Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-612/2024 28.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PŞnin polis sahə inspektoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən tərtib edilmiş 28 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, X2 tərəfindən verilmiş şikayətin araşdırılması zərurəti ilə bağlı Şəxs 26 yanvar 2024-cü il tarixdə Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı Zamiq Kərimovun çağırışına gəlməkdən imtina etmiş, həmçinin onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru X6 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, barəsində şikayət daxil olduğu üçün Şəxs şöbəyə dəvət edilmiş, bundan sonra o, şöbənin qarşısında onun barəsində şikayətçi olmuş qadınla mübahisə etmiş, uca səslə danışaraq iş rejimini pozmuşdur. Göstərilənlərə əsasən, o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməsini və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşı ona zəng etmiş, şöbəyə çağırılması ilə bağlı ona bildiriş göndəriləcəyini demişdir. Bildiriş ona mobil telefona daxil olmuşdur. Bundan sonra o, bölmədə olarkən öncə onun barəsində şikayətçi olmuş qadın səs-küy yaratmışdır. Bu səbəbdən o, əsəbi olduğundan polis əməkdaşı ilə aralarında narazılıq yaranmışdır. Hazırda isə polis şöbəsinin iş rejimini pozması ilə bağlı əməlindən səmimi peşmançılıq çəkir, polis işçilərinə üzrxahlığını ifadə etmiş, gələcəkdə belə hallara yol verməyəcəyinə söz verir. Qeyd olunan halları və himayəsində azyaşlı övladı olmaqla aliment ödəməsini nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş edir. Şəxs əlavə olaraq qeyd etmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş və törətdiyi əməli etiraf edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu imzalamışdır İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə inspektoru Zamiq Kərimov tərəfindən şöbənin rəisinə ünvanlanmış 27 yanvar 2024-cü il tarixli raportdan müəyyən edilir ki, 26 yanvar 2024-cü il tarixdə, saat 20:04 radələrində Şəxs +**********06 saylı mobil telefon nömrəsindən onun istifadəsində olan mobil nömrəyə zəng edərək, Şəxs barəsində şikayətçi olmuş X1 maddi marağının olmasını, Yasamal RPİ-nin əməkdaşları tərəfindən heç vaxt işə düzgün baxılmaması kimi əsassız və təhqiredici ifadələr işlətməklə, ünvanına şər-böhtan xarakterli fikirlər səsləndirilmişdir. Bundan sonra Şəxs izahatı alınaraq barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan 27 yanvar 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 yanvar 2024-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmuş və həmin xətaya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir və İXM-nin 32 maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan 27 yanvar 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 13:00-da tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində həbslə bağlı olmayan tənbeh tədbiri təyin edildiyinə görə o, məhkəmə iclas zalından dərhal azad edilməli və cərimənin həddi müəyyən edilərkən İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək ona, 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-612/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-612/2024
28.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver