Məhkəmə qərarları › İş №3(004)-615/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-615/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-615/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi (DİN BDYPİ) və Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş protokollara və onlara əlavə olunmuş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ və Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan inzibati iş 3(004)-615/2024 ilə qeydiyyata alınmışdır. Bundan başqa Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-725/2024 saylı qərardadına əsasən Yasamal Rayon Məhkəməsinin icraatında olan Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 3(004)-725/2024 saylı iş 3(004)-615/2024 nömrəli inzibati xətaya dair işlə bir icraatda birləşdirilmiş və inzibati işə baxılması 3(004)- 615/2024 nömrəli iş kimi davam etdirilməsi qərara alınmışdır. Bundan başqa Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-880/2024 saylı qərardadına əsasən Yasamal Rayon Məhkəməsinin icraatında olan Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü-cü il tarixli, İXP seriyalı, ******* nömrəli; xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 3(004)-880/2024 saylı iş 3(004)- 615/2024 nömrəli inzibati xətaya dair işlə bir icraatda birləşdirilmiş və inzibati işə baxılması 3(004)-615/2024 nömrəli iş kimi davam etdirilməsi qərara alınmışdır. Protokollardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası DİN BDYPİ və Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokollardan görünür ki, o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 328.1 və 346.1-ci maddələri ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qəbul edilmiş müvafiq olaraq xx.xx.2023-cü il tarixli EQ seriyalı 16892337 nömrəli; xx.xx.2023cü il tarixli EQ seriyalı 16882768 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16793077 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16817989 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16278054 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16793192 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 17015880 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 17015880 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 17262892 nömrəli qərarlar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra etməmiş və bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 və protokolları tərtib etmiş Azərbaycan Respublikası DİN DYPİ və Yasamal rayon DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokollarla yanaşı iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin müvafiq qaydada təsdiq edilmiş portal çıxarışından və inzibati tənbeh vermə haqqında qərarlardan müəyyən edilir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 328.1 və 346.1-ci maddələri ilə təqsirli bilinərək qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 16892337 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16882768 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16793077 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16817989 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16278054 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16793192 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 17015880 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 17015880 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 17262892 nömrəli qərarlarla ayrı-ayrılıqda müxtəlif vaxtlarda təyin edilmiş cərimə məbləğlərini və onlara hesablanmış dəbbə pulunu ödəməmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş reyestr çıxarışlardan müəyyən edilir ki, qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 16892337 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16882768 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16793077 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16817989 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16278054 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 16793192 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 17015880 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 17015880 nömrəli; xx.xx.2023-cü il tarixli EQ seriyalı 17262892 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qanunla müəyyən edilmiş müddətdə K.C.Seyidəliyevin şəxsi elektron kabinetinə yerləşdirilmiş, həmçinin yaşayış yeri üzrə ünvanına göndərilmişdir. İş materiallarında olan: - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, K.C.Seyidəliyev barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16892337 nömrəli nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 20 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 12 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, K.C.Seyidəliyev barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16882768 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 10 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 6 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, K.C.Seyidəliyev barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16793077 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 10 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 6 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, K.C.Seyidəliyev barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16817989 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 20 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 12 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, K.C.Seyidəliyev barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16278054 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 60 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 36 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, K.C.Seyidəliyev barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16793192 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 10 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 6 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, K.C.Seyidəliyev barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 17015880 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 20 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 12 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, K.C.Seyidəliyev barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 17248023 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 20 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 12 manat məbləğində dəbbə pulu hesablanmışdır. - “AsanPay” portalından çıxarışdan müəyyən edilir ki, K.C.Seyidəliyev barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 17262892 nömrəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hazıradək ona təyin edilmiş 10 manat cəriməni ödəməmiş, həmçinin cərimənin ödənilməməsinə görə ona 06 manat məbləğində dəbbə pulu hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat üzrə iş aparılan K.C.Seyidəliyev xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16892337 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16882768 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16793077 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16817989 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16278054 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16793192 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 17015880 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 17248023 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 17262892 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlara əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 328.1 və 346.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Qeyd edilən qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətinə icra edilmədiyindən K.C.Seyidəliyev barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ və Yasamal rayon DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokollar tərtib edilmişdir. Odur ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanın tərkib əlamətlərinin olması tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən K.C.Seyidəliyevun əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Elektron məhkəmə informasiya sistemində aparılan yoxlama nəticəsində müəyyən edilir ki, 2024-cü il ərzində X2 barəsində onun İXM-nin 529.3-cü maddəsi ilə təqsirli olmasına dair 2 qərar qəbul edilmişdir. Qeyd olunan hal, yəni İXM-nin 33.1.2-ci maddəsinə əsasən, eyni inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi K.C.Seyidəliyevin məsuliyyətini ağırlaşdıran hal olaraq qiymətləndirilməlidir. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar