Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6120/2024 13.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X19 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X10, X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy yanında X15 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024cü il tarixli, MN №1614000 saylı qərarı ilə məni "xxxx" MMC-nin direktoru-vəzifəli şəxsi kimi AR İXM-nin 192.1-ci maddəsi ilə 3.000 manat məbləğində cərimə etmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuz olduğu üçün aşağıdakı səbəblərə görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC barəsində xx.xx.2024cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənini nəzərinə çatdırmışdır ki, xx.xx.2024-cü il tarixdə isə o lar tərəfindən MN seriyalı ******* saylı protokol tərtib edib məni xx.xx.2024-cü il tarixli qərarla 3000 manat məbləğində cərimə etmişlər. Onlar tərəfindən eyni gündə, eyni şəxsə iki protokol tərtib etmişlər. Yasamal rayon Məhkəməsində məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X4 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla bağlı X15 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən müvafiq araşdırma aparılmış və "xxxx" MMC-nin barəsində xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, inzibati tənbehin verilməsi ilə əlaqədar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, X13 xx.xx.2024-cü il tarixdə könüllü olaraq işlərlə tanış olmaq üçün günün ikinci yrısında iş yerinə gəlmiş və xx.xx.2024-cü il tarixdə razılıq verərək işə qəbul edilməsi üçün ərizə ilə müraciət edərək işə qəbul edilmişdir. Həmin tarixdən işçinin bütün əmək haqları və sosial sığorta ödənişləri vaxtı-vaxtında ödənilmişdir. "xxxx" MMC-nin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X9 işlərə cəlb edilməsi halı olmamışdır. Belə ki, əmək müqaviləsində və bildirişdə işçinin işə götürülmə tarixi xx.xx.2024-cü il göstərilsə də işə başlanma vaxtı səhvən xx.xx.2024-cü il tarix kimi göstərilmişdir. Həmin səhv texniki səhvdir. Lakin həmin texniki səhvi sistemdə dəyişmək mükün deyildir. Buna baxmayaraq bizim tərəfimizdən X13 məhkəmə iclasında şahid qismində dindirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 "xxxx" MMC-yə məxsus olan müəssisəyə xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində könüllü olaraq işlə və kollektivlə tanış olmaq məqsədilə iş yerinə getmiş və iş şəraitini bəyəndiyi üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş və əmək müqaviləsi bağlanaraq işə qəbul edilmişdir. Lakin bu zaman işəgötürən tərəfindən açıq-aşkar texniki səhvə yol verilərək əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarix qeyd olunmuşdur. Qeyd olunan faktlar məhkəmə iclasında iştirak edən X6 ifadəsi ilə də təsdiq edilmişdir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, Arzu Heydərovanın işə qəbul edilməsi ilə bağlı MMC-yə təqdim etdiyi ərizəsindəki əzizənin verilmə tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Yuxanda qeyd edilənlərlə yanaşı məhkəmə qeyd etmişdir ki, inzibati protokola və ona əlavə edilmiş sənədlərdə X6 həqiqətən də xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən MMC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Digər tərəfdən inzibati protokolda hüququ pozulmuş şəxs kimi adı qeyd edilmiş A.Heydərova xx.xx.2024cü il tarixdə hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsini məhkəmə iclasında bildirmişdir. Üzərində sübutetmə yükü olan inzibati protokol tərtib etmiş inzibati orqan bu dəliləri təkzib edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, A.Heydərovanın qeyd olunan məzmunda vermiş olduğu izahatı mötəbər və təkzibolunmaz sübutdur, sözügedən inzibati xətanın həqiqətən də baş verib verməməsinin müəyyən edilməsi yalnız həmin sübutla müəyyən oluna bilər. Belə olan halda məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinin bildirişində işəgötürən tərəfindən işə başlama tarixi kimi xx.xx.2024-cü ilin göstərilməsi halı açıq-aşkar texniki səhv səbəbindən olmuşdur və A.Heydərova xx.xx.2024-cü il tarixdə hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hüquqi şəxsin sözügedən həmin xətam törətməkdə marağının olması, yəni bir gün sonra əmək müqaviləsi bildirişinin qeydiyyata aldıraraq işə cəlb edəcəyi şəxsi qanunsuz olaraq işə cəlb edib özü üçün ağır inzibati məsuliyyət yaratması kimi bir iradəsinin olması ağlabatan və inandırıcı hesab edilə bilinməz. Bununla da "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətada inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 35ci maddəsinin 3 və 4-cü hissələrinə əsasən heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.2-ci maddəsinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin direktoru barəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin görülməsinə cəlb edilməsinə dair tərtib olunan protokol əsassızdır və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibatı xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5.şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115- ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 və vəkili Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X16 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X11 barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2024cü il tarixli, 3(004)-5421/2024 nömrəli qərarı ilə "xxxx" MMC-in barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2612/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 3(004)- 5421/2024 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmişdir. "xxxx" MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan X6 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ərizədən görünür ki, X13 xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nə reklam nümayəndəsi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizənin tarixi xx.xx.2024-cü il tarixidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X13 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da X8 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-6120/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6120/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver