Məhkəmə qərarları › İş №3(004)-6180/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6180/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6180/2025 23.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.2 və 493-cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş EP seriyalı ******* nömrəli 03 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” gömrük postundan daxil olan xx.xx.2025-ci il tarixli 3-33-3200/024/003941 nömrəli raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, iran İslam Respublikasından qəmi ilə "Dostlar Stone” MMC-nın ünvanına göndərilən yükə keçirilən yoxlama zamanı, şirkət tərəfindən xx.xx.2025-ci il tarixli **********9836 sorğu nömrəli qısa idxal bəyannaməsində 35 ver, 2625 m2 “Kafel 60*60” adlı yük bəyan edildiyi halda, keçirilən yoxlama zamanı yükün faktiki olaraq 15 yer 1517 m2 “Kafel 120*40” ölçüdə, 17 ver 1899 m2 “Kafel 60*60" ölçüdə olmaqla, ümumilikdə 32 ver 3416 m2 olduğu aşkar olunmuşdur. Faktla bağlı gömrük əməkdaşı X8 izahat verərək bildirmişdir kı, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********9836 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə bəyan edilən yükə keçirilən yoxlama zamanı, yükün faktiki olaraq 15 yer 1517 m2 “Kafel 120*40” ölçüdə, 17 yer 1899 m2 “Kafel 60*60” ölçüdə olmaqla, ümumilikdə 32 ver 3416 m2 yükündən ibarət olduğu, yəni düzgün bəyan edilmədiyi aşkar olunmuşdur. Həmçinin, buqünə qədər sözügedən yükə dair gömrük bəyannaməsi təqdim olunmamışdır. Faktla bağlı gömrük əməkdaşı X9 həmkarı Dilqəm Cəfərov eyni məzmunlu izahat verərək, onun dediklərini təsdiqləmişdir. Faktla bağlı Şəxs MMC-nin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, İran İslam Respublikasında yerləşən “Javaher Tile CO" şirkəti ilə bağlanılan müqavilə əsasında həmin şirkət Şəxs MMC-yə ümumilikdə 5559 m2 “Kafel 60*60” adlı yük göndərməli idi. Yükün bir hissəsinə şirkət tərəfindən xx.xx.2025-ci il tarixində **********9836 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilərək yükün 35 yer, 2625 m2 “Kafeİ 60*60” olduğu bəyan edilmişdir Sözügedən yük xx.xx.2025-ci il tarixində “Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”ndan ölkəyə daxil olduqdan sonra gömrük əməkdaşları tərəfindən yükə yoxlama keçirilmiş və yükün faktiki olaraq 15 ver 1517 m2 “Kafel 120*40” ölçüdə, 17 ver 1899 m2 “Kafel 60*60” ölçüdə olmaqla, ümumilikdə 32 ver 3416 m2 olduğu yükündən ibarət olduğu aşkar olunmuşdur. H.H.Hacıyev həmçinin izahatında göndərən şirkətin nümayəndəsinin göndərdiyi mal-müşaiyət sənədlərində yükün 2625 m2 “Kafel 60*60” — dan ibarət olduğu qeyd olunduğundan, həmin sənədlər əsasında qısa idxal bəyannaməsinin tərtib edildiyini bildirmişdir. Hünər Hacıyev gömrük bəyannaməsini vaxtında təqdim edilməməsini eyni qəmidə bu yükdən əlavə, başqa yüklər də olması, bu səbəbdən çatdıra bilməmələri ilə izah etmişdir. Araşdırma zamanı aşkar edilmiş predmetlər ekspertizadan keçirilməsindən ötrü xx.xx.2025-ci il tarixli 3-33-3200/2-001308/2025 nömrəli məktubla Azərbaycan Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 210 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş “kafel 60*60” yükünün xx.xx.2025-ci il tarixinə 1 m2-nin dəyəri 12,0 manat, 1899 m2-nin dəyəri isə 22788,0 manat müəyyən edilmişdir. Tədqiqatına təqdim edilmiş “kafel 120*40” yükünün xx.xx.2025-ci il tarixinə 1 m2-nin dəyəri 14,0 manat, 1517 m2-nin dəyəri isə 21238,0 manat müəyyən edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən **********9836 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə 2625 m2 “kafel 60*60” yükü bəyan olunmuş, lakin, 1517 m2 “kafel 120*40” yükü düzgün bəyan olunmamışdır. Sözügedən yükün 1 m2nin dəyəri 14,0 manat olduğundan, hüquqpozma predmetinin dəyəri 21238,0 manat (1517*14=21238,0) təşkil edir. Odur ki, Şəxs MMC tərəfindən 21238,0 manat dəyərində “kafel 120*40” yükü Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməyərək keçirilmişdir. Həmçinin, Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İran İR-dan yerləşən Şəxs MMC”-nin ünvanına göndərilən yük xx.xx.2025-ci il tarixində saat 08:08- də “Hövsan Ticarət Dəniz Limam” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Yük gömrük sərhəddini keçməmişdən əvvəl şirkət tərəfindən yükə dair xx.xx.2025-ci il tarixli **********9836 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib olunmuşdur. Lakin, buqünə qədər sözügedən yükə dair gömrük bəyannaməsi tərtib olunmamışdır. Verilmiş izahatlara və toplanmış materiallara əsasən, Şəxs MMC tərəfindən idxal olunan yük gömrük orqanına düzgün bəyan olunmamış, həmçinin yükə dair gömrük bəyannaməsi təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalan”nm təsdiq edilməsi haqqında Qərarının 3.6-cı bəndinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Nəticədə Şəxs MMC barəsində İXM-in 482.2 və 493cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 482.2 və 493-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 hüquqi şəxs barəsində yüngül növ inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı gömrük postunun rəisi vəzifəsini müvəqqəti icra edən Cəfər Cəfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 17 may 2025-ci il tarixində İran İslam Respublikasından “Delfin 1” gəmisi vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və Şəxs MMC (VÖEN **********) tərəfindən 35 yer, 2625 m2 (60*60 sm) “kafel” adlı yükə dair xx.xx.2025-ci il tarixli **********9836 nömrəli qısa idxal bəyannaməsi tərtib edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2, 92.2.1, 92.2.3, 99.4-cü maddələrinə əsasən, yoxlanılan şəxsdə olan əşyaları yoxlama, gömrük orqanına bəyan olunmamış, gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış malların aşkar edilməsi məqsədi ilə mallara keçirilmiş fiziki baxış zamanı yükün faktiki olaraq 15 yer sayı, 1517 m2 (120x40) ,17 yer sayı, 1899 m2 (60x60) olmaqla ümumilikdə 32 yer sayı 3416 m2 “kafel” yükü olduğu aşkar edilmişdir. Yoxlama, əşyaların götürülməsi haqqında protokoldan görünür ki, keçirilən yoxlama zamanı yükün faktiki olaraq 15 yer 1517 m2 “Kafel 120*40” ölçüdə, 17 ver 1899 m2 “Kafel 60*60" ölçüdə olmaqla, ümumilikdə 32 ver 3416 m2 olduğu aşkar olunmuşdur. “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 210 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş “kafel 60*60” yükünün xx.xx.2025-ci il tarixinə 1 m2nin dəyəri 12,0 manat, 1899 m2-nin dəyəri isə 22788,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 482.2 və 493-cü maddələrinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 493-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində inzibati xətanın obyekti olmuş 21238.00 (iyirmi bir min iki yüz otuz səkkiz) manat məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni 6371.40 (altı min üç yüz yetmiş bir manat qırx qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar