Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6219/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* saylı qərarından verdiyi şikayətini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı xx.xx.2019-ci il tarixli, BNA ******* saylı xx.xx.2020-ci il tarixli, BNA ******* saylı xx.xx.2020-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən verilmiş şikayətə mahiyyəti üzrə baxılmasından öncə inzibati xəta haqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması halını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs F.Abbasov barəsində ayrıayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edildiyi üçün həmin şəxs birinci instansiya məhkəməsinə barəsində qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməlidir. İş materiallarında göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Eyni zamanda məhkəmə şikayət etmiş şəxsə izah edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Həmçinin məhkəmə izah edir ki, İXM-nin 145-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasına xitam verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X2 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı xx.xx.2019-ci il tarixli, BNA ******* saylı xx.xx.2020-ci il tarixli, BNA ******* saylı xx.xx.2020-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2021-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli, BNA ******* saylı xx.xx.2022-ci il tarixli qərarlarından şikayət verməsinə dair ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6219/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6219/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver