Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6020/2023 26.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X7, Şikayətçi "xxxx" MMC-nin direktoru X4 və MMC-nin nümayəndəsi X9 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin direktoru X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin baş direktoru X12 barəsində xx.xx.2023-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İşəgötürən barəsində inzibati tənbeh kimi 700 manat inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Öz şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 17074 nömrəli Fərmanına və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvəyə minmiş 2-2(86)-673/2016 saylı xx.xx.2016cı il tarixli Qətnaməsinə uyğun olaraq, "xxxx" MMC-yə məxsus X25 zavodu 2017-ci ilin may ayında bütün işçiləri ilə birlikdə "xxxx" MMC-nin tabeçiliyinə verilmişdir. Lakin bu günədək həmin zavodun təsis sənədləri "xxxx" MMC tərəfindən qanunsuz olaraq "xxxx" MMC adından öz üzərinə rəsmiləşdirilmədən bu zavod onun tabeçiliyində fəaliyyət göstərir və gəlir əldə edir, nəticədə bu zavodda xəsarət almış bütün əlillərin, o cümlədən X8, dəymiş zərərə görə aylıq ödənclər "xxxx" MMC tərəfindən ödənilir. Daha sonra X8 şikayətini araşdıraraq aşkar edilmişdir ki, X15 "xxxx" MMC-yə məxsus X25 zavodunda işləməmişdir və X15 tərəfindən bu günədək "xxxx" MMC-nin ünvanına onun aldığı aylıq ödəniləcək 140 manat müavinatın artırılması ilə bağlı hər hansı iddia və ya şikayət ərizəsi daxil olmamışdır. X1 (hazırda Şirvan) şəhəri Dəmir-Beton Məmulatları zavodunda işləyərkən müəssisədə tərtib edilmiş xx.xx.1989-cu il tarixli 1 saylı təhqiqat aktına əsasən xəsarət almışdır. Həmin dövrdə Əlibayramlı şəhəri Dəmir-Beton Məmulatları zavodun hüquqi varisi Əlibayramlı şəhər “SAQ” firması idi, lakin 2004-cü ildən etibarən Əlibayramlı şəhəri “SAQ” firmasının hüquqi varisi "xxxx" MMC-dir. Ona görədə, X10 hər ay 140 manat müavinat X25 zavodunun mühasibi tərəfindən hesablanmış və direktor tərəfindən ödənilir. Bundan başqa, X15 ilə telefon əlaqəsi yaradılaraq müəyyən edilmişdir ki, onun bu gündə müəssisədən və onun rəhbərindən heç bir şikayətçi olmadığından xx.xx.2023-cü il tarixdə X17 Xidmətinin Bakı şəhər idarəsinin rəisinə rəsmi qaydada müraciət edib şikayət ərizəsinin geri götürülməsini bildirmişdir. "xxxx" MMC X10 çatacaq fərq və sair ödənclərini, toplumda 2415.0 manat məbləöində pul vəsaitini, müəssisənin hesabına vergi orqanı tərəfindən sərəncam qoyulduğundan onun rəsmi müraciəti əsasında tabeçiliyində olduğu “Aqrarkredit” BOKT-dan vəsait alınıb xx.xx.2021-ci il tarixli 472 saylı ödəniş tapşırığına əsasən X10 ödənilmişdir. X3 tərəfindən bu günədək "xxxx" MMC ünvanında onun aldığı aylıq ödəniləcək 140 manat müavinatın artırılması ilə bağlı hər hansı bir iddia və ya şikayət ərizəsi daxil olmadığdan və "xxxx" MMC-nin tərəfindən heç bir inzibati xəta törədilməsi haqqında faktı, şikayətlə bağlı heç bir mübahisənin qalmadığını nəzərə alaraq "xxxx"-MMC-nin baş direktoru X12 barəsində xx.xx.2023-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə baxışı zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş MMC-nin direktoru X13 və MMC-nin nümayəndəsi X18 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X16 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin xx.xx.2023-cü tarixli, MN ******* saylı qərarı tamamilə qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərardan görünür ki, X2 Əli Ağaqulu oğlua xəsarətə görə ödəncin hesablanmasında və ödənilməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarın tələbləri pozulmuşdur. Buna görə də AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən "xxxx" MMC-nin direktoru X12 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 14 noyabr 2023-cü il tarixli 472 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən X8 hesabına 2415.00 manat məbləğində təyinatı 2023-cü ilin oktyabr ayı üzrə əmək haqqı üzrə olmaqla pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 2-ci bəndində göstərilir ki, İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi haqqında” 9 yanvar 2003-cü il tarixli qərarına əsasən İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin qərarın 1.3-cü maddəsində göstərilir ki, aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir:
1. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);
2. İşçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. Həmin qərarın 2.1-ci maddəsinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin qərarın 3.3-cü maddəsinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Həmin qərarın 3.10-cu maddəsində qeyd olunur ki, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, vətəndaş X15 əvvəlki Əlibayramlı hazırda Şirvan şəhəri Dəmir-Beton Məmulatları zavodunda işləyərkən müəssisədə tərtib edilmiş xx.xx.1989-cu il tarixli 1 saylı təhqiqat aktına əsasən xəsarət almışdır. Həmin dövrdə Əlibayramlı şəhəri Dəmir-Beton Məmulatları zavodun hüquqi varisi Əlibayramlı şəhər “SAQ” firması olmuşdur, lakin 2004-cü ildən etibarən Əlibayramlı şəhəri “SAQ” firmasının hüquqi varisi "xxxx" MMC olduğuna görə X10 iş yerində almış olduğu xəsarətə görə ona ödənilməli olan vəsaiti də həmin MMC qanunvericiliyə uyğun şəkildə (müəyyən edilmiş məbləğdə və vaxtda) ödəməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası İnzşbati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri işəgötürən X12 tərəfindən kobudcasına pozulmuşdur. "xxxx" MMC-nin direktoru X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa və ya qərarı çıxarmış məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rəşad Cavadzadə