Məhkəmə qərarları › İş №3(004)-6018/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6018/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6018/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində qəbul olunmuş inzibati xəta haqqında qərardan şikayət edən X2, Bakı şəhəri Yasamal rayon DYPŞ-in nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: X2 Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində onun avtomobili Yasamal rayon DYP-si tərəfindən saxlanılıb və ona avtomobildə konstruksiya dəyişikliyi olduğunu deyilib və heç bir protokol tərtib etməyərək avtomobili cərimə meydançasına aparmışlar. Bildirmişdir ki, protokol DYPİ tərəfrindən xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Şikayətin məzmunundan göründüyü kimi şəxs barəsində qəbul edilmiş inzibati qərarı mübahisələndirir və onların qanunsuz olduğu üçün ləğv edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X4 şikayətində göstərdiklərini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon DYPŞ-in nümayəndəsi X3 bildirmişdir ki, X2 idarə etdiyi Mercedes Benz VİTO111.CDİ YÜK markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təyinatı yük daşınması üçün nəzərdə tutulsa da, lakin şəxs həmin avtomobilin daxilinə sərnişin oturacaqları quraşdırmaqla ondan sərnişin daşınması üçün istifadə etmişdir. Bununla bağlı nəqliyyat vasitəsinin görüntülərini özündə əks etdirən disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon DYPŞ-in yol patrul xidməti tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli xəta haqqında inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixində Yasamal ərazisində ona məxsus olan, Mercedes Benz VİTO111.CDİ YÜK markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və həmin xətanı törətdiyinə görə 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən diskə baxış keçirən zaman müəyyən olunmuşdur ki, həqiqətən də X2 idarə etdiyi Mercedes Benz VİTO111.CDİ YÜK markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daxilinə onun zavod istehsalında nəzərdə tutulandan artıq sayda sərnişin oturacağı quraşdırılmışdır və bununla da inzibati xəta haqqında protokolda göstərilənlər öz təsdiqini tapmışdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması nəticəsində İXMin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhəri Yasamal rayon DYPŞ-in TP ******* saylı, xx.xx.2023-cü il tarixli tarixli tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar