Məhkəmə qərarları › İş №3(004)-622/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-622/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-622/2024 26.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi X5 iclas katibliyi X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət X14 TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət X14 TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixdə Yasamal rayon ərazisində YPX-nin əməkdaşları tərəfindən saxla əmri verilən kimi dərhal saxlamış və ona məlum etmişlər ki, istifadəsində olan **-VL- *** dövlət qeydiyyat nişanlı VAZ 21214 minik (NİVA) markalı avtomobilə əlavə qurğular quraşdırmış və İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozmuşdur. Buna cavab olaraq bildirmişdir ki, NİVA markalı avtomobillər artıq istehsal olunmur və “X13” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Həmçinin onun qeyd hissəsində qeyd olunur ki, istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Odur ki, Yasamal rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X7 tərəfindən TP seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq X3 sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, şəkildə göstərilən nəqliyyat vasitəsi ona məxsus olan Niva markalı nəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsinin DYP inspektoru tərəfindən saxlanılan zaman həmin fotoşəkildə olan arxa işıqlar onun üstündə olmuş, onlar zavod üsulu ilə hazırlanan işıqlardan fərqlidir, lakin küstar üsulla hazırlanmamışdır. Həmçinin X3 təsdiq etdi ki, nəqliyyat vasitəsinin cərimə meydançasından çıxarılması üçün həmin arxa işıqları yerində dəyişmiş və ondan sonra nəqliyyat vasitəsi ordan çıxarılmışdır. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət X14 TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X9 xx.xx.2024-cü il tarixdə saat 17:09 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində “VAZ 21214 minik” markalı, “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan və məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərdən də görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, şikayətçinin təqdim etdiyi fotoşəkildən də müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət X14 TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar