Məhkəmə qərarları › İş №3(004)-6119/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6119/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6119/2024 14.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 30 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs Şəxs tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 275 ünvanında xx.xx.2024-cü il tarixdə saat 14:40-da “X5” adlı obyektin üzərində İ**********0001-002-003 nömrəli icazələrin tələblərini pozmaqla açıq məkanda reklam yayımlanması göstərilmişdir. İş üzrə tərəflərə-barəsində inzibati qaydada icraat aparılan şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir; xx.xx.2024-cü il tarixli, İ**********0001 nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair icazədən görünür ki, Şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 275 ünvanında yerləşən obyektində texniki şərtlər pasportuna uyğun olaraq digər fasad reklamlarının yerləşdirilməsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə icazə verilmişdir; xx.xx.2024-cü il tarixli, İ**********0002 nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair icazədən görünür ki, Şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 275 ünvanında yerləşən obyektində texniki şərtlər pasportuna uyğun olaraq digər fasad reklamlarının yerləşdirilməsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə icazə verilmişdir; xx.xx.2024-cü il tarixli, İ**********0003 nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair icazədən görünür ki, Şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 275 ünvanında yerləşən obyektində texniki şərtlər pasportuna uyğun olaraq digər fasad reklamlarının yerləşdirilməsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə icazə verilmişdir; xx.xx.2024-cü il tarixli, M**********0001 nömrəli dövlət rüsumunun ödənişi üçün bildirişdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr ərzində ödəniləcək dövlət rüsumunun məbləği 94.60 AZN müəyyən edilmişdir; xx.xx.2024-cü il tarixli, M**********0001 nömrəli yayım haqqının ödənişi üçün bildirişdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr ərzində ödəniləcək məbləğ 1138.61 AZN müəyyən edilmişdir; Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 26 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Reklam İdarəsinin aparıcı müfəttişi X1 və müfəttiş X2 xx.xx.2024-cü il tarixdə saat 16:19-da Yasamal rayonu, A.M.Şərifzadə ünvanında “X5” (VÖEN: **********) adlı obyektin üzərində müvafiq haqq vaxtında ödənilmədən 3 ədəd 9,46 m² ölçüdə reklam aşkar etmiş və müvafiq olaraq akt tərtib etmişlər; Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstərişdən görünür ki, fərdi sahibkar Şəxs xx.xx.2024-cü il tarixli aktla qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edilmiş, həmçinin məsuliyyəti barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 30 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 275 ünvanında xx.xx.2024-cü il tarixdə saat 14:40-da “X5” adlı obyektin üzərində İ**********0001-002-003 nömrəli icazələrin tələblərini pozmaqla açıq məkanda reklam yayımlanması faktı müəyyən edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir, həmçinin Şəxs protokolun izahat hissəsində izahat verməkdən imtina etmiş və protokolu imzalamamışdır; İnzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda Şəxs tərəfindən obyektin üzərində müxtəlif reklamlar yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, 428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmiş, müqavilənin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək müəyyən edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli, M**********0001 nömrəli yayım haqqının ödənişi üçün bildirişlə Şəxs ödəyəcəyi məbləğ 1138.61 AZN müəyyən edilmişdir. Lakin, Şəxs tərəfindən müəyyən edilmiş yayım haqqı ödənilməmiş, bununla da, sonuncu tərəfindən müvafiq icazənin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəmə araşdırması zamanı vəzifəli şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar