Məhkəmə qərarları › İş №3(004)-6178/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6178/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6178/2025 23.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC nin direktoru X2, Dəniz Nəqliyyatı və X9 Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.2 və 493-cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.2 və 493-cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisindən daxil olmuş 13000- 01123/25 nömrəli 03 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Dəniz Nəqliyyatı və X9 Gömrük İdarəsi “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limam” gömrük postundan daxil olan xx.xx.2025-ci il tarixli 3-33-3200/024/003942 nömrəli raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, İran İslam Respublikasından qəmi ilə "Dostlar Stone” MMC-nin ünvanına göndərilən yükə keçirilən yoxlama zamanı, şirkət tərəfindən xx.xx.2025-ci il tarixli **********1744 sorqu nömrəli qısa idxal bəyannaməsində 12 ver, 1040 m2 “Kafel 60*60” adlı yük bəyan edildiyi halda, keçirilən yoxlama zamanı yükün faktiki olaraq 11 ver 1140 m2 “Kafel 60*60” yükündən ibarət olduğu aşkar olunmuşdur. Faktla baqlı gömrük əməkdaşı X10 oqlu izahat verərək bildirmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********1744 sorqu nömrəli qısa idxal bəyannaməsində 12 ver, 1040 m2 “Kafel 60*60” adlı yük bəyan edildiyi halda, keçirilən yoxlama zamanı yükün faktiki olaraq 11 ver 1140 m2 “Kafel 60*60” yükündən ibarət olduğu aşkar olunmuşdur. Həmçinin, buqünə qədər sözügedən yükə dair gömrük bəyannaməsi təqdim olunmamışdır. Faktla baqlı gömrük əməkdaşı X11 oqlu həmkarı Dilqəm Cəfərov eyni məzmunlu izahat verərək, onun dediklərini təsdiqləmişdir. Faktla bağlı ‘‘Dostlar Stone” MMC-nin nümayəndəsi X6 oqlu izahat verərək bildirmişdir ki, İran İslam Respublikasında yerləşən “X12 Daqh CO” şirkəti ilə bağlanılan müqavilə əsasında həmin şirkət ‘‘Dostlar Stone” MMC-yə 1140 m2 “Kafel 60*60” adlı yük göndərməli idi. Şirkət tərəfindən yükə dair xx.xx.2025—ci il tarixində **********1744 sorqu nömrəli qısa idxal bəyannaməsi tərtib edilərək yükün 12 ver, 1040 m2“Kafel 60*60” olduğu bəyan edilmişdir. Sözügedən yük xx.xx.2025-ci il tarixində “Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”ndan ölkəyə daxil olduqdan sonra gömrük əməkdaşları tərəfindən yükə yoxlama keçirilmis və yükün faktiki olaraq 11 ver 1140 m2 “Kafel 60*60” yükündən ibarət olduğu aşkar olunmuşdur. Hünər Hacıyev gömrük bəyannaməsinin təqdim edilməməsini eyni qəmidə bu yükdən əlavə, başqa yüklər də olması, bu səbəbdən çatdıra bilməmələri ilə izah etmişdir. Araşdırma zamanı aşkar edilmiş predmetlər ekspertizadan keçirilməsindən ötrü xx.xx.2025-ci il tarixli 3-33-3200/2-001309/2025 nömrəli məktubla Azərbaycan Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 209 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş “kafel 60*60” yükünün xx.xx.2025-ci il tarixinə 1 m2-nin dəyəri 14,0 manat, 1140 m2-nin dəyəri isə 15960,0 manat müəyyən edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən **********1744 sorqu nömrəli qısa idxal bəyannaməsi ilə 1040 m2 “kafel 60*60” yükü bəyan olunmuş, lakin, 100 m2 “kafel 60*60” yükü düzgün bəyan olunmamışdır. Sözügedən yükün 1 m2-nin dəyəri 14,0 manat olduğundan, hüquqpozma predmetinin dəyəri 1400,0 manat (100*14=1400,0) təşkil edir. Odur ki, Şəxs MMC tərəfindən 1400,0 manat dəyərində “kafel 60*60” yükü Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməyərək keçirilmişdir. Həmçinin, Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İran İR-dan yerləşən Şəxs MMC”-nin ünvanına göndərilən yük xx.xx.2025-ci il tarixində saat 11:56- da “Hövsan Ticarət Dəniz Limam” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Yük gömrük sərhəddini keçməmişdən əvvəl şirkət tərəfindən yükə dair xx.xx.2025-ci il tarixli **********1744 sorqu nömrəli qısa idxal bəyannaməsi tərtib olunmuşdur. Lakin, buqünə qədər sözügedən yükə dair gömrük bəyannaməsi tərtib olunmamışdır. Verilmiş izahatlara və toplanmış materiallara əsasən, Şəxs MMC tərəfindən idxal olunan yük gömrük orqanına düzgün bəyan olunmamış, həmçinin yükə dair gömrük bəyannaməsi təqdim olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi inzibati xətanın olmasının qəbul elədi və yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Dəniz Nəqliyyatı və X9 Gömrük İdarəsinin nümayəndəsi X4 protokolla eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 3200/024/003942 nömrəli xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 29 may 2025-ci il tarixində İran İslam Respublikasından “Best 1” gəmisi vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və Şəxs MMC (VÖEN **********) tərəfindən 12 yer, 1040 m2 (60*60 sm) “kafel” adlı yükə dair xx.xx.2025 ci il tarixli **********1744 nömrəli qısa idxal bəyannaməsi tərtib edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2, 92.2.1, 92.2.3, 99.4-cü maddələrinə əsasən, yoxlanılan şəxsdə olan əşyaları yoxlama, gömrük orqanına bəyan olunmamış, gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış malların aşkar edilməsi məqsədi ilə mallara keçirilmiş fiziki baxış zamanı yükün faktiki olaraq 11 yer 1140 m2 (60x60) olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyqun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənsə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalan”nın təsdiq edilməsi haqqında Qərarının 3.6-cı bəndinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Bununla da. Şəxs MMC tərəfindən idxal edilmiş mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmişdir. Beləliklə də, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Beləliklə, Şəxs MMC tərəfindən **********1744 sorqu nömrəli qısa idxal bəyannaməsi ilə 1040 m2 “kafel 60*60” yükü bəyan olunmuş, lakin, 100 m2 “kafel 60*60” yükü düzgün bəyan olunmamışdır. Sözügedən yükün 1 m2-nin dəyəri 14,0 manat olduğundan, hüquqpozma predmetinin dəyəri 1400,0 manat (100*14=1400,0) təşkil edir. Odur ki, Şəxs MMC tərəfindən 1400,0 manat dəyərində “kafel 60*60” yükü Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməyərək keçirilmişdir. Həmçinin, Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İran İR-dan yerləşən Şəxs MMC”-nin ünvanına göndərilən yük xx.xx.2025-ci il tarixində saat 11:56- da “Hövsan Ticarət Dəniz Limam” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Yük gömrük sərhəddini keçməmişdən əvvəl şirkət tərəfindən yükə dair xx.xx.2025-ci il tarixli **********1744 sorqu nömrəli qısa idxal bəyannaməsi tərtib olunmuşdur. Lakin, buqünə qədər sözügedən yükə dair gömrük bəyannaməsi tərtib olunmamışdır. Verilmiş izahatlara və toplanmış materiallara əsasən, Şəxs MMC tərəfindən idxal olunan yük gömrük orqanına düzgün bəyan olunmamış, həmçinin yükə dair gömrük bəyannaməsi təqdim olunmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493 və 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-in 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2 və 493-cü maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2 –ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizii məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 482-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 493-cü maddələri ilə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 420 (dörd yüz iyirmi) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar