Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6036/2023 15.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X6 iclas katibliyi ilə, AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4, X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, X1 AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X11 Xidməti Bakı şəhəri İdarəsinin 20 noybar 2023-cü il tarixli, MN1291497 nömrəili qərarında göstərilmişdir ki, aparılan araşdırma zamanı X3 2023-cü ilin aprel ayından xx.xx.2023-cü il tarixinədək fərdi sahibkar X9 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi məlum olmuşdur. Nəticədə, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyim və həmin maddənin tələbinə əsasən 4000 (dörd min) manat məbləğində cərimə olunmağım qərara alınmışdır. Hesab edir ki, MN1291497 saylı, 20 noyabr 2023-cü il tarixli qərar aşağıdakı sadalanan səbəblərdən tam əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri pozularaq qəbul edilmişdir və buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. İlk öncə basərində tərtib olunmuş MN1291497 saylı, 20 noyabr 2023-cü il tarixli qərarda protokolun tərtib edilməsi göstərilsə də, onun bu protokoldan xəbəri yoxdur, bu prokolla tanış deyil və imzalamamışdır. Basərində tərtib olunmuş MN1291497 saylı, 20 noyabr 2023-cü il tarixli qərara baxılan zamanı onun iştirakı təmin olunmamış, inzibati xəta ilə bağlı olan işin baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, nəticədə qərar qəbul edən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalara dair müdafiə hüququnu hazırlamaqla yanaşı vaxtında gəlməməsinə şərait yaratmamış, sübutların araşdırılması və qiymətləndirilməsi prinsiplərini pozmuşdur. Yəni basərində inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmışdır. İşə baxılmasının yeri və vaxtı ona vaxtında bildirilməmişdir və bu barədə onun məlumatım olmamışdır. Göründüyü kimi, həmin protokolun tərtib olunması zamanı İnzibati Xətalar Məcəlləsinin bu müddəalarının kobud şəkildə pozulması ilə tərtib olunmuş protokol sözügedən qərarın qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, MN1291497 saylı, 20 noyabr 2023-cü il tarixli qərarda inzibati xəta törətmiş şəxs qismində məsuliyyə cəlb edilməyimə əsas kimi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokol olmuşdur. Qeyd etmək istəyir ki, vətəndaş X3 şikayətinin heç bir əsası yoxdur və buna görə də basərində tərtib edilmiş qərar əsassızdır. Belə ki, vatsap yazışmaları inzabi xətanın tərkibi ola bilməz, çünki bizim münasibətlərimiz X7 ilə yaxın olduğu üçün onun telefonu günün əksər hissəsində onda olmuş və bu məqsədlə də mesaj yazışmalarını çöx vaxt özü yazmışdır. Bundan sonra da əməlindən peşman olaraq 03 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X11 Xidməti Bakı şəhəri İdarəsinə müraciət edərək, şikayətinin araşdırılmasının dayandırılmasını xahiş etsə də X11 Xidməti bunları nəzərə almamış və 06 noyabr 2023-cü il tarixində qərəzli olaraq protokol tərtib etmişdir. Beləliklə, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın pozuntusuna yol vermədiyim halda, basərində əsassız və qanunsuz olaraq 4000 manat cərimənin tətbiq edilməsi barədə qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X10 şikayət göstərilənlərlə razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X8 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən fərdi sahibkar kimi X8 tərəfindən X7 2023-cü ilin aprel ayından xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-6036/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6036/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver