Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6175/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli EQ 15842222 saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək inzibati tənbeh vermə haqqında qərarın tərtib olunduğu vaxtda qərarda göstərilən “Hyundai Sonata” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun istifadəsində olmamasını bildirərək bununla bağlı sübutları məhkəməyə təqdim etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 14 noyabr 2023-cü il tarixli 180 saylı arayışından görünür ki, “Okean Avto-2011" MMC-nin mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə tərəfimizdən Şəxs (S/V AC143739) istifadəsinə verilmiş və bu barədə lazımi məlumatlar DİN Nəsimi rayon DYPİ-nə göndərilmişdir. Daha sonra həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən X1 (S/V BA021277) istifadəsinə verilmiş və bu barədə də lazımi məlumatlar eyni ilə DİN Nəsimi rayon DYPİ-nə göndərilmişdir. Lakin tərəfimizdən edilən dəyişikliklər barədə məlumatların verilməsinə baxmayaraq nəqliyyat vasitəsinə dair yazılmış cərimələr Şəxs (S/V AG143739) adına yazılmışdır. Məhkəmə vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol üzrə inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 106, 109-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6175/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6175/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver