxəsini göndərmiş və İZ aktının tərtib edilməsini tələb etmişdir. Təhqiqatın müddətinin artırılması barədə X17 Xidmətinin müvafiq əmri Şirkətə təqdim edilməmişdir. Məhkəmədə həm də müəyyən edilmişdir ki, təhqiqat aktında adları Təhqiqat Komissiyasının üzvləri kimi qeyd edilmiş X8 və X16 həmin şirkətdə nə əvvəl nə də indi işləməmiş və onların "xxxx" MMC ilə heç bir əlaqəsi olmadığı Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı “27” avqust 2024-cü il tarixli “təhqiqat aktının geri qaytarılması barədə ” məktubda bildirilmişdir. Həmçinin qeyd olunan məktubda, təhqiqat komissiyasının üzvləri Novruz Nəbiyevin əmək müqaviləsinə xx.xx.2023-cü ildə, Mətanət Nərimanovanın əmək müqaviləsinə isə xx.xx.2023-cü ildə xitam verilmiş və bununla bağlı müvafiq bildirişlər məhkəməyə təqdim edilmişdir. Nəticədə əmək müfəttişliyi tərəfindən yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş siyahı əsas götürülərək, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 hüquqları pozulmaqla barəsində inzibati protokol tərtib edilərək, daha sonra qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi qərar qəbul edərkən hələ başa çatdırmadığı və imzalanmamış təhqiqat aktına görə İXM-nin 555.2-ci maddəsilə qərar qəbul etmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsindən görünür ki, bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmədə isə bədbəxt hadisənin araşdırılmasının başa çatmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır, bu isə işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə inzibati məsuliyyəti birmənalı istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-ci maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu 63.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi R.M.Mustafayevin əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti təmin olunsun. X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilsin. və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-6000/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6000/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver