Məhkəmə qərarları › İş №3(004)-6117/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6117/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6117/2024 22.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş materiallardan görünür ki, Hüquqi şəxs "xxxx" MMC" - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan icraçı direktoru X6 2024-cü ilin fevral ayında vətəndaş X4 Lənkəran rayonunda 20 manat məbləğində aldığı hər biri 50 kq olmaqla 2 ədəd həmin şirkət tərəfindən istehsal edilmiş sementin üzərində dəqiq istehsal və istifadə müddətinin qeyd edilməsini təşkil etməmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması inzibati xətasını törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunanlar X7 və X3 izahatları və Şəxs MMC-yə məxsus sementin qablaşdırılmasının fotoşəkillərlə sübut olunur. X7 izahatında bildirmişdir ki, 2024-cü ilin yanvar ayında yaşadığı Lənkəran rayonu, Seydəkəran kəndindəki özünə məxsus fərdi yaşayış evinin həyətində təmir-bərpa işləri aparmaq üçün tanışı olan taksi sürücüsü vasitəsilə ümumi qiyməti 20 manat olan hər biri 50 kq çəkidə iki kisə Şəxs MMC tərəfindən istehsal edilmiş 300 markalı sement alaraq istifadə etmiş, sonradan sementin qablaşdırması üzərində ümumilikdə “2023 yazısı olduğunu, lakin istehsal və son istifadə tarixlərinin dəqiq qeyd edilmədiyini görüb şirkətlə əlaqə saxlamağa çalışmış, telefon zənginə cavab verən şəxsin onun suallarına dolğun cavab verməməsindən əsəbləşərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmişdir. Həmin sementdən istifadə nəticəsində ona hər hansı zərər dəyməmişdir, sementin haradan və kimdən alınması barədə məlumatı yoxdur. X6 izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci ildən Şəxs MMC-nin direktoru vəzifəsində çalışır. Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Novxanı yolunun üstü ünvanında yerləşir. X4 vermiş olduğu şikayətlə əlaqədar olaraq bildirmişdir ki, istehsal etdikləri sementin qablaşdırmasının üzərində yalnız istifadə müddəti qeyd edilmişdir və istifadə müddəti 60 gündür. Qablaşdırmanın üzərində istehsal tarixi qeyd edilmir. Onlar kimi sement istehsalı ilə məşğul olan bir neçə şirkət vardır ki, yalnız istifadə müddətini qeyd edir. Həmin şirkətlərdən nümunə kimi “Holcim” və “Norm” sement istehsalı şirkətlərini göstərmişdir. Bundan sonra istehsal etdikləri sement məhsullarının üzərinə istehsal tarixini qeyd edəcəklərini bildirmişdir. Materiala əlavə edilmiş fotolardan görünür ki, "xxxx" MMC-yə məxsus sementin qablaşdırmasının üzərində istehsal tarixi qeyd edilməmiş, yalnız arxa hissəsində 60 gün yararlılıq müddəti qeyd olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş material olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi(ləri) ilə nəzərdə tutulmuş xətanın(ların) əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində həmin faktla əlaqədar aparılmış araşdırma nəticəsində əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmiş, inzibati məsuliyyətə cəlb edilmə məsələsinə baxılması üçün toplanmış material Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Odur ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-İn 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsi nə göndərilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5 Şəxs MMC barəsində inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar başlanılmış iş üzrə icraata xitam verilməsini təklif etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsi ilə yazılı etiraz verərək törədildiyi iddia edilən xəta 2024-cü ilin yanvar ayında şikayətçi vətəndaş Sahil Quliyevə bəlli olduğu qeyd olunur. Belə ki, vətəndaş tərəfindən İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə xx.xx.2024-cü il tarixində müraciət edilərək sement qablaşdırmasının üzərində istehsal (buraxılış) tarixinin və saxlanma müddətinin qeyd olunmadığı bildirilmişdir. Bu səbəbdən də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2024 tarixli MMC-yə müraciət edildiyi və bundan sonra əməldə cinayət əlamətlərinin olmasına dair şübhələrə aydınlq gətirilməsi üçün toplanmış material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildiyi qeyd olunur. AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Preventiv Tədbirlər və Təhqiqat İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Orxan Əsgərli tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 iyul 2024-cü il tarixli Qərar qəbul edilmişdir. Sözügedən qərarla əməldə inzibati xətanın tərkib əlamətlərinə, materiala hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Nəzərinizə çatdırım ki, Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsində olarkən də izahatımızda bildirilmişdir ki, istehsal edilmiş sement qablaşdırmasının üzərində istifadə müddəti qeyd edilmişdir. Bununla yanaşı nümunə kimi təqdim edilən “Holcim” və “Norm” şirkətləri tərəfindən satışa buraxılmış sement qablaşdırmalarının üzərində də istehsal tarixi yox, yalnız istifadə müddəti qeyd olunduğu bildirilmişdir. Bundan sonra Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli Qərar qəbul edərək AR İXM-nin 447.0.1-ci maddəsi ilə vəzifəli şəxs qismində tənbeh verilməsi üçün İstisadiyyat Nazirliyinə, hüquqi şəxs qismində tənbeh verilməsi üçün isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Təqdim edilən sənədlərdən aydın olduğu kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən qərara xx.xx.2024-cü il tarixində baxaraq AR İXM-nin 447.0.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsi barədə MN seriyalı ******* nömrəli Qərar qəbul etmişdir. Bildirirəm ki, sözügedən qərar artıq hüquqi şəxs qismində inzibati tənbehin tətbiqi barədə məhkəməyə göndərilmiş və hazırda icraatda olan işə də eyni əsasla, yəni müddətin keçməsi əsası ilə xitam verilməli olduğunu göstərir. Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində qeyd olunur ki, (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində (İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar) qeyd olunur ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114-cü maddəsində qeyd olunur ki, (İnzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad)) 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərindən və işin mahiyyətindən də aydın olur ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “Ticarət qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi, yəni İstehlakçıların hüquqlarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci dörd ay keçənədək tətbiq edilməlidir. İşin hallarına baxıldıqda şikayətçi Xidmətə cari ilin mart ayında şikayət etsə də bu halı artıq yanvardan bildiyi, həmçinin Xidmətin isə Baş Prokurorluğa cari ilin may ayından sonra müraciət etdiyi təsbitini tapır. Adicə bu zaman kəsimi belə hətta ilkin olaraq müəyyənləşmiş 4 ay müddətin ötdüyünü, Xidmətin müddəti ötürməklə materialı Prokurorluğa göndərdiyini göstərir. Bununla yanaşı cinayət işin başlanmasının rədd edilməsi ilə bağlı məcəllədə əks olunmuş müddətə də baxıldıqda həmin hissədə də tənbeh verilməsi üçün müəyyənləşmiş 3 aylıq müddətin keçdiyi sübuta yetirilir. Belə ki, bir daha qeyd edirəm, AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Orxan Əsgərli tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 iyul 2024-cü il tarixli Qərar qəbul edildiyi vaxtdan ən geci üç ay ərzində inzibati tənbeh verilə biləcəyi mümkün olduğu halda işin mübahisəsiz halıdır ki, sözügedən qərarla araşdırma səlahiyyəti verilmiş Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müddətini tamamilə buraxmaqla xx.xx.2024-cü il tarixdə qəbul edərərək aidiyyəti orqanlara göndərmişdir. Yəni İdarə müəyyənləşmiş 3 ay müddətdən sonra, hətta təxminən dörd aydan sonra inzibati tənbeh verilməsi üçün müraciət etmişdir ki, bu isə Məcəllənin tələblərinin pozulmasıdır. Müddətin buraxılmasından, yəni tənbeh vermə üçün müəyyənləşmiş müddətlərin keçməsindən sonra tənbehin verilməsi, yəni iş üzrə icraata xitam verilməməsi kobud qanun pozuntusudur. Azərbaycan Respublikası İXM-nin 6-cı maddəsində qeyd olunur ki, (Qanunçuluq prinsipi) 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Ona görə də işin halları, təqdim edilmiş mötəbər sənədlər, qanunvericilik normaları inzibati məsuliyyətə cəlb edilmə müddətinin keçməsini bir daha təsdiq etdiyindən, qeyd edilənlər rəhbər tutularaq müddətin keçməsi ilə əlaqədar icraatınızdakı iş üzrə icraata mütləq şəkildə xitam verilməli olduğundan xahiş edirəm inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Aşağıda qeyd etdiyi işin hallarına və Azərbaycan Republikasının müvafiq qanunvericiliklərinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar başlanılmış iş üzrə icraata xitam verilməlidir. İşin hallarından da görünür ki, törədildiyi iddia edilən xəta 2024-cü ilin yanvar ayında şikayətçi vətəndaş Sahil Quliyevə bəlli olduğu qeyd olunur. Belə ki, vətəndaş tərəfindən İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə xx.xx.2024-cü il tarixində müraciət edilərək sement qablaşdırmasının üzərində istehsal(buraxılış) tarixinin və saxlanma müddətinin qeyd olunmadığı bildirilmişdir. Bu səbəbdən də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2024 tarixli MMC-yə müraciət edildiyi və bundan sonra əməldə cinayət əlamətlərinin olmasına dair şübhələrə aydınlq gətirilməsi üçün toplanmış material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildiyi qeyd olunur. AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Preventiv Tədbirlər və Təhqiqat İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Orxan Əsgərli tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 iyul 2024-cü il tarixli Qərar qəbul edilmişdir. Sözügedən qərarla əməldə inzibati xətanın tərkib əlamətlərinə, materiala hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Nəzərinizə çatdırım ki, Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsində olarkən də izahatımızda bildirilmişdir ki, istehsal edilmiş sement qablaşdırmasının üzərində istifadə müddəti qeyd edilmişdir. Bununla yanaşı nümunə kimi təqdim edilən “Holcim” və “Norm” şirkətləri tərəfindən satışa buraxılmış sement qablaşdırmalarının üzərində də istehsal tarixi yox, yalnız istifadə müddəti qeyd olunduğu bildirilmişdir. Bundan sonra Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli Qərar qəbul edərək AR İXM-nin 447.0.1-ci maddəsi ilə vəzifəli şəxs qismində tənbeh verilməsi üçün İstisadiyyat Nazirliyinə, hüquqi şəxs qismində tənbeh verilməsi üçün isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Təqdim edilən sənədlərdən aydın olduğu kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən qərara xx.xx.2024-cü il tarixində baxaraq AR İXM-nin 447.0.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsi barədə MN seriyalı ******* nömrəli Qərar qəbul etmişdir. Bildirirəm ki, sözügedən qərar artıq hüquqi şəxs qismində inzibati tənbehin tətbiqi barədə məhkəməyə göndərilmiş və hazırda icraatda olan işə də eyni əsasla, yəni müddətin keçməsi əsası ilə xitam verilməli olduğunu göstərir. Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində qeyd olunur ki, (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində (İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar) qeyd olunur ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114-cü maddəsində qeyd olunur ki, (İnzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad)) 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərindən və işin mahiyyətindən də aydın olur ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “Ticarət qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi, yəni İstehlakçıların hüquqlarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci dörd ay keçənədək tətbiq edilməlidir. İşin hallarına baxıldıqda şikayətçi Xidmətə cari ilin mart ayında şikayət etsə də bu halı artıq yanvardan bildiyi, həmçinin Xidmətin isə Baş Prokurorluğa cari ilin may ayından sonra müraciət etdiyi təsbitini tapır. Adicə bu zaman kəsimi belə hətta ilkin olaraq müəyyənləşmiş 4 ay müddətin ötdüyünü, Xidmətin müddəti ötürməklə materialı Prokurorluğa göndərdiyini göstərir. Bununla yanaşı cinayət işin başlanmasının rədd edilməsi ilə bağlı məcəllədə əks olunmuş müddətə də baxıldıqda həmin hissədə də tənbeh verilməsi üçün müəyyənləşmiş 3 aylıq müddətin keçdiyi sübuta yetirilir. Belə ki, bir daha qeyd edirəm, AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Orxan Əsgərli tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 iyul 2024-cü il tarixli Qərar qəbul edildiyi vaxtdan ən geci üç ay ərzində inzibati tənbeh verilə biləcəyi mümkün olduğu halda işin mübahisəsiz halıdır ki, sözügedən qərarla araşdırma səlahiyyəti verilmiş Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müddətini tamamilə buraxmaqla xx.xx.2024-cü il tarixdə qəbul edərərək aidiyyəti orqanlara göndərmişdir. Yəni İdarə müəyyənləşmiş 3 ay müddətdən sonra, hətta təxminən dörd aydan sonra inzibati tənbeh verilməsi üçün müraciət etmişdir ki, bu isə Məcəllənin tələblərinin pozulmasıdır. Müddətin buraxılmasından, yəni tənbeh vermə üçün müəyyənləşmiş müddətlərin keçməsindən sonra tənbehin verilməsi, yəni iş üzrə icraata xitam verilməməsi kobud qanun pozuntusudur. Azərbaycan Respublikası İXM-nin 6-cı maddəsində qeyd olunur ki, (Qanunçuluq prinsipi) 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Hörmətli hakim, işin halları, təqdim edilmiş mötəbər sənədlər, qanunvericilik normaları inzibati məsuliyyətə cəlb edilmə müddətinin keçməsini bir daha təsdiq etdiyindən, qeyd edilənlər rəhbər tutularaq müddətin keçməsi ilə əlaqədar icraatınızdakı iş üzrə icraata mütləq şəkildə xitam verilməli olduğundan xahiş edirəm inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar başlanılmış iş üzrə icraata xitam verilməsini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. İş materiallarında olan Şəxs MMC-nin direktoru X6 izahatına əsasən istehsal etdikləri sementin qablaşdırmasının üzərində yalnız istifadə müddəti qeyd edilmişdir və istifadə müddəti 60 gündür. Qablaşdırmanın üzərində istehsal tarixi qeyd edilmir. Onlar kimi sement istehsalı ilə məşğul olan bir neçə şirkət vardır ki, yalnız istifadə müddətini qeyd edir. Həmin şirkətlərdən nümunə kimi “Holcim” və “Norm” sement istehsalı şirkətlərini göstərmişdir. Bundan sonra istehsal etdikləri sement məhsullarının üzərinə istehsal tarixini qeyd edəcəklərini bildirmişdir. Materiala əlavə edilmiş fotolardan görünür ki, "xxxx" MMC-yə məxsus sementin qablaşdırmasının üzərində istehsal tarixi qeyd edilməmiş, yalnız arxa hissəsində 60 gün yararlılıq müddəti qeyd olunmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin 03 iyul 2024-cü il tarixli “Cinayət işin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Çağrı Mərkəzinə etdiyi müraciəti xx.xx.2024-cü il tarixdə Baş İdarəyə daxil olaraq üzrə araşdırılmışdır. Sahil Quliyev müraciətində və izahatında göstərmişdir ki, 2024-cü ilin yanvar ayında yaşadığı Lənkəran rayonu, Seydəkəran kəndindəki özünə məxsus fərdi yaşayış evinin həyətində təmir-bərpa işləri aparmaq üçün tanışı olan taksi sürücüsü vasitəsilə ümumi qiyməti 20 manat olan hər biri 50 kq çəkidə iki kisə "Qarant Beton-1” MMC tərəfindən istehsal edilmiş 300 markalı sement alaraq istifadə etmiş, sonradan sementin qablaşdırması üzərində ümumilikdə “2023” yazısı olduğunu, lakin istehsal və son istifadə tarixlərinin dəqiq qeyd edilmədiyini görüb şirkətlə əlaqə saxlamağa çalışmış, telefon zənginə cavab verən şəxsin onun suallarına dolğun cavab verməməsindən əsəbləşərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmişdir. Həmin sementdən istifadə nəticəsində ona hər hansı zərər dəyməmişdir, sementin haradan və kimdən alınması barədə məlumatı yoxdur. Aparılmış araşdırma nəticəsində Sahil Quliyevin müraciətində cinayət tərkibinin əlamətləri müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmaya görə cinayət məsuliyyəti nəzərdə tutan 200cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin Qeyd hissəsinə əsasən isə xeyli miqdar dedikdə üç yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ başa düşülür. Bununla yanaşı, qeyd edilən faktda mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda, yəni üç yüz manatdan artıq olmayan məbləğdə aldadılmasına görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edilir. Göstərilənlərə əsasən, toplanmış material üzrə istehlak tələblərinə cavab verməyən sement məhsullarının satılması faktı ilə bağlı cinayət tərkibi müəyyən edilmədiyindən Xzərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının ədd edilməsi, eləcə də həmin şəxslərin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə nəzərdə tutulmuş istehlakçıların hüquqlarının pozulması inzibati xətasının tərkib əlamətləri müəyyən edildiyindən materialın hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli Qərar qəbul edərək Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə vəzifəli şəxs qismində tənbeh verilməsi üçün İstisadiyyat Nazirliyinə, hüquqi şəxs qismində tənbeh verilməsi üçün isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Təqdim edilən sənədlərdən aydın olduğu kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən qərara xx.xx.2024-cü il tarixində baxaraq Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsi barədə MN seriyalı ******* nömrəli Qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində qeyd olunur ki, (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində (İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar) qeyd olunur ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114-cü maddəsində qeyd olunur ki, (İnzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad)) 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərindən və işin mahiyyətindən də aydın olur ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “Ticarət qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi, yəni İstehlakçıların hüquqlarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci dörd ay keçənədək tətbiq edilməlidir. Şəxs MMC-nin Azərbaycan respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq olunsa da Məhkəmə iclasında müəyyən olunmuşdur ki, MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib olunmuş 31 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar