Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6192/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Yasamal rayon prokurorluğunun nümayəndəsi X13, X2 müdafiəçisi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, X8 müdafiəçisi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8 müdafiəçisi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1ci maddəsi ilə xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş, E.Rzayeva 5000 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbehvermə haqqında qərarda, Yasamal Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarına istinad olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, Elnara Rzayevanın inzibati xətanı törətməsi, X1 izahatı, AR Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli və AR Səhiyyə Nazirliyinin “Analitik ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubları ilə təsdiq olunur. Qeyd etmək lazımdır ki, inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokurorun qərarı, yalnız araşdırmaya başlama üçün əsasdır və şəxsin inzibati xətada təqsirinin təsdiq edilməsi ilə bağlı hüquqi nəticə yaratmır. Buna görə də inzibati xəta haqqında materiala baxan orqan həmin qərara və toplanmış materiala tənqidi yanaşmalı, digər sübutlarla birlikdə qiymətləndirməlidir. Prokurorluqda izahat verən X3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Elnara Rzayevanın “İnstagram” sosial şəbəkəsindəki mobil telefon nömrəsi ilə üzünün inyeksiya prosedurları keçmək üçün E.Rzayevanın qəbuluna yazılmışdır. Sonradan özü prosedurları keçməkdən imtina etmişdir. Ş.Azayevanm izahatında göstərdiyi yazışmanın Elnara Rzayeva tərəfindən aparıldığına dair iş materiallarında heç bir sübut yoxdur. Elnara Rzayeva özü izahat verən zaman yazışmalardan məlumatı olmadığını və tibbi xidmətlə məşğul olmadığını bildirmişdir. Ş.Azayevanın izahatında göstərilən hallar heç bir sübutlarla təsdiq olunmadığı üçün, həmin izahata əsaslanaraq E.Rzayevanın təqsirli olmasına dair qənaətə gəlməklə, inzibati orqan səhv nəticə çıxarmışdır. AR İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində göstərilmişdir: “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.” Hazırki şikayət verilmiş inzibati tənbehvermə haqqında qərar İXM-nin 8-ci maddəsinin tələblərinin kobud pozulması ilə çıxarılmışdır. Belə ki, qərarı çıxarmış orqan tərəfindən E.Rzayevanın əməlində inzibati xətanın tərkibinin olması sübuta yetirilmədiyi halda, ona cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Buna görə də, E.Rzayevaya 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Naziryinin xx.xx.2024-cü il tarixli, ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qərarın E.Rzayevanın ünvanına çatdırılmasına dair zərfin üzərindəki poçt ştempalindən görünür ki, qərar xx.xx.2024-cü il tarixdə ünvana çatdırılmışdır. Göstərilənləri və AR İXM-nin 53 və 134.1,3cü maddələrini rəhbər tutaraq, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X8 müdafiəçisi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil şikayət ərizəsində göstərilən xüsusatlara uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Rzaeva Elnara barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar təmamilə qanunsuz və ədalətsizdir. İş materiallarında göstərilən mobil nömrənin hüquqlarını müdafiə etdiyi şəxsə məxsus olması müəyyən olunmadığından həmin yazışmalar ona aid olduğu subuta yetirilməmişdir. Beləliklə o, göstərilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəli məhkəmə iclasında X14 da şikayətin məzmununa və müdafiçisinin çıxışına uyğun izahat verərək göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə 19 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Yasamal rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən X12 xx.xx.2024-cü il tarixində Bakı şəhəri, “Caspian Plaza” adlı ünvanda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən 5000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X8 nümayəndəsi və vəkili, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Yasamal rayon prokurorluğunun nümayəndəsi X5 Elnara Ramiz qızının nümayəndəsi və vəkili, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını və iş materiallarında olan digər subutları araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nazir müavini Rasim İsmayılov tərəfindən 19 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Yasamal rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən X7 xx.xx.2024-cü il tarixində Bakı şəhəri, “Caspian Plaza” adlı ünvanda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olması faktının aşkar edilməsi əsas gətirilərək X7 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən qəbul edilmiş 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X11 barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməsi, qeyd edilən məsələnin daim nəzarətdə saxlanılması, müvafiq yoxlamalar keçirməklə gələcəkdə qanun pozuntularının qarşısının alınması istiqamətində tədbirlər görülməsi və nəticəsi barədə rayon prokurorluğuna məlumat verilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-279xx-xx/2023 saylı məktubundan görünür ki, Rusiya Federasiyasının vətəndaşı, xx.xx.1986-cı il təvəllüdlü Elnara Rzaeva sonuncu dəfə ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 05/19-48 nömrəli məktubundan görünür ki, X10 adında şəxs praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya prosesində iştirak etməyib və bununla bağlı onun Səhiyyə Nazirliyinə müraciəti qeyd olunmayıb. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X18 Departamentinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, müraciətdə qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərova 4 ünvanda yerləşən “LA sisters” gözəllik salonunda kosmetoloq kimi çalışmış Elnarə Rzayeva barəsində aparılan xidməti araşdırma ilə Elnarə adlı kosmetoloqun həmin ünvanda xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək işlədiyi müəyyən olunmuşdur. Elnarə Rzayevanın rəhbəri olduğu "xxxx" MMC-yə (VÖEN **********) məxsus ünvan 4 ünvanda yerləşən obyektdə keçirilən X16 tədbiri zamanı xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan fəaliyyət növü ilə məşğul olduğu aşkar edilərək nəticəsi Vergi Məcəlləsinə müvafiq olaraq xx.xx.2017-ci il tarixli aktla rəsmiləşdirilmiş və qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-4/2-27506/2024 nömrəli məktubundan görünür ki, ilkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən obyektdə "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Müraciətdə adı qeyd olunan Elnara Rzayeva "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdən işçi kimi işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. X7 02 avqust 2024-cü il tarixdə Yasamal rayon prokurorluğunda verdiyi izahatdan görünür ki, ixtisasca həkimdir və müalicə işi üzrə təhsil almışdır. Rusiya Federasiyasının vətəndaşıdır və 2003-2009-cu il tarixlərində ali təhsilini Rusiyada almışdır. Gəncədə yerləşən Tibb Kollecində isə 3 il müddətində müalicə işi üzrə təhsil almışdır. Qeyd etmişdir ki, hazırda heç bir yerdə işləmir. "xxxx" MMC-də əvvəllər məsləhətçi (konsultant) kimi fəaliyyət göstərmişdir. Orada fəaliyyəti dərman preparatlarının tərkibi haqqında müraciət edən şəxslərə məlumat vermək olmuşdur. Həmin hüquqi şəxslə əmək müqaviləsi bağlanmışdır. Hal-hazırda isə heç bir yerdə işləmir və heç zaman İnyeksiya prosedura etməmişdir. Şikayət ərizəsinin mahiyyəti üzrə bildirmişdir ki, ərizədə qeyd edilənlər yalandır. Azayeva Şirinxanım adlı şəxsi tanımır və onunla əlaqə saxlamamışdır. Köməkçisi yoxdur və kosmetoloji fəaliyyətlə məşğul olmur. “*** *** ** **” nömrəsi onun iş yoldaşı Cəmiləyə məxsusdur. Aytən Məmmədova adlı şəxsi qəbul etməmiş və tanımır. “Whatsapp” ani mesajlaşma tətbiqi ilə edilmiş yazışmalarla tanış olmuş və bildirmişdir ki, həmin yazışmalar göstərilən prosedur və ödənişlərin onun tərəfimdən keçirələcəyini və Ödənişlərin onun tərəfimdən qəbul ediləcəyini təsdiq etmir. Qeyd olunan proseduralar və həmin prosedurlara görə ödənişlər onun tərəfindən təyin edilməmişdir və onun iradəsini ifadə etmir. Aytən Məmmədova adlı şəxs heç zaman onun qəbulunda olmamışdır, həmin şəxsi müayinə etməmişdir, müalicə və digər proseduralar tətbiq etməmişdir. Bildirir ki, hazırki barəsində olan şikayət ərizəsi uzun illər ərzində onunla peşə rəqabəti aparan Nigar Rüfət və onun bacısı Rəna Sultanova tərəfindən təşkil olunmuşdur. Ərizəçi onların tabeliyində çalışan əməkdaşdır. Bu səbəbdən hesab edir ki, ərizəçi Nigar və Rəna bacılarından maddi və iş asılılığında olduğu üçün ərizə qərəzlidir və ərizədə göstərilən məlumatlara tənqidi yanaşılmalıdır. Ərizəyə əlavə edilmiş sorğular da onun tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmadığını və tərəfindən inzibati xəta törədilmədiyini təsdiq edir. Qeyd olunanları nəzərə alaraq, X1 ərizəsinə əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 Yasamal rayon prokurorluğunda verdiyi izahatdan görünür ki, 12 iyul 2024-cü il tarixdə Elnarə Rzayevanın “instagram” sosial şəbəkəsində ona məxsus hesab səhifəsində paylaşılan 055 *** ** ** mobil nömrəyə “Whatsapp” vasitəsi ilə yazaraq üz üçün bir neçə inneksiyonal (yəni iynə tətbiq etməklə əlaqədar) prosedura yazılmaq istədiyini bildirmişdir. Bu zaman həmin nömrədən ona etdirmək istədiyi prosedurların qiyməti ilə əlaqədar məlumat verdilər və müvafiq kosmetoloji proseduralar üçün 14 iyul tarixinə qeydə alındığını bildirdilər. Sonradan o, Elnarə Rzayeva ilə bağlı araşdırma aparmağa başlamışdır. Müvafiq orqanlara sorğu verilməsində vəkil Toğrul Allahyarov ona hüquqi yardım göstərdi. Sorğulara verilən cavablardan aydın oldu ki, Elnarə Rzayevanın tibbi fəaliyyətlə məşğul olmaq hüququ olmamışdır və lisenziyasız fəaliyyət göstərir. Bütün nunları biləndən sonra mən kosmetoloji proseduralar üçün Elnarə Rzayevanın yanına getməmişdir. Qeyd etmişdir ki, Elnarə Rzayeva tərəfindən üzərində heç bir prosedur tətbiq edilməyib. Şikayəti lisenziyasız tibbi fəaliyyət göstərən şəxsin barəsində qanuna müvafiq tədbir görülməsi ilə əlaqədardır. “Təqdim edilmiş sənədlərə baxış keçirilməsi haqqında” 30 avqust 2024-cü il tarixli protokoldan görünür ki, 26-İX-24 nömrəli material üzrə şikayətçi X1 təqdim etdiyi “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışmalara sonuncunun iştirakı ilə baxış keçirilmiş, təqdim edilmiş ekran fotoşəkilindən görünür ki, X12 özünə məxsus “instagram” sosial şəbəkəsindəki səhifəsində kosmetoloji prosedur və qəbula yazılmaq üçün 055 *** ** ** mobil nömrə ilə əlaqə saxlanmalı olduğunu paylaşmış, Ş.Azayevanın təqdim etdiyi yazışmalardan görünür ki, o, 12 iyul 2024-cü il tarixdə 055 *** ** ** mobil nömrəyə “Whatsapp” mesajlaşma tətbiqi vasitəsi ilə yazaraq üz üçün bir neçə inyeksiyonal prosedurlar etdirmək məqsədi ilə xx.xx.2024-cü il tarixinə qəbula yazılmış və ona həmin kosmetoloji prosedurların qiyməti, həmçinin həmin prosedurların edilmə üsulu və həmin prosedurların ediləcəyi ünvan barədə məlumat verilmişdir. Təqdim edilmiş yazışmalardan görünür ki, kosmetoloji prosedurların ediləcəyi ünvan ünvan 5ı binanın 2-ci korpusunun 6cı mərtəbəsində olan obyektdə yerləşir. ***-***-**-** nömrəsi ilə mövcud olan “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışmalardan görünür ki, burada kosmetoloji prosedurların qiyməti qeyd edilmiş və şəxsə qəbul üçün gün təyin edilmişdir. Təqdim edilmiş videodiskdən görünür ki, Elnarə Rzayeva televiziya kanalında yayımlanan “Gümrah Həyat” verilişində iştirak edərək kosmetoloji prosedurlar barədə tövsiyələr vermiş və ***-***-**-** nömrəsi efirdə Elnarə Rzayevanın əlaqə vasitəsi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin maddədə sadalanan qərarlardan biri qəbul edilir. 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ- bəndinə əsasən Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarına əsasən “vəzifəli şəxs” dedikdə - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər şəxslər də başa düşülür: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 müdafiəçisi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil hazırkı şikayətində X14 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xüsusatlarla razılaşmayaraq həmin qərarla sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və mobil nömrənin ona məxsus olmasını təsdiq edən sübut olmadığı halda əsassız olaraq cərimələndiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmiş, lakin iş materiallarında olan izahatlar, təqdim olunan yazışmaların çıxarışı, video diskdə göstərilənlər və digər sənədlərlə X8 lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olması tam sübut edilmişdir. Belə ki, videodiskdə olan görüntüdən açıq-aşkar görünür ki, X14 televiziya kanalında özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olmasını bildirir və bu haqda informasiyaları paylaşır, hər kəsi dəvət edir və bu zaman kanalda X14 ilə əlaqə yaratmaq üçün iş materiallarında olan digər sübutlarla təsdiq edilən 055 *** ** ** mobil nömrə ilə əlaqə saxlanılmalı olunduğu paylaşılmışdır ki, bu da həmin mobil nömrənin X9 məxsus olmaqla göstərilən yazışmaların ona aid olduğuna dəlalət edir. Məhkəmə iclasında videodikdəki görüntülərə baxaraq X8 müdafiəçisi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil səlahiyyətli orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X8 müdafiəçisi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 19 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-6192/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6192/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver