Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6062/2024 14.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X16 İdarəsi (DYPİ) 24 avqust 2024-cü il tarixli, EQ seriyalı 23173869 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X16 İdarəsi (DYPİ) 24 avqust 2024-cü il tarixli, EQ seriyalı 23173869 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Subaydır. Valideynlərindən biri vəfat etmişdir. Himayəsində əlil anası və azyaşlı qardaşı var. Anası xəstə olduğuna görə və əlil olduğuna görə onun himayəsindədir. Onun bütün maddi və mənəvi tələbatların mən qarşılayıram.Hər zaman qanunlarımıza tabe olan bir vətəndaş olmuşam. Heç bir zaman hər hansı qanun pozuntusuna yol verməmişəm. Diqqətinizə çatdırıram ki, xx.xx.2024-cü ildə saat 14:04:59-da, **-DN-*** dövlət nömrə nişanlı Ford Escape minik markalı istifadəsində olan avtomobili idarə edərkən Bakı şəhəri DYPİ Polis kapitanı, X8, tərəfindən inzibati tənbeh vermə haqqında EQN°23173869 saylı Qərara əsasən, xx.xx.2024-cü ildə saat 14:04:59-da EQN 23173869 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin qərara və protokola əsasən də mənə 60 (altmış) AZN manat cərimə tədbiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməyimlə bağlı qərar və Protokol tərtib edilmişdir. Nə qərardan nə də ki, ona tədbiq edilmiş protokolla razı deyil. xx.xx.2024-cü ildə saat 14:04:59-da Bakı şəhəri DYPİ Polis kapitanı, X8, tərəfindən maşın dayandığı yerdə qanunsuz olaraq cərimələnmişdir. Həmin vaxt eyni yerdə ondan başqa da vətəndaş maşınını saxlasada həmin polis əməkdaşı yalnız və yalnız onu cərimələmişdir. Özünədə nəyə görə belə etdiyini söyləsə də buna məhəl qoymamış maşının sürüb getmişdir. O, düşünür ki, qanun hamıya bərabərdir. Əgər qanunsuz dayanma durmanı pozmuşdursa nəyə görə yalnız və yalnız o cərimələnir. O həmin əməkdaşdan cəriməni tətbiq etməməsini söyləsə də, o, buna məhəl qoymamış və heç bir səbəb və əsas olmadan polis əməkdaşı onunla qərəzli formada danışaraq ona qarşı qərar qəbul etmişdir. Bununla bağlı şikayət ərizəsi ünvanlasa da ona zəng oldu, lakin heç bir tədbir görülmədi. O da öz pozulmuş hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, o, maşını saxlayan yerdə nə maşınların hərəkət istiqamətin pozmuş, nə də ki, piyadalara maneə olan yerdə saxlamışdır. Əgər pozsaydı onunla yan-yana duran maşın da cərimələnərdi. Lakin yalnız onun idarə etdiyi maşın qanunsuz və haqsız olaraq qərəzli formada cərimələnmişdir. Hətta eyni əməkdaş eyni polis maşını sabahı gün də onu təkrar olaraq dayanma durmanı pozmağa görə cərimələmişdir. Artıq bu özü qərəzli formanı təsdiq edir. Ona görə də ona tətbiq olunmuş qanunsuz və haqsız yazılan cərimə ləğv olunmalıdır. Azərbaycan Respublikasbi MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tədbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tədbiq edilməsində səhv buraxsın, tədbiq edilməli olan qanuni və ya digər normativ hüquqi akt tədbiq etməsin, yaxud qanuni səhv təsvir etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2, 423.2 maddələrinin məzmununa əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd etmişdir ki, şikayəti ilə bağlı heç bir tədbir görülmədiyi üçün hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, heç bir inzibati xəta törətməmişdir. Polis əməkdaşı X8, tərəfindən qanunsuz olaraq onun adına Qərar və Protokol tərtib etmişdir. Ona görə də bütün yuxarıda yazılanları nəzərə alaraq ona tətbiq edilmiş, xx.xx.2024-cü ildə tarixli, Bakı şəhər DYPİ Polis əməkdaşı X2,tərəfindən İnzibati tənbeh vermə haqqında EQ №23173869 saylı qərarın və xx.xx.2024-cü ildə saat 14:04:59-da №li EQ №23173869 nömrəli (X8,) tərəfindən tərtib edilmiş, inzibati xəta haqqında qərara və protokola əsasən, qanunsuz və haqsız yazılmış 60 (altmış) AZN manat cərimənin məhkəmə tərəfindən ləğv olunmağı ilə bağlı qərar qəbul etməyin xahiş etmişdir. Şikayətçi və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətçi və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 24 avqust 2024-cü il tarixli, EQ seriyalı 23173869 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X7 24 avqust 2024-cü il tarixdə saat 14:04:59-da “Ford Escape minik” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, X17, 61 ünvanında nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə - altmış manat məbləğində cərimə edilir. Qeyd edilən 24 avqust 2024-cü il tarixli, EQ seriyalı 23173869 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.9cu maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamışdır. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan, şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 24 avqust 2024cü il tarixli, EQ seriyalı 23173869 nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş 24 avqust 2024-cü il tarixli, EQ seriyalı 23173869 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-6062/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6062/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver