Məhkəmə qərarları › İş №3(004)-6129/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6129/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6129/2023 18.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MTK-nın nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə inzibati xəta haqqında 27 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola görə Şəxs MMC AR İXM-nin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı (2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditinin aparılmamasına görə) törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MTK-nın nümayəndəsi X2 izahatında bildirmişdir ki, hazırda Maliyyə Nazirliyi tərəfindən tərtib edilən protokol qanunvericiliyin tələblərinə ziddir və geri qaytarılmalıdır. Çünki Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Şəxs MTK xx.xx.2006-cı il tarixdə 0106-P255-46758 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış Şəxs MMC-nin yenidən təşkilin çevrilmə formasında Şəxs mənzil-tikinti koorperativinə çevrilməsi nəticəsində yaranmışdır və onun hüquqi varisidir. Protokol isə 23 noyabr 2023-cü il tarixdə tərtib edilmiş və həmin tarixdə MMC artıq mövcud olmamışdır. İş materiallarında olan Şəxs MTK-nın nizamnaməsindən görünür ki, Şəxs MTK xx.xx.2006-cı il tarixdə 0106-P255-46758 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış Şəxs MMC-nin yenidən təşkilin çevrilmə formasında Şəxs mənzil-tikinti koorperativinə çevrilməsi nəticəsində yaranmışdır və onun hüquqi varisidir. Bundan əlavə iş materiallarında olan İqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Şəxs MTK xx.xx.2006-cı il tarixdə 0106- P255-46758 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış Şəxs MMC-nin yenidən təşkilin çevrilmə formasında Şəxs mənzil-tikinti koorperativinə çevrilməsi nəticəsində yaranmışdır və onun hüquqi varisidir. Lakin məhkəməyə təqdim edilmiş 27 noyabr 2023-cü il tarixli protokola nəzər yetirdikdə görünür ki, hazırki protokol Şəxs MTK barəsində deyil Şəxs MMC barəsində tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolla bağlı təqdim edilmiş materiallar natamam olduğundan, həmçinin protokol düzgün tərtib olunmadıqda və bu səbəbdən işə baxmaq mümkün olmadığından həmin protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar