Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6195/2024 20.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, X1, X1 Azərbaycan X3 AYN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan X3 AYN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, mobil telefonuna 01 noyabr 2024-cü il tarixində “AsanPay” elektron sistemindən SMS gələrək, onun AYNA tərəfindən Azərbaycan Respublikası İXM-in 346-1.3-cü maddəsinə əsasən 60 manat cərimə olunduğu barədə məlumatlandırılmışdır. Sözügedən protokolu gördükdə təəccüblənmiş və həmin gün yol hərəkəti qaydalarını qəsdən pozmadığını, eləcə də avtomobili ilə hər hansı bir inzibati hüquq pozuntusuna yol vermədiyini düşünmüşdür. Dərhal telefonundakı “SMS Radar” mobil tətbiqinə daxil olub inzibati pozuntuya nə vaxt və harada yol verdiyini aydınlaşdırmağa çalışmışdır. Qeyd etdiyi tətbiqdən ona məlum olmuşdur ki, həmin protokol 01 noyabr 2024-cü il tarixində törədilmiş inzibati xətaya görə deyil, 31 oktyabr 2024-cü il tarixində törədilmiş parklanma qaydalarının pozulmasına görə tətbiq edilmişdir. Səbəb də o olmuşdur ki, guya o, mülkiyyətində olan **-KK-*** dövlət nömrə nişanlı, Ford Fusion markalı avtomobilini Şəfayət Mehdiyev küçəsində əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerində parklamışdır. Aşağıdakılara əsasən hesab edir ki, barəsində tərtib edilmiş protokol və həmin protokola əsasən tərtib edilmiş elektron qərar tamamilə əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. AYNA əməkdaşının çəkdiyi, həmçinin mobil tətbiqdə yerləşdirilən (qoşma kimi əlavə ediləcək) şəkillərdən göründüyü kimi onun avtomobili heç də əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində parklanmışdır. Belə ki, həmin şəkillərdə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerinin onun avtomobilinin sol hissəsinə düşdüyü və orada digər nəqliyyat vasitəsi park edildiyi aydın görünür. O isə sağında avtomobil park olduğuna görə məcbur qalıb avtomobilinin sağ təkəri ilə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma xəttinin üstünə çıxmışdır. Azərbaycan Respublikası İXM-də bir başa olaraq imperativ norma kimi əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanması kimi göstərilir. Şəkillərdən göründüyü kimi avtomobilini saxladığı yer heç də əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yeri deyil. Avtomobilinə yazılmış protokol tamami ilə qanunsuzdur. İnzibati xəta haqqında qərar qanunvericiliyin tələbləri pozulaq bir gün sonra elektron kabinetinə əlavə edilmişdir. Belə ki, inzibati xətanın baş verdiyi gün 31 oktyabr 2024-cü il hesab edilsə də bu barədə qərar 01 noyabr 2024-cü il tarixində qəbul edilmiş və həmin tarixdə də elektron kabinetinə yerləşdirilmişdir. Ümumiyyətlə qərarın bir gün sonra qəbul edilməsi və ona rəsmi verilməsi özü şəkilləri çəkən avadanlığın həmin əraziyə təhkim olunan vadanlıq olub-olmamasını, həmçinin həmin avadanlığın mərkəzi informasiya sisteminə inteqrasiya olmasını şübhə altına qoyur və sübutların qanunsuz yolla əldə edildiyini göstərir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda və bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Ümumiyyətlə real vaxt rejimi deyəndə hansı müddət nəzərdə tutulur ? Lakin aşağıda göstəriləcək qanunvericiliyin tələbinə əsasən “dərhal” nəzərdə tutur. Həmin məcəllənin 122.1-ci maddəsinə əsasən, bu məcəllənin 346-1 və digər maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Lakin şikayət ərizəsinə qoşma olaraq əlavə etdiyi “AsanPay” elektron sistemindən çıxarışdan aydın görünür ki, müvafiq orqan qanunvericiliyin bu tələbini də pozaraq protokolu 1 gün sonra tərtib etmişdir. Həmin məcəllənin 125.2.2-ci maddəsinə əsasən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Lakin mən, inzibati xəta törətməm haqqında məlumatı bir gün sonra almışam. Bu da bir daha tərtib edilmiş protokolun və ona əsasən elektron formada qəbul edilmiş qərarın tamami ilə qanunsuz olduğunun göstəricisidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəyə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda göstərilənləri və İXM-in 120-128-ci maddələrini rəhbər tutaraq, barəsində, yazılmış 01 noyabr 2024-cü il tarixli, AYN ******* nömrəli protokolun etibarsız hesab edilməsi və onun əsasında elektron qaydada çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması, eləcə də sözügedən qərara əsasən tətbiq edilmiş 60 AZN məbləğində cərimənin DİN-nin elektron bazasından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İlkin məhkəmə prosesində iştirak edən Azərbaycan X3 nümayəndəsi X7 bildirdi ki, X2 istinfadəsində olan nəqliyyat vasitəsilə düzgün parklanma etməməklə əlillər üçün nəzərdə tutulmuş parklanma yerinin bir hissəsini tutmuş, bununla da həmin yerdə parklanmanı məhdudlaşdırmışdır. Ona görə də xahiş edir ki, şikayət təmin edilməsin. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan X3 AYN ******* saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində “Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına” görə İXM-in 346-1.3-cü maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. İş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və fotoşəkillərdən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində “Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerini məhdudlaşdırmaqla İXM-in 346-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə qərar qəbul etmək səlahiyyətinin X3 vəzifəli şəxslərinə aid edilib-edilməməsi məsələsi öz həllini tapmadığını qeyd etsə də, məhkəmə aşağıdakılara görə hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə – altmış manat məbləğində cərimə edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Ona görə də şikayətin təmin edilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilməmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan X3 AYN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-6195/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6195/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver