Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6152/2024 02.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Seyidovun sədrliyi, Pərvin Asif oğlu Ələsgərovun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5, Şəxs icraçı direktoru X9 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 07 avqust 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən X4 2024-cü ilin yanvar və fevral aylarında Şəxs tərəfindən AR ƏM-də nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xadimə vəzifəsində çalışaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da MMMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X22 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək və iş üçün sübuti əhəmiyyət kəsb edən bir sıra sənədləri təqdim edərək X9 icraçı direktor təyin olunduğunu, şəxs barəsində vəzifəli şəxs kimi Binəqədi rayon məhkəməsində qərar qəbul olunduğunu, göründüyü kimi protokolda göstərilən vaxtlarda X4 əmək müqaviləsi olmadan işlərə cəlb edildiyinin mübahisəsiz olduğundan göstərilənləri nəzərə alaraq Şəxs MMMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X12 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək X13 əvvəlki məhkəmə iclaslarında dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs içraçı direktoru X18 bildirmişdir ki, X10 o, direktor təyin olunmadan öncədə həmin binada xadiməçi işləmiş, onu ora işçi kimi özü götürməsə də protokolda göstərilən tarixlərdə ona əmək haqqını özü vermiş və sakinlərdən aylıq pulu özü yığmış, hal-hazırda cəmiyyətin sədri olmadığını, Abbasova Fərqanənin əmək müqaviləsi olmadan işlədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən X10 izahat verərək bildirmişdir ki, 3 ildir ki, Yasamal MMMC-də xadiməçi işləmiş, onu işə Müşviq müəllim götürmüş və həmin dövrdə rəhbər Hikmət olmuşdur. 2024-cü ilin yanvar və fevral aylarında isə ona rəhbərliyi Rahib Əliyev etmiş və ona əmək haqqı vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq X10 əvvəllər 350 azn əmək haqqı aldığını, indi isə 400 azn əmək haqqı aldığını, Rahib müəllimi tanıdığını, əmək haqqını ondan aldığını, kağıza qol çəkib ona əmək haqqı verdiyini, Rza müəllimi sakin kimi tanıdığını və əmək müqaviləsi olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Şəxs qanuni təmsilçisi olmuş və hal-hazırda elektron portalda qanuni təmsilçi kimi qeyd olunan X25 izahat verərək bildirmişdir ki, Zeynalov Əlizeynal ona bildirmişdir ki, onu çağırmayıblar, çağıranda gələcəkdir, amma onun müfəttişliyə bir müraciəti var. Orada bildirmişdir ki, bu şəxsin vəzifəli şəxs kimi tanınması və hazırda baxılan inzibati protokulun tərtib olunması əsassızdır. Ona görə ki, Zeynalov Əlizeynalın nə qədər israr etsələr də onları apellyasiya məhkəməsinə çağırmadılar. Ən maraqlısı da odur ki, bu yoldaşı (Rahibi) ora dəvət ediblər amma araşdırmayıblar ki, bu şəxs vəzifəli şəxs deyil və bu şəxsdə demiyib ki, onun rəisi var, rəhbərliyi var. Eyni zamanda bu şəxs saxta sənəd tərtib edərək özünü həm bu şirkətin komendantı, həm də inzibatçı direktoru təyin etmişdir. Bunların heç birini müfəttişlik araşdırmayıb, yoldaş da bu barədə heç bir məlumat verməyib. Həmçinin müfəttişlik onuda araşdırmayıb ki, bu protokol tərtib edildiyi vaxt Şəxs MMMC artıq mövcud olmamışdır. Cəmiyyətin sədri, idarə heyətin sədri olaraq qalıb qıraqda bu adam vəzifəli şəxs kimi qeyd edilir və cərimə edilir. Cəmiyyətin sədri Elxan müəllim bu günə qədər çağırılıb dinlənilməyib. X10 2024-cü ilin yanvar və fevral aylarında Şəxs MMMC məxsus binada təmizlik işləri ilə məşğul olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X2 07 avqust 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, X4 2024-cü ilin yanvar və fevral aylarında Şəxs tərəfindən AR ƏM-də nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xadimə vəzifəsində çalışaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da MMMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMMC-nin idarə heyətinin 24 iyun 2019-cu il tarixli qərarından görünür ki, X14 Şəxs MMMC-nin idarə heyətinin sədri vəzifəsindən azad edilməsi və X14 Şəxs MMMC-nin idarə heyətinin üzvlüyündən azad edilməsi məsələsi Cəmiyyət iştirakçılarının 2019-cu ilin sentyabr ayında keçiriləcək növbəti ümumi yığıncağına çıxarılması qərara alınmışdır. X15 xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı teleqramdan görünür ki, 02 dekabr 2023-cü il tarixdə sakinlərin xahişi ilə Şəxs MMMC-nin sədri seçilmiş, lakin müəyyən səbəblərdən fəaliyyət göstərə bilmədiyi üçün 2024-cü ilin aprel ayından istefa vermişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2016-cı ildə qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, ev 84 ünvanı olan Şəxs MMMC-nin əvvəlki qanuni təmsilçisi X23, hazırki qanuni təmsilçisi X8 qeyd edilmişdir. Şəxs MMMC tərəfindən 04 dekabr 2023-cü il tarixdə verilmiş əmrdən görünür ki, X26 02 dekabr 2023-cü il tarixli protokola əsasən sədr vəzifəsinin icrasına başlamışdır. Şəxs MMMC tərəfindən 05 dekabr 2023-cü il tarixdə verilmiş əmrdən görünür ki, X18 05 dekabr 2023-cü il tarixdən komendant vəzifəsinə təyin edilmişdir. X18 tərəfindən imzalanmış 01 yanvar 2024-31 yanvar 2024-cü il tarixli xərclənən vəsaitlər barədə sənəddən görünür ki, Abbasova Fərqanəyə (xadimə) 350 manat məbləğində əmək haqqı ödənilmişdir. X18 tərəfindən imzalanmış 01 fevral 2024-29 fevral 2024-cü il tarixli xərclənən vəsaitlər barədə sənəddən görünür ki, Abbasova Fərqanəyə (xadimə) 500 manat məbləğində əmək haqqı ödənilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X18 Şəxs MMMC-də xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi üzrə icraçı direktor olmaqla əmək haqqının məbləği 670 manat olmuşdur. Əmək müqaviləsinin surətindən görünür ki, əmək müqviləsi xx.xx.2024-cü il tarixdə işəgötürən icraçı direktor X27 ilə işçi X17 arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmış, işçi X17 Şəxs MMMC-də icraçı direktor vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X23 ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/2-11-342/5/2024 nömrəli məktubdan görünür ki, qurumun ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı ilə X16 Şəxs qanuni təmsilçisi seçilməsi faktı dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 127.3-cü maddəsinə və cəmiyyətin nizamnaməsinin 8.3-cü bəndinə əsasən R.Məmmədovun səlahiyyət müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, R.Məmmədovun səlahiyyət müddəti bitdikdən sonra hər hansı şəxsin qanuni təmsilçi seçilməsi faktı dövlət qeydiyyatına alınmamışdır. X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə ünvanladığı ərizədən görünür ki, X10 ərizəsində Şəxs MMMC-yə kömək məqsədi ilə mütəmadi olaraq gedib-gəldiyini, cəmiyyətlə heç bir əlaqəsinin olmadığını, müqavilə bağlamaq iddiasının olmadığını, həmçinin Şəxs MMMC-nin icraçı direktoru X18 ilə heç bir qohumluğu və tanışlığı olmadığını qeyd etmişdir. X1 17 iyul 2024-cü il tarixli müraciət vərəqəsindən görünür ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMMC tərəfindən X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cəmiyyətin icraçı direktoru X9, Cəmiyyətinin qanuni təmsilçisi olmuş və hal-hazırda elektron portalda qanuni təmsilçi kimi qeyd olunan X16 və X4 etiraf edici izahatları, tərtib olunmuş hesabatlarla və digər iş materialları ilə təsdiq edilmişdir. Belə ki, iş materiallarından açıq-aydın X10 ilə Şəxs MMMC arasında əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin mövcud olmasının görünməsi, X4 müəssisənin rəsmi işçisi olmadığı, xadiməçi işləyərək aylıq sabit əmək haqqı aldığı, iş vaxtı rejiminin olduğu onun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dəlalət edən hallardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, Şəxs MMMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-6152/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6152/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver