Məhkəmə qərarları › İş №3(004)-6071/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6071/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6071/2023 20.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01263 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01263 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, X2 “İnzibati tənbeh vermə haqqında” 14 noyabr 2023-ci il tarixli, 00800/01263 saylı qərarına əsasən o, AR İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10.000 (on min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin həmin qərarla onun üzərinə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirilməklə ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan, ümumilikdə 27996 ABŞ dolları məbləğində vəsaitin inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasının müvəkkil olunmuş bank hesabına köçürmək vəzifəsi qoyulmuşdur. Hesab edir ki, barəsində çıxarılmış həmin qərar qanuni və əsaslı deyil və aşağıda sadalanan dəlillərə əsasən ləğv edilməlidir 1. Əvvəla, qərarda o, vəzifəli şəxs kimi göstərilmişdir. Bildirir ki, o, heç zaman vəzifəli şəxs olmamış və Gürcüstan Respublikasında qeydiyyatdan keçmiş “Hoolah Baza GE LLC” ilə fiziki şəxs kimi müqavilə bağlayaraq, həmin şirkətə xx.xx.2018-ci ildə tütün bəkləmə məhsulu ixrac etmişdir. Heç bir hüquqi şəxslə əlaqəsi olmayıb, yalnız bir dəfə xarici ölkəyə mal göndərmişdir. Mal göndərildikdən bir müddət sonra pulun vaxtında ödənməməsinə görə alıcı şirkətlə əlaqə saxlamaq istəsə də mümkün olmamışdır. Gürcüstanda yaşayan tanışlara xahişilə, onların vasitəsilə öyrənmiş ki, həmin şirkətin rəhbəri xarici ölkə vətəndaşı (deyilənə görə Ukrayna) olub və Gürcüstanı tərk edib. Sonra COVİD-19 pandemiyası başlayıb və xariclə əlaqəsi kəsilib. Beləlikə, göndərdiyi tütün məhsulun dəyəri bu günə kimi ona ödənilməmiş qalmış və tam müflis olmuşdur. Barəsində rəsmi qaydada inzibati araşdırma başlayan vaxta qədər təxminən 5 il 6 ay ərzində heç bir orqan və ya səlahiyyətli şəxs xaricə göndərdiyim malın pulunun geri qayıtmamsı ilə bağlı maraqlanmamış və onlar tərəfindən ona xəbərdarlıq edilməmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geçi dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu iş üzrə tərtib olunmuş “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, faktla bağlı araşdırma Hava Nəqliyyatında Baş Gömrük İdarəsində 15 avqust 2023-ci ildə başlanılmışdır. Göründüyü kimi, barəsində inzibati tənbeh tədbiri yuxarıda adı çəkilən malın ixrac edildiyindən 5 il 6 ay keçəndən sonra verilmişdir. Yəni bu inzibati pozuntuya görə onun inzibati məsuliyyətə cəlb edilməyi üçün qanunda nəzərdə tutulan müddət ötmüşdür. Hazırkı iş üzrə qərarı qəbul etmiş orqan ona qarşı inzibati tənbeh tətbiq etmə müddətinin keçməsini kompensasiya etmək məqsədilə ona istinad olunan inzibati xətanı bir növ “Uzanan hüquqpozuntular” kateqoriyasına aid etməyə cəhd etmişdir. Lakin onlar bir şeyi nəzərə almamışlar ki, İXM-nin 38.2-ci maddəsində “davam edən” sözləri, “uzanan” sözü ilə xx.xx.2021 -ci il tarixdə qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli Qanunla əvəz edilmişdir. Yəni ona qarşı irəli sürülən inzibati xətanın baş verdiyi zaman İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin dispozisiyasında “uzanan hüquqpozuntular” adlı inzibati xəta növü mövcud olmayıb. Onun əməli "davam edən hüquqpozuntular" kateqoriyasına da aid deyil. Belə çıxır ki, məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra o, mövcud olmayan hüquq normasına əsasən təqsirli bilinmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800/01263 saylı inzibati tənbeh vermə haqqında qərarın İəğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi S.C.Əhmədov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800/01263 saylı inzibati tənbeh vermə haqqında qərarın İəğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 00800/01263 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, S.C.Əhmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 10000 (on min) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, S.C.Əhmədov tərəfindən xx.xx.2018-ci il tarixli **********37709 soğu nömrəli gömrük bəyənnaməsinə əsasən ixrac olunan malların müqabilində 27996 ABŞ dolları məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Faktla bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsində müvafiq araşdırma başlanılmış və bundan sonra S.C.Əhmədov barəsində xx.xx.2023-cü il tarixli, 00800/01263 saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək 10000 (on min) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 101.1 və 101.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Məhkəmə yuxarıda göstərilənləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən S.C.Əhmədov barəsində həmin Məcəllənin 38-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq inzibati xətanın törədildiyi gündən 5 il 6 ay keçdikdən sonra inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək 10000 (on min) manat miqdarında cərimə edilmişdir. Bundan əlavə, S.C.Əhmədov barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparıldığından xəbərsiz olmuş, ona heç bir məlumat verilməmiş, hər hansı sənəd təqdim edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqları pozulmuşdur. Göstərilən səbəblərdən də, məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01263 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və S.C.Əhmədov barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi S.C.Əhmədovun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01263 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və S.C.Əhmədovun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00800/01263 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və X4 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar