Məhkəmə qərarları › İş №3(004)-6150/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6150/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6150/2023 19.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İş № 3(004)-6150/2023 QƏRAR (İnzibati xəta haqqında iş üzrə) xx.xx.2023-cü il Bakı şəhəri Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, EQ 15246450, xx.xx.2023-cü il tarixli, EQ 14853106, xx.xx.2023-cü il tarixli, EQ 15262149, xx.xx.2023-cü il tarixli, EQ 15854778, xx.xx.2023-cü il tarixli, EQ 15313534, xx.xx.2023-cü il tarixli, EQ 15536395 və xx.xx.2023-cü il tarixli, EQ 15614695 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarla cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarları icra etmədiyi üçün müvafiq olaraq, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP 5830976, xx.xx.2023-cü il tarixli, İXP 5830956, xx.xx.2023-cü il tarixli, İXP 5830991, xx.xx.2023-cü il tarixli, İXP 5850969, xx.xx.2023-cü il tarixli, İXP 5838288, xx.xx.2023-cü il tarixli, İXP ******* və xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokollar tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan çıxarışlardan görünür ki, Şəxs yuxarıda qeyd edilən qərarlar üzrə üzrə inzibati cəriməni və ona hesablanmış dəbbə pulunu ödəməmişdir. Şəxs İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokollar və qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Murad Məmmədov İş № 3(004)-6150/2023 Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU xx.xx.2023-cü il Bakı şəhəri Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılır. İclas saat 14:10 dəqiqədə başlandı. Katib məlumat verərək bildirir ki, tərəflər məhkəməyə gəlməmişlər. Sədrlik edən məhkəmə bildirişinin tərəflərə çatdırılmasının nəticələrini yoxlayır. Sədrlik edən yerində müşavirə edərək qərar aldı: - İşə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən inzibati xəta haqqında protokola əlavə edilmiş sübutları araşdırır. Sədrlik edən müşavirə otağına gedir,qayıdıb gəldikdən sonra inzibati xəta haqqında iş üzrə qərarı oxuyub elan edir. Məhkəmə iclası saat 14:15 dəqiqədə bağlı elan olunur. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclas katibi: AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 3(004)-6150/2023 xx.xx.2023-cü il Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 3, mənzil 30 İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə İnzibati xəta haqqında iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-6150/2023 saylı Qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar. Hakim:Murad Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 3(004)-6150/2023 xx.xx.2023-cü il Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova Hörmətli Ramiz müəllim, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-6150/2023 saylı qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qərarın icrasının nəticəsi barədə məhkəməyə məlumat verilməsini xahiş edirik. Məlumat üçün bildiririk ki, Şəxs məxsus sürücülük vəsiqəsi iş materiallarına əlavə edilməmişdir. Qoşma: qərar. Hörmətlə, Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar