Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-618/2023 10.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 1, mənzil 14-də yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC 1800000,00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 270 gündən artıq müddət keçməsinə baxmayaraq, 1800000,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Şəxs MMC-nin nümayəndəsi Vüqar Musayev məhkəmə iclasında bildirdi ki, məhkəmənin icraatında olan 3(004)-618/2023 saylı inzibati iş üzrə materiallardan göründüyü kimi, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında tənbehin tətbiq edilməsi ilə bağlı iş aparılır. İş materiallarında olan EP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixində 1800000,00 Rusiya rublu pul vəsaiti xaricə köçürülmüş, lakin vəsait hesabın alınan mallar ölkəyə idxal edilməmişdir. Qeyd etmişdir ki, həqiqətən xx.xx.2020-ci ildə Şəxs MMC ilə OOO “НАЗАР И КОМПАНИЯ” şirkəti arasında ikitərəfli müqavilə bağlanmış və pul vəsaiti xaricə köçürülmüş, daha sonra malların bir qisminin ölkəyə daxil olması ilə bağlı bəyannamələr təqdim edilmişdir. Bununla bağlı audit aktı məhkəməyə təqdim edilmişdir. Bundan başqa "xxxx" ASC-nin məktubuna əsasən xx.xx.2020-xx.xx.2022-ci il tarix aralığında xx.xx.2021-ci ildə 1800000,00 rubl köçürülmə olmuşdur. Belə ki həmin şirkətə ümumiyyətlə bir dəfə pul köçürülmüş, həmin şirkətdən isə ölkəyə 14871,60 dollar dəyərində mal xx.xx.2021-ci il tarixdə idxal edilmişdir. Bu da həmin malların həmin pula alındığını sübut edir. Bununla bağlı məhkəməyə sənədlər təqdim etmişdir. Həmçinin təqdim edilmiş bəyannaməyə əsasən idxal edilmiş malın dəyəri 14871,60 dollar olduğu üçün, yerdə qalan məbləğ 10.000 dollardan az məbləğ edir, bu məbləğə münasibətdə isə inzibati məsuliyyət istisna edilir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə xx.xx.2021-ci il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 1800000,00 Rusiya rublu məbləğində valyuta xx.xx.2020-ci il tarixli müqavilə əsasında OOO “НАЗАР И КОМПАНИЯ” şirkətinə köçürülmüşdür. Həmin pul "xxxx" ASC dən köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2020-xx.xx.2022-ci il tarix aralığında xx.xx.2021-ci ildə Şəxs MMC şirkətindən OOO “НАЗАР И КОМПАНИЯ” şirkətinə 1800000,00 rubl köçürülmə olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********4964 saylı gömrük bəyannaməsinə əsasən OOO “НАЗАР И КОМПАНИЯ” şirkətindən Şəxs MMC şirkətinə 14871,60 dollar dəyərində mal idxal edilmişdir. Gömrük bəyənnaməsində göndərilən mala görə köçürülmüş pulun müqavilə nömrəsi və tarixi fərqli olmuşdur. Bununla belə müəyyən edilir ki, Şəxs MMC şirkətindən OOO “НАЗАР И КОМПАНИЯ” şirkətinə xx.xx.2020-xx.xx.2022-ci ərzində bir dəfə olmaqla 1800000,00 rubl köçürülmüşdür. Ona görə də xx.xx.2021-ci il tarixli **********4964 saylı gömrük bəyannaməsinə əsasən OOO “НАЗАР И КОМПАНИЯ” şirkətindən Şəxs MMC şirkətinə 14871,60 dollar dəyərində idxal edilmiş mallar, məhz həmin köçürmə sənədində göstərilən 1.800.000,00 rubl müqabilində olmuşdur. Belə olan halda 1.800.000,00 rubl həmin xx.xx.2021-ci il tarixə məzənnəsi ilə 24353 ABŞ dolları təşkil etdiyindən, həmin məbləğin 14871,60 dollar dəyərində mal ölkəyə idxal edilmiş olduğundan, yerdə qalan məbləğ 9.481 ABŞ dolları edir. Həmin məbləğ isə 10.000 ABŞ dollarından az məbləğdir. Belə ki, İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci il tarixdə edilmiş dəyişiklikdən sonra həmin bənddə nəzərdə tutulmuş müddət 02 il müəyyən edilmişdir. Həmçinin geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri həyata keçirilir. Belə olduğu təqdirdə protokoldakı xaricdən geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən aşağı olduğu üçün, İXM-nin 430.4-cü maddəsinin tərkibi yaranmır. Bununla da şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-618/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-618/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver