Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-611/2024 19.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Bakı Dövlət Universiteti” PHŞ-nin nümayəndələri X5 və Nümayəndə1 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Bakı Dövlət Universiteti” PHŞ (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: “Bakı Dövlət Universiteti” PHŞ barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 24 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “Bakı Dövlət Universiteti” PHŞ-də xx.xx.2024cü il tarixdə RT yoxlama zamanı müəyyən olunmuşdur ki, müəssisənin Radioaktiv Mənbə və X2 ilə fəaliyyət üçün xüsusi icazəsi yoxdur. Nəticədə “Bakı Dövlət Universiteti” PHŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə3 protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Bildirmişdir ki, onların Agentliyi respublika ərazisində radiasiya təhlükəsizliyinə nəzarət edən bir orqan kimi il ərzində yoxlamalar keçirir. Hər ilin sonunda növbəti il üçün yoxlama planları təsdiqlənir və plana uyğun da iş fəaliyyəti aparılır. Həmin yoxlama planına əsasən “Bakı Dövlət Universiteti” də yoxlamaları təyin olunmuşdur və həmin yoxlamanın nəticəsində aşkarlanmış nöqsanlara əsasən 14 bənddən ibarət yoxlama aktı tərtib olunmuşdur, həmin akta əsasən isə cərimə protokolu tərtib olunmuşdur. Əlavə olaraq qeyd etmək istəyir ki, bundan əvvəlki yoxlamaları 2019-cu ildə keçirilmişdir və həmin nöqsanlar həmin tarixdə də öz əksini tapmışdır. Nöqsanların aradan qaldırılması üçün vaxt da verilmişdir, sonradan isə pandemiya müddətinə düşəndə biraz da vaxt udulmuşdur, son yoxlamada isə müəyyən olunmuşdur ki, bu barədə heç bir tədbir görülmür. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2 protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Bildirmişdir ki, yoxlama planına əsasən “Bakı Dövlət Universiteti” də yoxlamaları təyin olunmuşdur və həmin yoxlamanın nəticəsində aşkarlanmış nöqsanlara əsasən yoxlama aktı tərtib olunmuşdur, həmin akta əsasən isə cərimə protokolu tərtib olunmuşdur. Protokolu müdafiə edir və inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Əlavə olaraq nümayəndə bildirdi ki, Radiasiya təhlükəsizliyi haqqında” AR qanununun 17 bəndi pozulmuşdur. Radiasiya təhlükəsizliyi üzrə təlimatın olmaması, cavabdeh şəxsin vəzifə borclarının olmaması, müəssisənin radioloji-gigiyenik pasportunun olmaması( Bu nazirlər kabinetinin 134 nömrəli qərarıdır), müəssisənin xüsusi icazəsinin olmaması müəssisə tərəfindən edilən pozuntulardır. Respublika ərazisində ionlaşdırıcı şüa mənbələrindən istifadə üçün NK-nin 42 saylı qərarına əsasən xüsusi icazələr tələb olunur, AR Prezidentinin 758 nömrəli fərmanının 3-cü bəndinə əsasən konkret olaraq hər fəaliyyət növünə xüsusi icazə alınması tələbi vardır. “Bakı Dövlət Universiteti” xüsusi icazə olmadan İonlaşdırıcı şüa mənbələrindən istifadə fəaliyyəti ilə məşğul olmuşdur, ən ciddi nöqsan budur. Universitetin Ekologiya kafedrasında təcrübə məqsədi ilə radioaktiv mənbələrdən istifadə olunur, tədrislə bağlı elmi tədqiqat aparılır. Bizə müəssisənin nəzdində olan radioaktiv maddələrlə bağlı hesabatlar verirlər. Biz verdikləri hesabatlara əsasən bu fəaliyyətlə məşğul olduqlarını müəyyən etmişik. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Bakı Dövlət Universiteti” PHŞ-nin nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, hal-hazırdakı məsələnin biraz spesifik sahə olduğu nəzərə alınsa onların bu işlə məşğul olan mütəxəssislərini dəvət etmək istəyərdilər. Çünki bu elə bir sahədir ki, burada qeyd olunanları xırdalamaq üçün xüsusi müddət lazımdır. Bundan əlavə onlar xüsusi icazənin olmaması hissəsində qarşı tərəflə razı deyillər. Bu məsələni 1997-ci il tarixli “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” fərmanla tənzimləyiblər. Qeyd etdikləri avadanlıqlar isə 1968-cı ildən bu günə kimi dəyişilmədən, eyni qaydada onların müəssisələrində ancaq tədris məqsədi ilə istifadə olunur. FHNnin yaradılma tarixi isə 2005-ci ildir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Bakı Dövlət Universiteti” PHŞ-nin nümayəndəsi X8 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, protokolla bağlı münasibətləri ondan ibarətdir ki, tərtib olunan protokol qanunvericiliyə uyğun deyil, birincisi protokol tərtib edən orqanın və şəxsin protokol tərtib etmək səlahiyyəti yoxdur, İXM-nin 400-cü maddəsinin tələbinə əsasən protokol tərtib etmək səlahiyyəti olan orqanların siyahısı yalnız AR-ın Prezidenti tərəfindən müəyyən edilir. İXM-nin tətbiq edilməsi ilə bağlı fərmanda(xx.xx.2016-cı il tarixli, 795 nömrəli) əsasən işə baxmaq səlahiyyəti olan orqan kimi FHN-nin adı çəkilir, hazırda protokol təritib etmiş orqanın deyil. Digər tərəfdən Prezidentin müvafiq protokol tərtib etmək səlahiyyəti verdiyi şəxslərin siyahısı ilə bağlı göstərilir ki, Fövqəladə Hallar naziri, onun müavini, NMR Fövqəladə Hallar naziri və onun müavinidir. Bundan kənar nə orqanın, nə də şəxsin protokol tərtib etmək səlahiyyəti nəzərdə tutulmayıb. Qeyd edir ki, hazırkı protokol səlahiyyətli orqan və şəxs tərəfindən tərtib olunmamışdır. Digər məsələ istinad olunan maddənin dispozisiya şərti ilə bağlıdır. İXM-nin 268.0.1-ci maddəsinə istinad olunur. Burdakı radiasiya təhlükəsizliyinin təmin edilməməsi ümumi bir anlayışdır. Protokolda göstərilir ki, Prezidentin 1998-ci il tarixli, 758 nömrəli fərmanının 3-cü bəndinin tələbi pozulub, yəni xüsusi icazə yoxdur. İXM-nin 268.0.1-ci maddəsində ümumiyyətlə xüsusi icazənin və lisenziyanın alınması ilə bağlı bir tələb yoxdur. O halda inzibati məsuliyyət yaranır ki, İXM-də nəzərdə tutulan inzibati xəta törədimiş olsun və bununla bağlı təqsirlilik sübuta yetirilsin. İXM-nin 268.0.1-ci maddəsi xüsusi icazə ilə bağlı hər hansı bir tələb müəyyən etmir və həmin tələbin pozulması da həmin maddənin dispozisiyasının tərkibinə daxil deyil. Buna görə də tərtib olunmuş protokoldakı bu norma tətbiq oluna bilməz. Digər məsələ isə protokolun tərtibindəki hüquqi boşluqlardır. X4 adı qeyd olunur və yazılır ki, protokolu almaqdan imtina edir. Birincisi, R. Nəbi BDU-nun prorektorudur, amma AR MM, “Publik hüquqi şəxslər haqqında” Qanun və BDU-nun nizamnaməsinə əsasən univeristeti təmsil etmək səlahiyyəti yalnız rektora məxsusdur və onun etibarnaməsi əsasında hər hansı bir səlahiyyətli şəxs universiteti təmsil edə bilər. Onların tərtib etdiyi aktda ümumiyyətlə R.Nəbinin imzası yoxdur. Belə olan halda hansı əsasla həmin şəxs universitetin nümayəndəsi kimi cəlb olunur? Daha doğrusu adı protokolda göstərilir. Həmin şəxs nə yoxlamada iştirak etməyib, nə ona etibarnamə verilmiyib, onun səlahiyyətli şəxs qismində cəlb edilməsi qanunsuzdur. Bir ziddiyyət də odur ki, yazırlar ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs R.Nəbi, axı o barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil, o sadəcə nümayəndə ola bilərdi, heç nümayəndə də deyildi. Amma ikinci vərəqdə qeyd olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs- “Bakı Dövlət Universiteti” PHŞ. O bilmir bu ziddiyyəti və fərqliliyi necə əsaslandıracaqlar. Qeyd edirlər ki, protokolu almaqdan imtina etmişdir, ümumiyyətlə bu protokol onlara əlbəəl yox, poçt vasitəsilə təqdim olunub, poçt vasitəsilə təqdim olunduğu halda həmin protokolu almaqdan imtina etmə ümumiyyətlə əsassızdır, həm də bu bəlli olmuş olsa idi rəsmiləşdirilməli idi, aktlaşdırılmalı idi. Amma təqdim olunan iş materiallarında almaqdan imtina ilə bağlı akt yoxdur. Onlar onun nümayəndə kimi hüququ və vəzifələri olan yerə yazmışdırlar ki, protokolu almaqdan imtina etdi. Göründüyü kimi, bu protokol hər hansı bir faktı təsdiq etmir. İXM-nin 100 və 106-cı maddələri tələb edir ki, əgər protokol tərtib olunacaqsa, birincisi onlar bununla bağlı tərəfə hüquq və vəzifələrini izah etməlidirlər. Onların hüquq və vəzifələri izah etdiklərə dair hər hansı bir sənəd var mı? İş materiallarında yoxdur, onlara da elə bir sənəd təqdim olunmayıb. Hüquq və vəzifələrin izahı haqqında bildiriş verilməli idi. Həmçinin 106-cı maddədə qeyd olunur ki, izahatlarda da protokola əlavə edilməlidir, onlar heç kimdən heç bir izahat almamışdırlar. Yoxlama aktında göstərilib ki, yoxlama üç gün ərzində keçiriləcək, amma onlar bir gün ərzində həmin qərarı təqdim etmədən yoxlamanı dərhal aparmışdırlar. xx.xx.2024-cü ildə yoxlamaya başlamalıdırlar və nöbəti gün dərhal protokol tərtib etməlidirlər, hətta qərarı belə onlara 31 yanvarda göndərmişdirlər ki, bununla bağlı məhkəməyə müraciət ediləcək, halbuki o vaxta qədər artıq məhkəməyə müraciət edilmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “Bakı Dövlət Universiteti” PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin 24 yanvar 2024-cü il tarixli P-24/014 nömrəli aktından görünür ki,
1. X2 ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazə yoxdur. AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 nömrəli Fərmanı, bənd 3.
2. Müəssisənin radioloji-gigiyenik pasportu yoxdur. AR NK “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.1999-cu il tarixli, 134 nömrəli Qərar, bənd 3.
5. Radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borclarını əks etdirən sənəd yoxdur. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 14. X7 72/87, bənd 13.4
6. Radiasiya təhlükəsizliyi üzrə təlimat təqdim edilməyib. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 14. X7 72/87, bənd 3.8
10. Radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması planı yoxdur. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 19
14. Radioaktiv mənbə və digər X2nin illik inventarizasiya nəticələri barədə məlumatlar təyin edilmiş forma və vaxtda tənzimləyici orqana təqdim edilməyib. AR NK xx.xx.1997-c1 il tarixli, 76 nömrəli Qərarı, bənd 3.
15. Radiasiya nəzarəti cihazlarının yoxlanılması vaxtında həyata keçirilmir. AR “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 686-İVQ nömrəli qanunu, maddə 12.1
17. X2 ilə işləyən işçilər fərdi dozimetrlərlə təchiz olunmayıb. AR NK “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.1999-cu il tarixli, 134 nömrəli Qərar, bənd 4.
25. X2 ilə işləyən işçilər dövri tibbi müayinədən keçməyiblər. AR “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanunu, maddə 14. X7 72/87, bənd 3.14.
26. Radionuklidlərin və səthlərin xüsusiyyətlərini nəzərə almaqla iş yerləri lazımı həcmdə müvafiq dezaktivasiya vasitələri ilə təchiz edilməyib. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 14. X7 72/87, bənd 3.14
28. “Radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası” təqdim edilməyib. AR “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanunu, maddə 11.
31. Lazımi yerlərdə müvafiq xəbərdaredici nişanlar yerləşdirilməyib. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 14. X7 72/87, bənd 3.5
56. X2nin verilməsi və qaytarılması dövriyyə jurnalında qeyd edilməyib. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 14. X7 72/87, bənd 4.9 68.Radioloji qəzanın aradan qaldırılması üçün qəza avadanlıqları yoxdur. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 19.
74. İstismar müddəti bitmiş X2nin radioaktiv tullantılar kimi təhvil verilməsi və ya istehsalçıya qaytarılması həyata keçirilməyib. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 14. X7 72/87, bənd 5.21
75. Qapalı mənbələrin hermetikliyinin yoxlanılması (sızma testi) təsdiq edilmiş dövriliklə həyata keçirilmir. AR “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 30.1'2.1997-ci il tarixli, 423-İQ nömrəli Qanunu, maddə 14. X7 72/87, bənd 5.1.
78. Müəssisəyə daxil olmuş X2 idxal-ixrac jurnalında qeydə alınmayıb. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 14. X7 72/87, bənd 4.6 Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. «Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanın 3-cü bəndinə əsasən "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir: ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işləri; ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması; həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması; radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 İyul 1997-ci il tarixli 76 Saylı Qərarının 3cü bəndinə əsasən Nazirliklər, komitələr, şirkətlər, konsernlər, birliklər, idarələr və təşkilatlar radioaktiv maddə və digər ionlaşdırıcı şüa mənbələrinin hər il inventarizasiyasını keçirsinlər və nəticələrini müntəzəm olaraq hər il dekabrın 15-dək Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etsinlər, bu təşkilatlar isə Nazirlər Kabinetinə vaxtaşırı məlumat versinlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi hazırkı protokolun səlahiyyətli orqan və şəxs tərəfindən tərtib olunmamasını bildirsə də, səlahiyyətli orqanın həmin işə baxmaq səlahiyyəti olmuşdur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2009-cu il tarixli Fərmanına əsasən əsasənamədə nüvə və radioloji fəaliyyətin həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə nəzarətin edilməsi və nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi Agentliyin fəaliyyət istiqamətləridir. Həmin əsasənaməyə əsasən nüvə və radiasiya təhlükəsizliyi ilə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə, habelə ionlaşdırıcı şüa mənbələrindən istifadə edilməsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri tədbirlərin görülməsini tələb etmək, nüvə və radiasiya təhlükəli obyektlərdə öz səlahiyyətləri daxilində aparılan yoxlamalar nəticəsində qəraraların yerinə yetirilməməyi və qanunvericiliyin pozulması barədə materialları müvafiq orqanlara göndərmək, nüvə və radioloji fəaliyyət üzrə qanunvericiliyin tələblərinin yerinə yetirilməməyi, eləcə də pozuntular aşkar edildiyi hallarda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək Agentliyin vəzifələridir. Bundan başqa həmin əsasnaməyə əsasən Agentliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nüvə və radioaktiv materialların, ionlaşdırıcı şüa mənbələrinin təhlükəsizliyini və fiziki mühafizəsi tələblərinə riayət edilməsini yoxlamaq məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq radiasiya təhlükəli obyektlərə sərbəst daxil olmaq Agentliyin hüququdur. «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmana əsasən Məcəllənin 235, 268 və 457-1.1.3-cü (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Nüvə və X1 üzrə Dövlət Agentliyi adından, 243.0.1 (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulması hissəsində), 243.0.4, 276, 277 543, iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda 276-1, 348, 457-1.1.4-cü maddələrində, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq 233, 243.0.7, 278, 517.0.7, 517.0.8, 542 və 555-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X6 Agentliyi adından, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 394.0.1 (lisenziya olmadan tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar inzibati xətalar haqqında işlərə) və 394.0.3-394.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Tikintidə Təhlükəsizliyə X9 adından bu Siyahının 1.10-cu bəndində nəzərdə tutulmuş vəzifəli şəxslər baxırlar. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “Bakı Dövlət Universiteti” PHŞ -nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “Bakı Dövlət Universiteti” PHŞ -nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “Bakı Dövlət Universiteti” PHŞ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 268.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
“Bakı Dövlət Universiteti” PHŞ (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 12000 (on iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Orxan Məmmədli