Məhkəmə qərarları › İş №3(004)-6037/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6037/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6037/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs (tələbkar) X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə, xx.xx.1952-ci il tarixdə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, X3, ev 23-də yaşayan Şəxs MMC-nin qanuni təmsilçisi X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin qanuni təmsilçisi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC-dən tutularaq 68048 manat məbləğində pul vəsaiti X4, 61245 manat məbləğində pul vəsaiti isə X1 xeyrinə ödənilməlidir. İcra vərəqəsinin icrasına 09 oktyabr 2020-ci il tarixli qərarla başlanılmış, qanuna müvafiq qaydada borclunun qeydiyyatda olduğu ünvana tələbin icrası ilə bağlı bildiriş göndərilmiş və icra sanədini icra etməsi üçün könüllü müddət verilmişdir. Buna baxmayaraq borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bu günədək icra etməməsi, əmlak və gəlirləri barədə məlumat verməməsi Şəxs MMC-nin qanuni təmsilçisi M.G.Əliyevin icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən borclu Şəxs MMC-nin qanuni təmsilçisi M.G.Əliyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin qanuni təmsilçisi M.G.Əliyev barəsində müvafiq tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X7 izahatında göstərmişdir ki, icra sənədi uzun müddət öncədən icra şöbəsinin icraatında olsa da borclu Şəxs MMC-nin qanuni təmsilçisi M.G.Əliyev icranı təmin etməmişdir. Təəssüf ki, görülümüş bütün tədbirlərə baxmayaraq icra sənədinin icrası qərəzli olaraq bu günədək yerinə yetirilməmişdir. Göstərilən halların nəzərə alınmasını və Şəxs MMC-nin qanuni təmsilçisi M.G.Əliyev barəsində ciddi tədbirlərin görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan M.G.Əliyevə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin qanuni təmsilçisi M.G.Əliyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC-dən tutularaq 68048 manat məbləğində pul vəsaiti X4, 61245 manat məbləğində pul vəsaiti isə X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan Səbail rayon İcra və Probasiya şöbəsinin Şəxs MMC-yə ünvanladığı tələbin könüllü icrası haqqında 09 oktyabr 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs MMC-yə xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından haqqında məlumatdan görünür ki, Şəxs MMC-nin qanuni təmsilçisi M.G.Əliyevdir. Beləliklə inzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC-dən tutularaq 68048 manat məbləğində pul vəsaiti X4, 61245 manat məbləğində pul vəsaiti isə X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə 09 oktyabr 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası haqqında bildiriş borclu təşkilata göndərilmişdir. Borclu təşkilat tərəfindən isə könüllü icra müddəti ərzində heç bir ödəniş edilməmişdir. Buna görə də icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmiş, borclunun əmlak vəziyyətinin öyrənilməsi üçün ayrı-ayrı təşiklatlara sorğular verilərək müvafiq cavablar alınmışdır. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində heç bir ödəniş edilməmiş, həmçinin borclu təşkilatın nümayəndəsi icra şöbəsinə gəlməmiş və icra sənədinin icra edilməməsini səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs MMC-nin qanuni təmsilçisi M.G.Əliyevin rəhbərlik etdiyi MMC-yə uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq bu günədək heç bir ödəniş etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs MMC-nin qanuni təmsilçisi M.G.Əliyev vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs MMC-nin qanuni təmsilçisi M.G.Əliyevin barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə M.G.Əliyevin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin qanuni təmsilçisi X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar