Məhkəmə qərarları › İş №3(004)-611/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-611/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-611/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər DYPİnin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi qərarını onunla əsaslandırmışdır ki, o, sözügedən qərarla razı deyildir. Belə ki, o, sağ tərəfdən gələni gözləyib yoxuşda sola dönmüşdür. Sağdan sürətlə gələn avtomaşın ona çatmışdır. Zərgərpalan küçəsi məhəllə içi olduğundan sürət həddi 20 km/saat nəzərdə tutulmuşdur. O, söla dönərkən sağda 6 metr məsafədə avtomobil olmamış, o döndükdən sonra sağdan 50-60 km/saat sürətlə gələn avqomobil ona çatmışdır. Buna görə də, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizədə qeyd etdiklərini bir daha təsdiq edərək, Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X2 xx.xx.2021-ci il tarixdə, saat 18:24-da Əlövsət Quliyev küçəsi Zərgər Palan küçəsində “MİTSUBİSHİ GRANDİS” minik markalı, 99RJ371 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmasına görə barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP3773525 saylı protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2021-ci il tarixdə, saat 18:24-da Əlövsət Quliyev küçəsi Zərgər Palan küçəsində “MİTSUBİSHİ GRANDİS” minik markalı, 99RJ371 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, İXP3773525 saylı protokol tərtib edilmiş və xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Belə ki, X2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini bildirsə də, bununla bağlı hər hansı tutuarlı bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə məhkəmə araşdırması zamanı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhər DYPİ-nin təqdim etdiyi video görüntüyə baxış keçirilən zaman X2 tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təstiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər DYPİnin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar