Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6011/2023 27.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru, X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, himayəsində iki azyaşlı övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-10132/2017 nömrəli xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri 19 saylı Notariat Ofisinin 8i-1048 nömrəli xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-869/2023 nömrəli xx.xx.2023cü il tarixli, həmin məhkəmənin e-2(004)-1235/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4446/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədlərində göstərilmiş qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-10132/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs borc üzrə 900.47 manat və 20 manat dövlət rüsumu tutularaq kreditor "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Lakin borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmışdır. Bundan başqa, Bakı Şəhəri 19 saylı Notariat Ofisinin 8i-1048 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs vaxtında ödənilməmiş 500 manat, 50 manat məbləğində cərimə peniya və 25 manat dövlət rüsumu olmaqla cəmi 575 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Lakin borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmışdır. Bundan başqa, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(004)-869/2023 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X4 müştərək qaydada 3262 manat məbləğində borc və 53 manat dövlət rüsumu tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir. Lakin borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmışdır. Bundan başqa, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(004)-1235/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 4046.81 manat əsas, 358.95 manat faiz borcu, 51.9 manat cərimə olmaqla cəmi 4457.66 manat borc və ödənilmiş dövlət rüsumun əvəzi olan 64.58 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Lakin borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmışdır. Bundan başqa, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(004)-4446/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 5014 manat əsas, 575.01 manat faiz borcu, 01.04 manat cərimə olmaqla cəmi 5590.05 manat borc və ödənilmiş dövlət rüsumun əvəzi olan 75.91 manat məbləğində pul iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Lakin borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 bildirdi ki, yuxarıda qeyd olunmuş icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişlər göndərilmişdir. Lakin tələblərin icrası mümkün olmamışdır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, hec bir ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün icra orqanı tərəfindən ona göndərilən bildirişlərdən xəbərsizdir. Ona görə də hazıradək heç bir ödəniş etməmişdir. X1 borcunun olmadığını bildirmişdir. Borclu anasının uzun sürən xəstəliyi nəticəsində dünyasını dəyişməsi, 6 nəfərə, o cümlədən xəstə qardaşlarına və 2 azyaşlı övladlarına yalnız özü baxdığını qeyd etmişdir. Bu səbəblərə görə maddi vəziyyəti ağır olması ilə bağlı ödəniş edə bilməyib. Borcun ödənilməsindən yayınmaq niyyəti yoxdur. Hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, MN ******* nömrəli xx.xx.2023-cü il tarixli Protokola əlavədən görünür ki, yuxarıda qeyd olunmuş icra sənədlərinə əsasən cavabdeh Şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-10132/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh 920.47 manat "xxxx" MMC-nin, Bakı Şəhəri 19 saylı Notariat Ofisinin 8i- 1048 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 575 manat "xxxx" MMC-nin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-869/2023 saylı icra sənədinə əsasən 3315 manat X5, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(004)-1235/2023 saylı icra sənədinə əsasən 4522.24 manat "xxxx" ASCnin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4446/2023 saylı icra sənədinə əsasən 5665.96 manat "xxxx" Kommersiya Bankı ASC-nin xeyrlərinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Şəxsnın himayəsində iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6011/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6011/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver