Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6197/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazzadə Maya Adil qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsinin polis sahə inspektoru X4 və Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X15 Şöbəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 327.2, 327.3, 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsinin polis sahə inspektoru X9 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi və Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X15 Şöbəsinin nümayəndəsi X8 tərəfindən Şəxs barəsində İXM-in 329.3, 327.2, 327.3, 511.1.3 və 333.3-cü maddələri ilə 07 noyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs və onun müdafiəçisi X10 bildirmişlər ki, Şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmış, müxtəlif bədən xəsarətləri almış və hazırda məhkəmə prosesində iştirak etməsi mümkün deyildir. Bu səbəbdən təcili tibb müəssisəsinə yerləşdirilməlidir. Məhkəməyə dəvət edilmiş Respublika Təcili və X7 Mərkəzinin həkimi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs müayinə etdiyini və onda qapalı kəlləbeyin travması, baş beyinin silkələnməsi və hər iki gözün küt travması şübhəsi olduğundan xəstəxanaya aparılaraq ətraflı müayinə olunmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsinin polis sahə inspektoru X9 bildirdi ki, Şəxs qarşı hər hansı zorakılıq hərəkətləri törədilməmişdir. Məhkəmə iclasında Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X15 Şöbəsinin nümayəndəsi X8 bildirdi ki, Şəxs qarşı hər hansı zorakılıq hərəkətləri törədilməmişdir. Məhkəmə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol geri qaytarılmalıdır. Məhkəmə tərəfindən tərtib edilmiş aktdan görünür ki, Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, məhkəmə iclas katibi Eyvazzadə Maya Adil qızı, 3 saylı X14 Stansiyasının həkimi X1 iştirakı ilə aktı tərtib edilmişdir, ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 327.2, 327.3, 511.1.3, 333.3 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına daxil olan inzibati xəta haqqında işə məhkəmə iclasında baxılması zamanı Şəxs özünü pis hiss etdiyini bildirərək X14 çağırılmasını xahiş etmişdir. Bu səbəbdən onun müdafiəçisi və məhkəmə tərəfindən 103 Xidmətinə zəng olunaraq məlumat verilmişdir. Bundan bir müddət sonra 3 saylı X14 Stansiyasının həkimi X2 məhkəməyə gələrək Şəxs müayinə etmiş və onda qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsi, hər iki gözün küt travması şübhəsinin müşahidə olunduğunu bildirərək Şəxs xəstəxanaya aparılaraq müayinə olunmalı olduğunu, bundan sonra onun statsionar şəraitdə müalicəyə ehtiyacının olub-olmamasının aydınlaşdırılmalı olduğunu bildirmişdir. Belə ki, müəyyən edildi ki, inzibati xəta haqqında iş üzrə icraata başlandığı andan şəxsin vəkillə təmin edilmək hüququ pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən inzibati xata haqqında iş üzrə icraat Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə başlanılmış hesab edilir. Beləliklə, qanunvericiliyin tələbinə görə sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulan inzibati xəta haqqında işə daxil olduğu gün baxılmalıdır, lakin məhkəmə iclasında Şəxs səhhəti ilə əlaqədar olaraq onun barəsində olan inzibati xəta haqqında işə baxmaq mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işə yalnız o, müayinə olunduqdan sonra baxılması məqsədə müvafiq olduğundan inzibati xəta haqqında iş üzrə toplanmış material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə və Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X15 Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 327.2, 327.3, 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə toplanmış material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinə və Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X15 Şöbəsinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6197/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6197/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver