Məhkəmə qərarları › İş №3(004)-6006/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6006/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6006/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin vəkili Nümayəndə1 iştirakı ilə Hüquqi ünvanı 1141, ünvan 1 "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət 100000 (yüz min) ABŞ dolları məbləğində vəsaiti 21 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 85110 (səksən beş min yüz on) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 22 sentyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin vəkili Nümayəndə1 iştirak etdiyi məhkəmə iclasında barələrində tərtib olunan protokola etiraz edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixində JİVEN MMC ilə YİWU XİMAO İMPORT AND EXPORT CO LTD arasında müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci ildə İMPORT AND EXPORT CO LTD-yə 100.000 ABŞ dolları məbləğində mallara görə pul köçürülmüşdür. Bundan sonra 16.11,2022-ci il tarixdə YİWU XİMAO İMPORT AND EXPORT CO LTD tərəfindən 14. 890 ABŞ dolları məbləğində mallar göndərilmiş (bu malların Çindən çıxış vaxtı 20 avqust 2022-ci il tarixidir) və qeyd edilən məbləğdə mallar "xxxx" MMC tərəfindən idxal edilmişdir. Bundan sonra YİWU XİMAO İMPORT AND EXPORT CO LTD şirkəti bizə 14.890 ABŞ dolları məbləğindən əlavə mal göndərə bilməyəcini bəyan etmiş və bildirmişdir ki, qalan malları YİWU XİMAO İMPORT AND EXPORT CO LTD şirkətinin əvəzinə GUANG ZHOU JİNG GLASSWARE COMPANY LİMİTED şirkəti göndərəcəkdir. Bu barədə də xx.xx.2021-ci il tarixili müqaviləyə əlavə olaraq xx.xx.2022-ci il tarixidə qalan malları göndərilməsi barədə üçtərəfli müqavilə imzalanaraq bağlanmışdır. Bu üçtərəfli müqaviləyə əsasən: 1) xx.xx.2024 tarixli **********840 nömrəli (22302 USD), xx.xx.2024-cü il tarixli **********7359 nömrəli (22359.68 ABŞ dolları), 2) xx.xx.2024-cü il tarixli **********7298 nömrəli ( 22172 ABŞ dolları), 3) xx.xx.2024 tarixli **********9010 nömrəli (22233.60 ABŞ dolları) YGB-lər GUANG ZHOU JİNG GLASSWARE COMPANY LİMİTED tərəfindən göndərilmiş və JİVEN MMC tərəfindən idxal edilmişdir. Malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsindən göründyü kimi digər qalan mallarda ölkəyə idxal edilmişdir. Lakin bank həmin YGB-ləri ödənilən avansın bağlanması kimi qəbul etməmiş, gömrükdə YGB-lərin həmin punktların dəyişdirilməsini tövsiyə etmişdir. Tərəfimizdən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024 tarixli 3-33/1-046824/2024 nömrəli və xx.xx.2024 tarixli 3-33/1-049177/2024 nömrəli (müraciətlər qoşma fayla əlavə olunur) müraciətlər olmuşdur. xx.xx.2024 tarixli müraciətimizə cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) mailto:elnurxidirov9@gmail.comElektron ünvan 1 e-poçt ünvanı vasitəsi ilə göndərilən 14 noyabr 2024-cü il tarixli müraciəti aidiyyəti üzrə baxılması üçün Dövlət Gömrük Komitəsi tərəfindən 18 noyabr 2024-cü il tarixli 3-33/2-017277/2024 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir.” xx.xx.2024 tarixli müraciətimizə isə "xxxx" MMC-nin (VÖEN: **********) elektron portal üzərindən mailto:eliyevaaysun@meslehetci.azElektron ünvan 2 e-poçt ünvanı vasitəsi ilə göndərdiyi 29 oktyabr 2024-cü il tarixli müraciət aidiyyəti üzrə baxılması üçün Dövlət Gömrük Komitəsi tərəfindən 29 oktyabr 2024-cü il tarixli 3- 33/2-016116/2024 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir” cavabı verilmişdir. Möhtərəm hakim! Göründüyü kimi "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin təkib əlmətləri yoxdur. Göstərilənlərə əsasən, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EP ******* saylı protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci ildə YİWU XİMAO İMPORT AND EXPORT CO LTD şirkətinin hesabına qabaqcadan 100.000 (bir yüz min) ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət 100000 (yüz min) ABŞ dolları məbləğində vəsaiti 21 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 85110 (səksən beş min yüz on) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 22 sentyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC 100.000 (bir yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti avans yolu ilə 21 sentyabr 2022-ci il tarixdə Kapitalbank” ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsaitin 85110 (səksən beş min yüz on) ABŞ dolları məbləğində valyuta vəsaiti müqabilində müvafiq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Halbuki, 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla, xx.xx.2022-ci il ödəniş tapşırığı ilə və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan xx.xx.2024-cü il tarixli 13002-01/65 nömrəli məktubla tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və onun tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP ******* saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 85110 (səksən beş min yüz on) ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 17022 (on yeddi min iyirmi iki) ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnə üzrə manatla) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar