Məhkəmə qərarları › İş №3(004)-6111/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6111/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6111/2025 07.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə X5 Bakı şəhər X9 İdarəsi tərəfindən 23 may 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X9 İdarəsi tərəfindən 23 may 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İXMnin 327.3 və 327.1-ci maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şikayətinə əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-5120/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd edilən inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinin kapitanı X4 xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ilə o, yenə də Azərbaycan Respublikası İXM-nin 327.3 və 327.1-ci maddələrilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bu qərarı qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstəriş var ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə belə qənaətə gəlmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərar qanunsuz və əsassızdır. Buna baxmayaraq, məhkəmənin göstərişlərinə zidd olaraq, Bakı şəhər DYPİ polis kapitanı Z.Tağıyev heç bir araşdırma aparmadan, əvvəlki inzibati qərarı təkrarlamışdır. Azərbaycan Respublikasın Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 15 oktyabr 2024-cü il tarixli Qərarında deyilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025ci il tarixli, 3(004)-5120/2025 saylı qərarından göründüyü kimi tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.3-cü maddələrinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsi nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Məhkəmənin bu cür göstərişlərinə əməl etməyən polis kapitanı Z.Tağıyev yenə də onun xəbəri və iştirakı olmadan gizlincə qanunsuz, əsaslandırılmamış qərar qəbul etmişdir. Məhkəmənin qərarında çox düzgün olaraq qeyd edilmişdir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokolu tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmənin bu göstərişinə də Z.Tağıyev məhəl qoymamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinin kapitanı X4 xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qanunsuz qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı şəhər X9 İdarəsi tərəfindən 23 may 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 AR İXM-nin 327.3 və 327.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X9 İdarəsi tərəfindən 23 may 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 01 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 17:19-da Bakı, Füzuli, 53 ünvanında “X10 Hev Hibrid minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi, yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi qaydalarını pozmuş, nəticədə X5 tərəfindən AR İXM-nin 327.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, ona görə də X3 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, “X10 Hev Hibrid minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 Bakı, Füzuli, 53 ünvanında hərəkətdə olarkən yolun hərəkət hissəsinin 3-cü zolağından yalnız düzünə istiqamət olduğu halda sağa dönür, polis əməkdaşı saxla tələbi verir, lakin avtomobil hərəkətinə davam edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5120/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 şikayətinin qismən təmin olunması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında işin baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinə göndərilməsi qərara alınmışdır Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 327.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Təqdim edilmiş videodiskdə olan görüntüdən göründüyü kimi “X10 Hev Hibrid minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 Bakı, Füzuli, 53 ünvanında hərəkətdə olarkən yolun hərəkət hissəsinin 3-cü zolağından yalnız düzünə istiqamət olduğu halda sağa dönmüş, həmçinin polis əməkdaşının saxla tələbinə tabe olmayaraq hərəkətinə davam etmişdir. Məhkəmə sübutları müqayisəli şəkildə təhlil edərək X3 əməlində qeyd olunan maddələrin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə iclasında videodiskdəki görüntülərə baxaraq X1 orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X3 AR İXM-nin 327.1 və 327.3-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X9 İdarəsi tərəfindən 23 may 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 AR İXM-nin 327.1 və 327.3-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X9 İdarəsi tərəfindən 23 may 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar