Məhkəmə qərarları › İş №3(004)-6080/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6080/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6080/2023 01.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 333.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən İXM-in 327.1, 332.1, 333.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilib. İnzibati xəta törədilməsi haqqında materialı tədqiq edərək, məhkəmə hesab edir ki, bu işin baxılması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasının istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol İXM-in tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən inzibati xəta haqqında materiallar daxil olmuş və müvafiq olaraq 3(004)-6079/2023 nömrəsi ilə qeydə alınmışdır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi bir neçə inzibati xəta ilə bağlı 2 (iki) ayrı-ayrı inzibati materiallar 01 dekabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(004)-6079/2023 və 3(004)-6080/2023 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(004)-6079/2023 nömrə ilə davam etdirilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİM: Məhkəməsinin icraatında olan 3(004)-6079/2023 və 3(004)-6080/2023 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(004)-6079/2023 nömrə ilə davam etdirilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar