Məhkəmə qərarları › İş №3(004)-6039/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6039/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6039/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2, Şikayətçi “X8 Sanayi ve Ticaret Anonim” şirkətinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “X8 Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialın müdiri Arif Yeşiltepe Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati qərar qəbul edilmiş Arif Yeşiltepe Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti Bakı Şəhər İdarəsi onun barəsində ******* №-li, 14 noyabr 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərar (Qərar rəsmi olaraq xx.xx.2023 tarixdə daxil olmuşdur) çıxarmış və həmin Qərarla ona 1700,00 (bir min yeddi yüz) manat cərimə tətbiq edilmişdir. Bunu aşağıdakı səbəblərdən əsassız və qanuna zidd hesab edir. İşçi AR Əmək Məcəlləsinin 70 -ci maddəsinin “ç” bəndinə - “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsasən işdən azad edilmişdir. Əmək Müfəttişliyi Xidmətinə, onların tələbi əsasında, təqdim olunan sənədlərdə işçinin iş yoldaşlarına, xüsusilə, qadınlara, qarşı törətdiyi hərəkətlər, yeməyi onların üzünə çırpması faktları (izahatlar) təqdim edilmiş, lakin Xidmət tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 01 noyabr 2023 - cü il tarixli İnzibati xəta haqqında protokolda işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyi göstərilərək işdən azad olunması göstərilmişdir. İşçi eyni vaxtda yeməkxanada 800 nəfərin yemək yediyi vaxtda yemək paylayan qadının üzünə yeməyi çırpması, ondan başqa heç kimin narazılıq etməməsi, əmək müqaviləsi üzrə əmək funksiyalarının kobud şəkildə pozulması demək deyildimi? Eyni zamanda yeməkxanada nəzarətçi olan həkim köməkçisinin və yemək paylayanın nalayiq sözlərlə təhqir edilməsini də X5 Xidməti Bakı şəhər İdarəsi nəzərə almamışdır. Baxmayaraq ki, həmin şəxslərin izahatları rəsmi qaydada Müfəttişliyə təqdim olunmuşdur. X5 Xidməti Bakı şəhər İdarəsi “X8 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı işçilərinin xx.xx.2023-cü il tarixdə tərtib etdikləri “Əmək vəzifələririin, intizam qaydalarının kobud şəkildə pozulması ilə bağli” tərtib etdikləri Aktda “(təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması)” sözlərinə istinad edərək barəsində inzibati xəta protokolu tərtib etmişdir. Aktı tərtib edənlər hüquq təhsilli və qanunları o səviyyədə biləcək şəxslər deyillər. Burada bir yanlışlıq ola bilər. Lakin işçi işdən çıxarılarkən xx.xx.2023-cü il tarixli, 178K nömrəli əmrdə işçi ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə - “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” göstərilən qaydada xitam verilmişdir.Hesab edirlər ki, qərar qanunsuz olduğu üçün ləğv edilməlidir. Məhkəmə baxışı zamanı “X8 Sanayi ve Ticaret Anonim” şirkətinin nümayəndəsi X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etdi. Eyni zamanda bildirmişdir ki, əmək müfəttişliyi tərəfindən aparılan araşdırmada onların nümayəndəsinin iştirakı təmin edilməmişdir, araşdırma birtərəfli qaydada aparılmışdır, onların təqdim təqdim edə biləcəkləri əhəmiyyətli sübutlar nəzər alınmadan barələrində inzibati qərar qəbul edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X4 şikayətin əsassız olduğunu bildirərək, qəbul edilmiş qərar qanuni və əsaslı olması səbəbindən dəyişdirilmədən saxlanılması və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, aşağıda göstərilən əsaslara görə şikayət qismən təmin edilməli və iş yenidən araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi qərardan şikayət vermiş şəxsin barəsində qəbul edilmiş qərarın qəbul edilməsində iştiraklarının təmin edilməsi ilə bağlı, yəni məlumatlı olmaları, iştirak etmələri və sairələrlə bağl məlumatlı olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir. Belə olan halda hesab edirəm ki, X5 hazırda mübahisələndirilən qərarı qarşı tərəfi dəvət etmədən qəbul etməklə inzibati xəta haqqında iş üzrə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq imkanında olmamışdır və iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılmasına dair qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Bununla bağlı qeyd edirəm ki, inzibati xətalar haqqında qərar qəbul edən orqan tərəfindən iş üzrə tərəflərin keçirilmiş baxış iclasında iştirakı təmin edilməmiş, inzibati xəta haqqında protokol və qərarla bağlı onların izahatını almamışdır. Hesab edirəm ki, qərar qəbul edən inzibati orqan göstərilən hallarla bağlı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, qeyd edilən halların araşdırılaraq yenidən hüquqi qiymət verilməsi üçün iş materialları qərar əbul etmiş inzibati orqana qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar