Məhkəmə qərarları › İş №3(004)-616/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-616/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-616/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, 25 oktyabr 2022-ci il tarixdə saat 12:51 radələrində Hüseyn Cavid prospekti ilə, yolun sağ zolağı ilə hərəkət edirdi. Arxada sürətlə hərəkət edən **-BV-*** dövlət qeydiyyat nişanlı taksi maşını sağına qəflətən keçərək, maşınının sağ tərəfini əzərək böyük məbləğdə ona ziyan vuraraq, taksi maşınının qabaq sol burnu əzilmişdir. Şəhər yol polisi idarəsindən baş leytenant Fərid Əkbərov hadisə yerinə, onun çağırışına gəlmişdir. O gələnə qədər yol bağlanmasının qarşısına almaq üçün hadisə yerində olan yol polisi idarəsinin əməkdaşları hər iki maşını yolun solundaki fantanın qarşısındaki meydançaya qoymuşdurlar. Hadisə yerinə gələn baş leytenant Fərid Əkbərov hadisə yerində heç bir araşdırma aparmamışdır. Maşınlara, hadisə yerinə baxış keçirmədən geri qayıtmiş və bildirmişdir ki, kamera görüntülərinə baxıb qərar yazacaq. Səhəri gün o, şəhər YPİ-də 21ci otaqda F.Əkbərovun otağında olmuşdur. F.Əkbərov bildirmişdir ki, kamera görüntüsü qüsurludur, keyfiyyətsizdir. Hər iki maşına dəyən zərərin 50% ödənilməsi üçün qərar qəbul edəcək və hər iki sürücüyə protokol tərtib edəcək. O, narazılığını bildirmiş, arxadan gələn maşın onun sağından ötmə əməliyyatı etməsinin qanun pozuntusu olamsını bildirmişdir. Sağında yer az olduğu üçün taksi maşını sağdan beton “bardür”ə soldan isə onun maşınına ilişib dayanmişdır. O, maşından düşüb maşınların dəyib-dayandıqları vəziyyətdə çəkiliş edib. Bu görüntülü F.Əkbərova təqdim edilib, F.Əkbərov hadisənin onun tərəfindən törənməsi ilə bağlı TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Qərara etirazını ərizələri ilə bildirmişdir. Şəhər yol polisi idarəsinə iki dəfə (ərizələrin qeydiyyat nömrəsi: 046-45098Q-3222, xx.xx.2022-ci il; 001-88644-3122,xx.xx.2022) müraciət etmişdir. Bir dəfə də DİN-ə müraciət etmişdir (001-88644-3122,xx.xx.2022; 046-45098Q- 3222, xx.xx.2022-ci il). O, görüntünü tələb etmişdir. Görüntüdə yalnız ağac görünür. Maşınların hadisə yerindəki manevrlərin kameraya düşməmişdir. Kameranın qarşısının ağaç örtdüyünə görə görüntü verə bilməyib. Üç dəfə, hər dəfə də başqa-başqa DYPİ-nin əməkdaşları ilə baxmışdır. Odur ki, qoşmada polisin qərarının olmaması səbəbi ilə onun şikayətinin geri qaytarılmamasını, eyni zamanda, qeyd edilən sənədlərin müvafiq dövlət orqanından sorğu verilərək götürülməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmisdir. Protokol tərtib etmiş və inzibati tənbeh qərarı qəbul etmiş X5 bildirdi ki, inzibati xətanın törədilməsi tam təsdiq edilir, bu barədə videogörüntü də vardır və videogörüntüdə də bu fakt təsdiq edilir. Belə ki, videogörüntüdən də görünür ki, Adil Quliyevin idarə etdiyi ** LT *** markalı avtomobil sol zolaqda hərəkət edir, digər avtomobil isə sağ zolaqda hərəkət dir, sağ zolağa 1 avtomobil yerləşir. Adil Quliyev avtomobğilini idarə edərkən sağa tərəf manevr edir və bu zaman özündən sağda hərəkət edən avtomobilin hərəkət yoluna çıxır və bu səbəbdən də sağda düzünə hərəkət edən avtomobillə toqquşur. Hadisə zamanı A.Quliyev manevr qaydasını pozmuşdur. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən X7 25 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində “VAZ 21099 minik” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ilə hərəkət edərkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna” görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən A.Quliyev İXMin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İşə baxılarkən səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin məhkəməyə təqdim etdiyi hadisənin görüntülərinin təhlükəsiz şəhər kameralarında qeydə alındığı videogörüntü olan CD diskə baxış zamanı X4 idarə etdiyi “VAZ 21099 minik” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.1-ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Belə ki, qərar qəbul etmiş vəzifəli şəxsin qeyd etdiyi formada hadisə törədilmişdir. Yəni videogörüntüdən də görünür ki, Adil Quliyevin idarə etdiyi ** LT *** markalı avtomobil sol zolaqda hərəkət edir, digər avtomobil isə sağ zolaqda hərəkət dir, sağ zolağa 1 avtomobil yerləşir. Adil Quliyev avtomobğilini idarə edərkən sağa tərəf manevr edir və bu zaman özündən sağda hərəkət edən avtomobilin hərəkət yoluna çıxır və bu səbəbdən də sağda düzünə hərəkət edən avtomobillə toqquşur. Əgər hadisə A.Quliyevin dediyi formada, yəni düzünə sağ zolaqda hərəkət ediyi vaxtı arxadan gələn avtomobil onu vurmuşdursa, bu hal mümkün deyildir. çünki həmin zolağa görüntüdən də açıq aydın görünür ki, 1 avtomobil yerləşir. Həmin zolaqda irəlidə avtomobil hərəkət edirsə, bu avtomobilin sağ orta tərəfindən digər avtomobillə toqquşması mümkünsüzdür, arxadan gələn avtomobil irəlidəki avtomobili gərək arxadan vurmuş olsun. Lakin A.Quliyevin məhkəməyə təqdim etdiyi hadisə zamanı çəkilmiş fotoşəkildən də görünür ki, A.Quliyevin avtomobilinin arxa tərəfində hər hansı bir zədə yoxdur. Həmçinin həmin ftotoşəkildən də görünür ki, sağ zolaqda yalnız 1 avtomobil yerləşir, iki avtomobil eyni anda sağ zolaqda hərəkət edə bilməz. Bununla da Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar